Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə28/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

 
106
külünü adi görünüşlü, antropomorf və evəbənzər qaba yığıb 
basırığa qoyurdular. Etrusklar gələndən sonra da bu gələnək 
kurqan və katakomb basırıqlarla yanaşı davam etmişdir.  
 Bir xalqın kultur sahələrilə onun etnik soykökünü təyin 
etmək bir sıra çətinliklərlə bağlıdır. Özəlliklə, bir bölgənin 
regional kultur dəyərlərini uzaqda yerləşən başqa bölgəyə 
daşıyan bir xalqın yeni yurdda sərgilədiyi kultur göstəricilər 
burada mövcud olan yerli və qonşu xalqların kulturu ilə birgə 
inkişaf edir. Əslində, etruskların taleyini yaşamış xalqlarda 
olduğu kimi etrusk mədəniyəti superetnik kulturlarla yoğrul-
muşdur. Ön Asiya kulturu ilə yerli Villanova kulturu sinte-
zindən yaranan etrusk kulturu həm də kənardan İtaliyaya gə-
lib kaloniyalar halında yaşayan yunanlara məxsus kulturun 
təsirinə uğramışdır. Bu baxımdan, etruskların kimliyini aca 
biləcək ipucunu kultur sahələrdə bulmaq o qədər də asan de-
yil, burada yararlı bəlgəni yalnız dolayı yolla əldə etmək olur.  
Özlərini raśna, rasenna adlandıran etruskların adı latınca 
etrusci, italiyanca etruschitusci, yunanca
 
τυρσηνοί, τυρρηνοί 
şəklində yazılırdı. Bəzi uzmanlar tirrenlərin İtaliyada yerləş-
məsini Roma şəhərinin salınmasından 290 il öncəyə bağlayır, 
bəziləri də Etruriyadakı arxeoloji bəlgələrə görə bu tarixi 8-
7-ci əsrlərə aid edir. İlk baxışda bu fikirlər arasında ziddiyət 
görünür, ancaq İtaliyaya quzeydən və doğudan olan köçləri, 
hətta Anadoludan olan köçün birdəfəlik deyil, dalğalarla, ən 
azı iki müxtəlif çağda baş verdiyini düşünsək, onda ziddiyət 
aradan qalxar. 
Hələ ki, etriskların hansı qədim xalqa bağlı olması, İtaliya 
torpağına haçan və haradan gəlməsi haqqında irəli sürülən 
fərqli hipotezlərin heç biri gündəmdən çıxmayıb, 25 əsr ön-
cə söylənən fərqli fikirlər, yorumlar azalmaqdansa, son illər 
daha da artmışdır. Vaxtilə Herodot yazırdı ki, sonralar tirsen 
adı ilə tanınan etrusklar öncə Anadolunun Lidiya bölgəsində 
 
106


 
107
yaşayırmış. Burada quraqlıq nədəniylə başlanan qıtlıq üzün-
dən elbəy Atis Manes oğlu xalqı iki qrupa ayırıb püşk atır: 
burada qalası toplumun başında özü qalır, gedəsi qrupa isə 
oğlu Tirseni başçı qoyur.   
Tirsenlə bərabər ölkəni tərk edənlər Smirna (İzmir) lima-
nından gəmilərə minib yeni yurd yeri axtara-axtara İtaliyaya 
yan alırlar. Yarımadanın orta yaxalarına çıxan miqrantlar bu 
ərazilərdə tirsen adı ilə yerləşir və orta bölgələrə yayılırlar. 
Tit  Liviy ilə Polibiy də bu fikri savunurdular. Bu yoruma 
həmin çağlarda dəstək verən başqa yazarlar olsa da, m.ö. I 
əsrdə Romada yaşayan Halikarnaslı Dionisiy əks fikir söylə-
yirdi. Yazar etruskları (tuskları) İtaliyaya gəlmə xalq deyil, 
yerli xalq sayır, onların lidiyalılarla ortaq tanrıları, ortaq dili, 
oxşar gələnək-görənəkləri olmadığını yazırdı. Dionisiy He-
rodotun çağdaşı, lidiyalılar haqqında kitab yazmış Ksanfın 
da etruskların Lidiyadan köçməsi haqqında heç nə demədi-
yini, Atis oğlunu Tirsen deyil, Toreb adlandırdığını xatırla-
dır. Ancaq bunu da qeyd edək ki, Toreb (Turab) adına bən-
zəyən Turebi (TLE. 541) adı etrusklar içində də vardı.  
Bəzi yazarlar Lidiya adını burada hökmdar olmuş Lidusun 
adı ilə bağlayır, bəziləri də öncə bu ölkənin Ludya və yaxud 
Meonya adlandığını deyir. Hər halda burada lidiya adlı xalq 
və ayrıca lidiya dili olmamışdır. Öncə hindavropa dilli iyon-
ların, sonralar da türkdilli qamərlərin (kimerlərin) istilasına 
uğrayan Lidiya bölgəsindən  İtaliyaya köçənlərin kimliyini  
dil bəlgəsi olmadan müəyən etmək çətindir. Əslində, Lidiya 
adı sonrakı  mərhələyə aiddir, tirrenlərin köçü dönəmindən 
sonrakı addır. 
Etruskların doğudan gəlməsi və ya yerli xalq olması fikrilə 
yanaşı, onların İtaliyaya quzeydən gəlməsini söyləyənlər də 
vardır. Tit Liviy yazır ki, alp boyları, özəlliklə retilər etrusk 
kökənli idi və onlar dağlarda qaldığı üçün yabanılaşıb  əski 
 
107


 
108
gələnəklərini unutdular, dilləri də pozuldu. Bəzi çağdaş uz-
manlar da etruskların quzeydəki Reti bölgəsinindən keçərək 
İtaliyaya gəldiyini söyləyirlər. Bu üçüncü konsepsiya XVIII 
əsrdə N. Frere tərəfindən gündəmə gətirilsə də, davamçıları 
bugün də vardır.  
İkiçayarasının (Mesopotamiyanın) quzey, Anadolunun batı 
bölgələri ilə Etrusk abidələrı, əkinçilik kulturu arasında ox-
şarlıq vardır. Anadoludakı Toprak-qala yaşayış məskəni ilə 
Etruriya arasındakı yaxınlığı da diqqətə alan A. Piqanoli et-
ruskların doğudan gəlməsi fikrinə üstünlük verir. Vizner də 
etruskların Qafqaz-Azərbaycan sınırlarından çıxdığını ürəli 
sürmüşdü, lakin onun fikrincə onlar birbaşa Anadolu üzərin-
dən deyil, Qaradəniz üzərindən dolanıb, Frakiyanı, İlliriyanı 
keçıb İtaliyaya gəlmişlər. Mario Alineyinin yeni teoriyası da 
macar kökənli etruskların quzeydən gəlməsi üzərindı qurul-
muşdur. 
Son vaxtlar DNA üzrə aparılan tədqiqatlarda etruskların 
Anadolunun batı sakinləri və qədim Troya bölgəsilə yaxınlı-
ğı aşkar olmuşdur. İtaliya genetikləri təkcə adamların deyil, 
heyvanların da (Bos taurus)
 
DNA-sı üzərində araşdırma 
aparıb eyni nəticəni almışlar.  
Marko Pellekianın (Marco Pellecchia) başçılığı ilə araş-
dırma aparan uzmanlar Toskan və Anadolu qaramalı arasın-
da mitoxondrial göstəricisinin (mtDNA) 60% eyni olduğunu 
müəyən etmişlər.
38
 
Beləliklə, m.ö.V əsrdə Herodotun yazdığı 
və Fukidit ilə Senekanın da dəstəklədiyi versiya - etruskların 
Anadoludan gəlməsi fikri təsdiq olundu. DNA üzrə araşdır-
malar bir neçə dəfə təkrar edilmişdir.
 
 
İtaliyada bir neçə universitetin genetika uzmanlarından 
oluşan grup tərəfindən 2004-də etruskların soykökü üzərin-
                                                           
38
 “Proceedings of the Royal Society B: Biological Sciences” jurnalındakı bildiri: 
The mystery of Etruscan origins: novel clues from Bos taurus mitochondrial DNA.   
 
108


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə