Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə23/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
86
yayğın olan bəlli adların, çoxişlənən sözlərin baş hərfi yazılır. 
Belə  qısaltmaların bütöv forması ikidilli yazıda asan bərpa 
oluna bilir. Örnəyin; 
TLE 514.  
(latınca): lart cae caulias 
(etruskca): l. cae. caulias (Lart Kayı Kaulias)  
Bu ikidilli yazıdan öyrənmək olur ki, etrusk variantında 
yalnız baş hərfi (l) yazılan söz Lart adı imiş. Deməli, epita-
fiyalarda rast gəldiyimiz l hərfli qısaltma Lart kimi oxunur. 
Etrusk yazılarında qısaltmalar əsasən epitafiyalarda, başdaşı 
yazılarında özünü göstərir. 
Morfonologiya. Bir saxa (yakut) məktəbə uşukula deyirsə, 
deməli onun ana dilində rusca şkola sözündəki səs düzümü 
yoxdur. O, tələffüz edə bildiyi vərdişlə bu sözü ana dilində 
sözlərin səs-heca quruluşuna uyğunlaşdırır, dilcilikdə buna 
interferensiya deyilir. Etrusk dilində alınma sözlərin yazılışı 
göstərir ki, onlar bəzi yunan-latın sözlərini tələffüz etməkdə 
çətinlik çəkirmişlər, belə sözləri ana dilinin fonotaktikasına 
uyğunlaşdırıb deyirmişlər: Apollon 
>
 Apulu.  
Etrusk yazılarında fleksiya kimi görünən usil//uselna tipli 
sözlərdə sait əvəzlənmələri vardır. Lakin bilmək olmur ki, 
burada i/e əvəzlənməsi usil sözünə şəkilçi qoşulanda baş ve-
rir, yoxsa usil//usel fərqi dialekt özəlliyi və ya ayrı nədənlə 
bağlıdır. Eyni sözü clan //clenar kimi a//e əvəzlənməsini əks 
etdirən örnəklər haqqında da demək olar.   
Etruskoloqlar tipoloji baxımdan etrusk dilini aqqlütinativ 
(bitişkən) saysa da, sözlərin tərkibində görünən səs əvəzlən-
mələrini flektiv dillərdəki duruma bənzədir və müxtəlif for-
malı şəkilçılərin eyni qramatik funksiya ilə bir sözdə işlənə 
bilməsini, belə durumun qoşma və bağlayıcılarda da görün-
məsini inflected və uninflected terminlərilə verirlər. Əlbəttə, 
etrusk dilinin morfonoloji quruluşundan yalnız bu dilin açarı 
 
86


 
87
tapılandan sonra danışmaq olar, çünki sadalanan özəlliklər 
morfonoloji qaydalar deyil, sadəcə dialekt fərqlərilə də bağlı 
ola bilər. 
Etrusk yazılarında bəzi saitlərin yazılmaması əlifbanın tam 
fonetik deyil, hecalı (sillabik) yazı növü ilə qarışıq bir əlifba 
olduğunu düşünməyə əsas verir. Bu baxımdan, morfonoloji 
özəllikləri  əks etdirən sillabik yazı qaydalarını  dəqiqləşdir-
məklə etrusk dilinin morfonoloji quruluşunu ortaya çıxarmaq 
olar.   
Morfologiya. Etrusk dilinin hansı dil ailəsinə aid olması 
omun morfoloji quruluşundan asılıdır. Tipoloji baxımdan bu 
dil birləşik (aqqlütinativ) dillərdəndir, yəni türk dili kimi söz 
kökünə qoşulan şəkilçilər ona yeni leksik və qramatik məna 
verir. Belə dillərdə önqoşma olmur. Məsələ burasındadır ki, 
etrusk yazılarında şəkilçiləri müəyən etmək o qədər də çətin 
deyil, lakin onların qramatik yükünü, hansı vəzifə daşımasını 
ayırd etmək çətinlik yaradır. Örnəyin, yazılarda çox işlənən 
oğlan anlamındakı clan sözünə bu şəkilçilər qoşula bilir:   
 
 
 
 
 
Tipoloji baxımdan etrusk dili birləşik (iltisaqi) dil olduğu 
üçün türk dillərindəki kimi, burada da söz kökünə bir neçə 
şəkilçinin dalbadal qoşulması doğaldır: 
türk: göz-əl-lik-lə;   etrusk: larth-al-iş-la 
Bəzi etruskoloqlar etrusk dilinə hindavropa dillərindən biri 
kimi baxdığından bu dilin morfologiyasını o dillərin qramatik 
kateqoriyaları ilə yozmağa çalışırlar. Etrusk dilində olmayan 
çins bildirən morfemlər axtarır, hətta onların hallanma for-
 
87


 
88
malarını “tapır”, bəzi adların sonluğunu isə adlıq hal forması 
kimi verirlər. 
Etrusk dilində isimlərin hallanması haqqında müəyən bil-
gilər əldə edilmişdir, lakin bu sahədə uğurlar etruskoloqların 
güman etdiyi qədər də deyil. Hər halda, hələlik uzmanların 
hallara aid qəbul edib razılaşdığı ortaq fikirləri gözdən keçi-
rəndə etrusk dilində sözlərin hallanması ilə türk dili hallan-
ma sistemi arasında müəyən bənzərlikləri görmək olur. 
Türk dilləri kimi etrusk dilində adlıq halın (nominativ) şə-
kilçisi yoxdur: apa (apa, ata), klan (oğlan), spur (şəhər). Uz-
manlar etrusk dilində  yiyəlik halın  (genitiv) iki cür (-s//-ş 
və -l) şəkilçı ilə yarandığını yazırlar: apa-s (apa-nın), spur-
al (şəhər-in), Laris-al (Laris-in), Ramtha-ş (Ramta-nın).  
Etruskologiyada cəmlik şəkilçisilə işlənən yiyəlik halın 
-ra-s  (canlı),  -xva-l (cansız) formalarını qeyd edirlər.  Əgər 
bu yorum doğrudursa, onda türk morfoloji sistemindən kə-
narda qalan bu qramatik göstəricinin (canlı-cansız) etrusk 
dilində hansı dilin qalığı olması araşdırılmalıdır. Bəzi uzman-
lar -is, -(a)ls şəkilçilərini ikiqat yiyəlik (dubl genitiv), bəzi-
ləri də birgəlik halı kimi I ablativ, II ablativ adlandırırlar.  
M. Pallottinonun etrusk dilində yiyəlik halın iki şəkilçisi 
olması haqqında yozumunu A. Ayda xanım dolaşıq və yanlış 
sayır, doğru olaraq, bu şəkilçilərdən birini (-s) mənsubiyət 
bildirən morfem kimi dəyərləndirir və  həmin  şəkilçiyə aid 
bu örnəyi verir: 
32
Avileska apas  - “Avileska(nın) apa-sı” 
Avileska-l apas  - “Avileska-nın apa-sı” 
Göründüyü kimi, etrusk dilində yiyəlik, birgəlik halları və 
mənsubiyət bildirən şəkilçilərin dəqiqləşməsinə ehtiyac var-
dır.  Əvvəla, nəzərə almaq lazımdır ki, aqqlütinativ dillərdə 
                                                           
32
 Ayda, 1992, 235-236. 
 
88


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə