Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

 
75
bildirən sözlərin 1-thu, 2-zal (esal), 3-ci (ki)4-ša, 5-max, 6-
huth kimi oxunması geniş yayılmışdır, çünki kubun qarşı tə-
rəflərində rəqəmlərin cəmi zərin üstündəki nöqtələrə uyğun 
olaraq yeddi sayını verir: 1+6=7; 2+5=7; 3+4=7. Bəzi uz-
manlar isə huth sözünü 4 sayına, ša sözünü isə 6 sayına aid 
edirlər. 
Bu say bildirən sözləri sırası ilə 
Polat Kaya (pr, ki, zal, mak, ma, 
hut), Selahi Dikər (thu, ki, huth, 
ça, mal, zal) və ola bilsin ki, mə-
nim bilmədiyim kimsələr də türkcə 
oxumaq istəmişlər. Haluk Berkmen 
isə zər üzərindəki yazının güləşdə hakimin işlətdiyi göstəriş-
lər (gey-aç, kal-kaç, alt- üst) olacağını ehtimal etmişdir. Vax-
tilə zərin üzərində olan sözlərin təxmini transkripsiya ilə ve-
rildiyini, zərin pr yazılan üzünü isə başayaq tutaraq oxuduq-
larını görüb, bəzi düzəlişlər vermişdik:
26
 
                        
 
Etruskoloqların oxuduğu variantla (yuxarı sıra) bizim va-
riant (aşağı sıra) arasında bu fərqlər vardır: 
Göründüyü kimi, 1, 
2, 5, 6 sayları  zər üzə-
rindəki düzümə uyğun 
gəlir, 3 və 4 sayları isə 
onları bildirən sözlərin 
doğru transkripsiyası ilə 
bağlıdır. 
                                                           
26
 Azər xalqı, 2000, 152-153;  Etruskca “beş” sayının çuvaş dilindəki  pilĕk  (bilək) 
variantı ilə işlənməsi etrusk yazılarında başqa sayları müəyən etməyə çuvaş sayları 
yardımçı ola bilər: pĕr (1), ikĕ (2), viç (3), tăvată (4), pilĕk (5) ult (6) və s. 
 
75


 
76
Əlifba. Etrusk əlifbası üzərində bir az geniş dayanmağa 
ehtiyac var, çünki bugün dünya xalqlarından çoxunun isti-
fadə etdiyi latın qrafikalı  əlifbanın kökündə etrusk əlifbası 
durur. O əlifba da qədim türk əlifbası ilə eyni qaynaqdandır. 
Yazıdan istifadə edən qədim xalqların toplumda yazıb 
oxuya bilən mirzələrə ehtiyacı vardı, ona görə  də bitikçi 
(katib) və dilmancların hazırlanması üçün məktəblər yara-
nırdı.  İlk dəfə sumerlərin yaratdığı belə  məktəblər sonralar 
Ön Asiyada yayğınlaşdı, bu gələnəyi etrusklar da İtaliyaya 
gətirmişdi. Etrusk yazısı kətan parçaları və üz tərəfinə mum 
çəkilmiş ağac lövhələr üzərində öyrənilirdi. Kətan üzərində 
quş qanadından, ağac üzərində qamışdan düzəldilən qələm-
dən, mürəkkəb kimi doğal boyadan istifadə olunurdu. Ro-
malılar da uşaqlarını yazıb-oxumağı öyrənmək üçün etrusk 
məktəbinə göndərirdilər.  
Marselian şəhərinə yaxın bir etrusk basırığnda ”Marselian 
əlifbası” adlandırılan yazı lövhəsi tapılmışdır. Fil sümüyün-
dən düzəlmiş lövhə üzərinə yayılmış mum qalığı və yuxarı 
tərəfdə sağdan sola cızılmış 26 hərf vardı. Belə lövhələrdən 
etrusk məktəblərində yazı öyrənmək üçün istifadə olunurdu: 
 (Lövhənin şəkili və çizgi kopiyası)    
 
76


 
77
Etrusk  əlifbası yalnız bu yazı lövhəsində deyil, keramik 
qablar və başqa nəsnələr üzərində  də tapılmışdır. Belə nü-
munələrdə əlifbanın soldan sağa düzülüşünə də rast gəlmək 
olur. Elə örnəklər var ki, orada hərflərin sıralanmasında və 
ya sayında yanlışlıq görünür:  
 
Etrusk  əlifbasında bəzi hərflərin fərqli  şəkilləri və eyni 
səsi bildirən fərqli hərflərin olması doğaldır. Belə ki, minil 
boyunca işlənən yazının mərkəzi hakimiyəti olmayan xalqın 
yaşadığı bölgələr üzrə fərqlənməsi, həm də bu zaman içində 
inkişaf edən dilin fonetik sistemində baş verən dəyişmələrə 
uyğunlaşması ilə ortaya çıxan fərqləri təbii saymaq gərəkir. 
Zaman axarında etrusk və türk əlifbasında olan işarələrin 
bəzisi dəyişikliyə uğrasa da, hər iki dilin yazılarında görünən 
eyni cizgili hərflər daha çoxdur. Verilən bu qarşılaşdırmada 
görünən eynilik ortaq qaynağı açıq sərgiləyir:  
 
77


 
78
Minil davam edən etrusk yazı gələnəyində dilin inkişafı, 
dialektlərin bölgələr üzrə fərqlənməsi yazı qaydalarına təsir 
etdiyi kimi, əlifbadakı hərflərin sayında və cizgisində də iz 
buraxmışdır. Lakin bu fərqlər Orxon yazıları ilə Yenisey ya-
zıları arasında olan qrafik fərqlərdən azdır. Türk və etrusk 
runik  əlifbalarının bir qaynaqdan olması eyni səsin hər iki 
əlifbada eyni işarə ilə verilməsində daha aydın görünür: 
Əvəllər ellinlərin yazı gələnəyi olmadığını vurğulayan və 
Elladada  əlifbanın ortaya çıxmasını finiklərə bağlayan, yu-
nanların dəri üzərində yazılan kitabələrə dephtera (dep-deri) 
deməsini, istifadə edilən  əlifbaya  finik yazısı deyiminin isə 
uzum müddət yunan dilində davam etməsini yazan Herodot 
kadmelərin yunanlara gətirdiyi əlifbada yaranan fərqləri belə 
izah edir: “Öncə başqa finikiyalılar kimi kadmelərin yazısı 
finik əlifbasında idi. Sonralar dillərində baş verən dəyişmə-
lər  əlifbaya sirayət etmiş  və  bəzi hərflərin fərqli formaları 
yaranmışdır.” 
27
  
Siciliyalı Diodora görə, Homerdən öncəki yunan şairləri 
pelask  əlifbasından istifadə etmişlər, bu əlifbaya dayanan 
yazı türləri Avropaya da yayılmışdır. Belə əlifbanı İtaliyaya 
pelasklar gətirmişlər. Diodorun fikrinə Böyük Pliniy də  tə-
rəfdar çıxmışdır. Bu yorumlar etruskların pelask sayılması 
ilə bağlıdır. Latın əlifbası da etrusk əlifbasından yaranmışdır. 
                                                           
27
 Herodot, V. 58. 
 
78


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə