Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə24/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

 
89
olmaması  gərəkən erqativ halın etrusk dilində axtarılması 
əvəzinə bu dildə olması gərəkən mənsubiyət şəkilçisi tapıl-
malıdır. Bu axtarışın ipucu söz sırasıdır: təyin olunan sözün 
sonra gəlməsi, mənsubiyət bildirən şəkilçinin də ona qoşul-
ması diqqqətə alınmalıdır. Bir nəsnənin kimə məxsus olması 
onun üzərindəki yazıda mənsubiyət göstəricisinin işlənməsi 
ilə bəlirlənir. Örnəyin, “Mən Mamerkenin artesiyəm (sanca-
ğıyam)” deyimi olan bu yazıda (TLE 338) mənsubiyət bildi-
rən -si morfemi belə verilmişdir:  
mi mamerces arte-si   (mən mamerke-nin arte-si
Etrusk dilində təsirlik halı (akkuzativ) qıpçaq qrupu türk 
dillərində (ev-ni) olduğu kimi -ni şəkilçisilə bildirilir. Bunu 
I  şəxsin təkini bildirən  mi  (mən)  əvəzliyi aydın sərgiləyir: 
mi-ni  (məni).
 
Həmin formada şəkilçi samitlə bitən sözlərə 
də qoşulur: spur-ni (şəhər-ni). Azər türkcəsində isə -ni şıkil-
çisi saitlə bitən sözə qoşulur:  evi-ni,  quyu-nu. Bəzi etrusk 
yazılarında mini ilə yanaşı
 
mine//mene sözlərində də təsirlik 
halın morfemi (-ne) olduğunu söyləyirlər. Bununsa doğru 
olub-olmadığını mətn daxilində yoxlamaq gərəkir. 
M.Pallottino  əski etrusk yazılarında  yönlük hal (dative
şəkilçisinin  -a formantı ilə bildirildiyini qeyd edir.
33
   
Türk 
dillərində həmin şəkilçinin -a//-ə, -qa//-gə kimi bir neçə fo-
netik variantı vardır. 
Etrusk dilində yerlik halın (lokativ) -thi//- ti şəkilçisilə iş-
lənməsi söylənir:  spur-ti  (şəhər-də),  klan-ti (oğlanda).  Bəzi 
türk dillərində bu morfemin -te variantı etrusk deyiminə çox 
yaxındır: el-te (eldə). 
Bəllidir ki, türk dillərində  cəmlik bildirən  -lar  şəkilçisi 
topluluq bildirən -la

-ar şəkilçilərinin (la
+
ar

lar) qovuşması 
ilə yaranmışdır. Vaxtilə həmin -ar morfeminin türk və etrusk 
                                                           
33
 Pallottino, 1975, 215. 
 
89


 
90
dillərində  cəmlik bildirən eyni şəkilçi olduğunu göstərmiş-
dik.
34
 
 Bəzi uzmanlar -r şəkilçisini canlı, -xva//-cva//-va//-ua 
şəkilçilərini isə cansız məfumlar bildirən sözlərə qoşuldu-
ğunu söyləyirlər:
 
ais (tanrı),  ais-er (tanrılar); 
 
marunu-xva 
(marunular). 
Beləliklə, etrusk və türk dillərində hal və kəmiyət göstəri-
cilərinin bu qısa və ötəri müqayisəsi də göstərir ki, əlifbada 
olduğu kimi, qramatik qatda da bu dillərin ortaq elementləri 
vardır. Örnəyin, hər iki dildə eyni anlamı olan apa sözünün 
hal və mənsubiyət şıkilçilərilə işlənməsini belə vermək olar: 
İsmin halları 
tək və cəmdə türkcəsi 
adlıq (nominativ)  
  apa 
*apa-(a)r
apa 
apa-(la)r  
yiyəlik (genitiv)  
 
 
*apa-(a)l
 
*apa-r-al
apa-(n)ın 
apa-lar-ın       
təsirlik (akkuzativ)   *apa-ni 
*apa-r-ni
apa-nı   
apa-lar- 
yönlük (dative)     
 
*apa-a 
*apa-r-a
apa-(g)a//-(y)a 
apa-lar-a 
yerlik (locativ)    
 
*apa-ti 
*apa-r-ti
apa-ta 
apa-lar-ta 
çıxışlıq 
       ? 
apa-tan 
apalar-tan 
birgəlik (ablativ) 
 
       ?
apa-(y)nan//la 
apalar-nan//la 
Mənsubiyət 
 
*apa-s(i) 
*apa-r-si
apa-sı 
apa-lar-(
*
s)ı
Etrusk dilində  əvəzlik  kimi işlənən sözlərin olmasına heç 
kim  şübhə etmir, lakin bunların  şəxs, işarə, sual əvəzlikləri 
üzrə müəyənləşdirilməsi hələlik tam başa çatmayıb. Bəzi işa-
rə əvəzliklərinin fonetik dəyişmələrə uğraması söylənir: ita
 
                                                           
34
 Ağasıoğlu, 1988, 195. 
 
90


 
91
>
 eta
 >
 taika
 >
 eca
 >
ca. I, III şəxs əvəzliyini bildirən sözlər 
və bəzi işarə əvəzlikləri etrusk və türk dillərində oxşardır:  
şəxs əvəzliyi etrusk 
türk 
I mi 
mən 
II 
? sən 
III 
an an, 

 vil 
ol, vil (çuvaş
işarə əvəzliyi 
pi, pul 
an, in 
bu(l) 
an, in, ol 
Etrusk dilində qoşma, bağlayıcı,  ədat, inkarlıq morfemi 
bəlirlənməyib. Bəsit sintaktik quruluşlu bu dildə önqoşma
cins kateqoriyası yoxdur. Köməkçi feillər, feilin zaman, növ 
formaları  hələlik o qədər də aydın deyil. Uzmanlar keçmiş 
zamanı bildirən -ce (-ke) şəkilçisini göstərirlər: 
sval-ce (sğalke) - yaşadı, sağaldı 
lupu-ce (lupuke) - öldü, ölübdü  
muluvani-ce (muluvanike) - yapdı, qayırdı 
Beləliklə, etrusk dilinin müxtəlif qatlarına ötəri baxış bir 
daha bu dilin qarışıq olduğunu, burada türk dili ilə yanaşı 
başqa bir (və ya iki) dilin özəlliklərinin də yer aldığını gös-
tərir. Etrusk əlifbası göytürk əlifbası ilə eyni mənşəlidir və 
bu dil fonetik, leksik, bəzi qramatik göstəricilərə görə çuvaş 
dilinə yaxındır. Tipoloji baxımdan da birləşik (aqqlütinativ) 
dillər qrupunda olan etrusk dili ilə türk dilləri arsındakı bağ-
lantı 3 minil öncəyə dayanır. Birləşik dillərin morfonoloji 
quruluşundakı konservatizm etrusk-türk əlaqələrinin ortaya 
çıxarılmasına imkan verir və bu imkan etrusk dilinin daxili 
dialekt özəllikləri öyrənildikcə daha da artacaqdır. Bunun 
üçün ilk növbədə etrusk yazılarının bölgələr üzrə, həm də 
mövzulara görə qruplaşdırılması gərəkir. 
 
 
 
91


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə