Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə22/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
83
Uzmanlar müxtəlif sözlərdə  işlənən  
κ,  Κ,  Γ  hərflərini 
[k] səsi kimi oxuyurlar. Halbuki, elə etrusk yazıları var ki, 
bu hərflərin üçü də orada işlənir. Örnəyin; 
Bu yazıdan bəlli olur ki, 
κ 
hərfi ka və kak hecalarıının ba-
şında, 
Κ hərfi də ikinci hecanın 
sonunda, 
Γ  hərfi isə  qu heca-
sında işlənə bilir:  
 
 
 
 
Troya savaşına aid bu şəkildə Aicas [Aykas] ilə Axillesin 
[Aqle] adı yazılmışdır. Burada  Κ[k] və
 
q
[ q ]   işarələri kas 
və aq hecalarında görünür: 
Etrusk yazılarında
 
q
  hərfi hər 
yerdə  [ x]   səsi kimi oxunur ki, bu 
da gerçək durumu əks etdirmir. 
Doğrudur, həmin hərfin bildirdiyi 
[ q ]   səsinin fonetik inkişafda [ x] 
səsinə keçməsi azər türkcəsində 
olduğu kimi (oq 
>
  ox) normal 
haldır, lakin bu finetik dəyişməni 
bütün sözlərə  şamil etmək doğru deyildir. Eyni yozum 
ϖ 
hərfi üçün də keçərlidir. Belə ki, etrusk yazılarında bu hərfin 
yalnız [v, w] səsi, bəzən hətta [f] səsi kimi oxunması da fo-
netik sistemin inkişafında 

ğ 

v dəyişmələrinin gözardı 
edilməsilə bağlıdır. Səs quruluşu baxımından etrusk dili ilə 
çuvaş dili arasında bənzərlik vardır. Azər türkcəsindən fərqli 
olaraq, bu dillərdə samit səslər kar və cingiltili əlamətə görə 
zəif fərqlənir. Bu baxımdan, p/b, t/d, s/z, x/q  səsləri etrusk 
yazılarında işlənmə yerinə görə fərqli oxuna bilir. 
 
83


 
84
Orfoqrafiya. Etrusk mətnlərini oxumaq üçün öncə runik 
əlifbanın işlənmə özəlliyi, istifadə olunduğu dilin yazı qay-
daları  tədqiq olunmalıdır. Doğrudur, etruskologiya elminin 
bu shədə müəyən araşdırmaları, uğurları vardır, lakin etrusk 
dilinin orfoqrafiyasında hələ cavabını tapmamış xeyli suallar 
da vardır. Belə suallardan bir-ikisinə burada aydınlıq gətir-
məyə çalışaq. 
Etrusk yazıları ilə məşğul olanlar bilir ki, bu dildə bir sıra 
sözlərin yazılışı bir-birindən fərqlidir. Bunu aydın görmək 
üçün bir neçə örnəyə baxmaq kifayət edər:  
Troya çarı Priamın oğlu Aleksandrın adı: Alexsantre, Alc-
sentre, Alaxsantre, Elaxšntre, Elcsntre, Elxsntre. Menerva 
tanrıcanın adı:  Meneruva, Menrva, Menrua, Merva, Mnrva
Ön Asiya mənşəli Goroqlu (Herakl) adı:
 
Herecele, Hercle, 
Xurcles, Kuruqile, Xurxles, Heracle, Herxle.  
Belə yayğın və hamının bildiyi bu adların yazılışında gö-
rünən müxtəliflik, təbii ki, o qədər də bilinməyən sadə apel-
yativ sözlərin yazılışında da vardır: 
apurthe - apurte,  aule - afle, mulach - malak - mlach 
mlacaš - mlakaš - mlaxas,  larth - lart, kara - cara 
kape - cape,  zicu - zixu,  
Türk el qurumuna aid olub bir sıra Avrasiya xalqlarının da 
dilinə keçmiş  tarkan, tarxun tutulları  həm də  şəxsadı kimi 
işlənmişdir. Tarqun (Tarxun) adının etrusk yazılarında belə 
variantları vardır: Tarquenna, Tarquinii, Tarxunies, Tarxun, 
Tarxunie, Tarxunus. Etruriyada tapılan yazılarda etruskların 
hətta öz etnik adı olan rasena (aras-ena) etnonimi də
 
rasna, 
rašna, rašne, rašneš, rasnea formalarında yazılmışdır. 
Göründüyü kimi, etrusk yazılarında eyni sözün müxtəlif 
cür yazılışı var və bunların hamısını imla (orfoqrafiya) xətası 
saymaq olmaz. Belə sözlərin yalnız bir qismi yazarın savadı 
üzündən yanlış yazıla bilərdi. Əsas cəbəbsə etrusk dilinin bir 
 
84


 
85
neçə dialektə ayrılması ilə bağlı idi. Əslində, burada söhbət 
bir  ədəbi dildən (etrusk) ayrı-ayrı dialektlərin yaranmasın-
dan deyil, ortaq dili formalaşdıran müxtəlif kökənli boyların 
dialektlərindən gedir. Deməli, etrusk dilinin açarını tapmaq 
üçün önçə bu dilin dialektlərini  əks etdirən yazıların qrup-
laşdırılıb sistemə salınması da gərəkir.  
Etrisk sözlərində bəzi saitlərin yazılmaması əlifbanın qa-
rışıq - sillabik (hecalı) və fonetik xarakter daşıması ilə bağlı-
dır. Ona görə, müəyən sözlərdə samitlər, özəlliklə sonor sa-
mitlər (r, l, m, n) yazılmayan saitərlərlə heca şəklində oxu-
nanda sözün etrusk dilindəki anlamı türkcə qarşılığı ilə ortaya 
çıxır.  
lupu [olupu] “olüb”,  klan [oklan] “oğlan”, 
rth [erti] “erti//idi”, rth  [erat]  “ər adı”,  ril [eril] “ər il” 
Göytürk və etrusk yazılarında  a/ə  və  s kimi oxunan 
|

hərfi hər iki yazıda bəzən sözlər arasında durğu işarəsi (ayı-
rıcı) vəzifəsini daşıyır. Bu halda 
|
a durğu işarəsi nöqtə və 
vergül kimi ayrıca səs bildirmir.
 
Ona görə də belə orfoqrafik 
qaydaları bilməyən etruskoloqlar, özəlliklə uzman olmayan 
həvəskar araşdırıcılar bir çox mətnin transkripsiyasını yanlış 
verir. Örnəyin, lemni yazısında
 
ssgas : agss
 
sözlərini P. Kaya    
ssaqas : aqass şəklində oxumaq istəmişdir, halbuki həmin 
deyim (Z) sugas : agıs (Z) şəklində oxunmalıdır.
 
Etruskoloqlar kimi bəzi türkoloqlar da eyni yanlışlığa yol 
verir. Örnəyin, S.Q. Klyaştornı mry  a kÜÇ a mrht  yazısında 
a durğu  işarəsini ayrıca söz kimi oxumuşdur:  tanrım  a  
öçük  a  yerim
31
                    
 
Bugün soy-şəxs adlarının yazılışında geniş istifadə olunan 
M(irzə) F(ətəli) Axundov kimi qısaltmalar  etrusk çağından 
işlənir. Etrusk yazılarında, özəlliklə başdaşı epitafiyalarında 
                                                           
31
 Кляшторный, 1976, 68-69. 
 
85


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə