Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə36/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

 
132
Ekiz qardaşlara süd 
verən dişi qurd hekayə-
si bu qurdu Roma şə-
hərinin simgəsinə çe-
virmişdir. Romanın sa-
lınması ilə bağlı başqa 
bir qurd əfsanəsi də 
var. Vaxtilə bunu qələ-
mə almış Festusa əsa-
sən G. Dümezil qeyd 
edir ki, Roma şəhərini 
salmaq üçün yola çı-
xanlara bir qurd bələd-
çilik edib onları  şəhə-
rin salınacaq Yedditə-
pə bölgəsinə  gətirir.
76
 
Eyni hekayəyə başqord 
boylarında rast gəlmək 
olur, Nuhoğlu Türkün yolunu bəlirləyən bir qurd haqqında 
olan hekayəni isə azər türkləri içində qələmə almışlar.
77
A. İ. Nemirovski yazır ki, Likofron etruskların soybabası 
kimi verdiyi Tarxon ilə Tirseni “Herakl soyundan törəyən 
qızılı-boz qurdlar” adlandırır.
78
 Reya savaş tanrısı Marsdan 
(bozqurddan) hamilə qalır. Eyni durumu türk əfsanələrində 
görmək olur. Türk boylarının qoşduğu “Çingiznamə” dasta-
nında Çingizin anası Alanqova hamilə olmasını  “gün işığı 
olub mənə yenir, qurd olub çıxır”- deyə, izah edir. Bunu yox-
lamaq qərarına gələnlər dan yeri söküləndə göydən işığın 
enib, sonra “yılkı yallı gökbörü” şəklində çıxdığını görürlər.  
                                                                                                                                        
75
 Савинов, 1980, 319. 
76
  Ayda, 1992, 99. 
77
 Sagitov, 1986, 129;  ƏƏR, 2005, 37-38. 
78
 Немировский, 1983, 23. 
 
132


 
133
Etrusklarda qurd savaş tanrısı Marsın 
bir simgəsidir. Bir etrusk cizgi rəsmində 
hətta tanrıca Menerva ilə olan uşaqlıq 
şəklindəki silah-yaraq və başı üzərində 
ulayan üçbaşlı qurd diqqəti çəkir. Etrusk 
yazılarında onun adı Maris, Mars, Mari 
şəklində keçir. Olsun ki, mari  sözü elə 
börü anlamında işlənmişdir. Etruskların 
bu savaş tanrısı latınlara da Mars adı ilə 
keçmişdir. 
Bir sıra türk boylarının savaş simgəsi bozqurd idi. Uyğur 
Oğuznaməsində gün işığı ilə Oğuz xanın çadırına girən “göy 
tüklü, göy yallı bir erkək börü” Urum elinə yürüşdə oğuzlara 
yol göstərəcəyini bildirir. Oğuz xan da bozqurdu savaş uranı 
(çağrışı) kimi dəyərləndirib “gökbörü bolsunğıl uran”- deyir.
 
Kuman boylarında da uran savaşa uğur gətirən bozqurd idi. 
 
Rus salnaməsi kuman xanı Bonyakın 1097-dəki bir savaş 
olayından bəhs edir: “i yako bist polunoşi i vstav Bonyak i 
otyexa ot rati i poça volçski vıti”.
79
   
Burada savaşöncəsi 
gecə Bonyak xanın çadırdan çıxıb bir az uzaqlaşaraq üzünü 
göyə tutub qurd kimi ulaması qeyd olunur. Həmin qaynaq 
olayın davamını belə verir ki, Bonyak səsinə bozqırdan hay 
verən bozqurdun cavabını eşidəndən sonra çadıra qayıdır və 
yarınkı cavaşda qələbə çalacağını deyir.  
Göründüyü kimi həm etrusk, həm 
də  bəzi türk boylarında savaş sim-
gəsi bozqurd uran idi. Döyüş ya-
raqlarında qurd şəkili çəkilməsi və 
bəzi türklərin savaş bayrağına qurd 
başı taxması etrusk-türk savaş gələ-
nəyinin doğal göstəricisidir. 
                                                           
79
 Плетнева, 1990, 102. 
 
133


 
134
 
Qurdla bağlı əfsanələrin türk xalqlarinda yayğın olduğunu 
söyləyən ünlü sinoloq V. Eberhard haqlıdır.
80
 
Saxa 
türklərinin  qurda xallān uola (göyün oğlu),  tañara uola 
(tanrıoğlu) deməsi də  bəllidir. Bu baxımdan, protoetrusk 
boyları içində  hər hansı bir türk boyunun bozqurdla bağlı 
əfsanələri, motivləri  İtaliyaya aparması bir tarixi gerçəklik 
kimi burada sadalanan örnəklərlə ortaya çıxır.  
Ancaq Urmu teoriyasından xəbərsiz olan bəzi tarixçilər Ön 
Asiyadan türk boylarının doğuya, həm də batıya olan köçləri 
nəticəsində həmin bölgələrdə ortaya çıxan, eyni durumu əks 
etdirən bəlgələri yanlış yorumlayırlar. Örnəyin, tanınmış ar-
xeoloq L. R. Kızlasov m.ö. İ minilin son əsrlərində salınmış 
hunlara aid Taşebi şəhərinin arxitektur özəlliklərindən bəhs 
edərkən burada döşəməaltı isitmə sisteminin etrusk məbəd-
lərinin atrium bölməsində isitmə ilə eyni tipdə olmasını və 
bu gələnəyin həm etrusk, həm də hunlara Ön Asiyadan apa-
rıldığını yazır. Lakin qədim Sumer tikinti gələnəyində olan 
bu üsulu Taşebinə aparanların irandilli olduğunu söyləyir.
81
 
Əvvəla, hunların şəhərini nə üçün özləri yox, irandillilər tik-
məli idi? Həmin məntiqlə İtaliyadakı etrusk məbədlərini də 
o çağlarda hələ tarix səhnəsinə çıxmayan irandillilər tikməli 
idi ki, bu da absurd yorumdur, çünki nə Altayda Taşebi şə-
hərini tikən hunların, nə də m.ö. I minilin başlarından İtali-
yada görünən etruskların içində irandilli olmamışdır.  
Bu bölmədə etrusk-türk əlaqəsinə  işıq tutan bəzi bəlgələr 
üzərində ötəri dayansaq da, etrusk xalqının formalaşmasında 
iştirak edən protoetrusk boylarından birinin türk kökənli olub 
da, toplumda üstün mövqe tutması çox aydın görünür. Sonrakı 
bölmələrdə bu görüntünü sərgiləyən bəlgə sayı daha çoxdur. 
 
                                                           
80
 Eberhard, 1942, 87. 
81
 Кызласов, 2006, 190-196. 
 
134


 
135
ETRUSKLAR  VƏ  SAQA-QAMƏR  BOYLARI  
Protoetrusk boyları içində görünən türk boyunun ilkin ata-
yurdu Azərbaycan olduğu kimi, Altaydan Azaq dənizinəcən 
uzanan bozqırlarda at oynadan saqa (skit) boylarının atayur-
du da Azərbaycandır. Buradan m.ö. II minildə saqa, qamər 
(kimer) adı ilə çıxan türk boylarınin bir hissəsi sonralar geri 
qayıtdı və m.ö.VII əsrdə Azərbaycanda Saqa elini (dövlətini) 
qurdu, Doğu Anadoluda Qamər bəyliyi yarandı.
82
 Qamərlər 
vaxtaşırı Anadolunun batı yaxalarına yürüşlər edir, Friq və 
Lidiya bölgələrini yağmalayırdılar. Bu bölgələrə saqa boyu 
da zaman-zaman atlı ordularla girib yağmalar etmişdir. 
Bu çağlarda və ya daha əvvəllər saqa-qamər boylarının 
içindən bəzilərinin tirsen, yaxud başqa protoetrusk boyları 
ilə əlaqəsi yarana bilərdi. Vaxtilə florensiyalı monax Mari-
ano etrusklar haqqında yazdığı traktatda özəlliklə vurğula-
yırdı ki, Nuhoğulları yerüzünə yayılanda Qamər (Qomer) 
Etruriyada məskunlaşdı.
83
  
Etrusk və qamər katakomb dəfn 
adətlərinin oxşarlığı da artıq alimlərin diqqətini cəlb etmiş-
dir. Beləliklə, etrusk və saqa-qamər boyları arasında oxşar 
durumların olmasını sərgiləyən birbaşa və dolayı bəlgələrlə 
tanışlıq bu yöndə araşdırmaların davam etdirilməsinə zəmin 
yaradır. 
Etruskların dini görüşlərilə bağlı qladiator gələnəyi sonra-
lar romalılarda mahiyətini dəyişdi, lakin Herodotun saqa yas 
törəni və əsrlərdən birinin qurban verilməsi haqqında verdiyi 
bəlgələri oxuyanda, bir tərəfdən etrusk qladiator döyüşündə 
məğlub olanın qurban verilməsi yada düşürsə, digər tərəfdən 
də saqa-türk gələnəyində basırıq ətrafında dikələn balballar 
göz önünə gəlir. Belə ki, hər üç durumda basırıqda yatan ada-
                                                           
82
 Ağasıoğlu, 2006. 
83
 Немировский, 1983, 4. 
 
135


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə