140
etdirən sənət əsərləri arasındakı bənzərliyi isə gözardı etmək
mümkün deyil, çünki saqalara
aid bu üslubun Ön Asiya mən-
şəli olması artıq elmdə mübahisə doğurmayan məsələdir. Bu
da nəzərə alınmalıdır ki, indiyəcən saqa-türk sənəti sayılan
añ üslublu örnəklərin təhlilində etrusk bəlgələri kənarda qal-
mışdır.
Verilən bu örnəklərdən də
göründüyü kimi, eyni motiv,
eyni qrifon Ön Asiyadan bir
ucu Altay, bir ucu İtaliya, bir
ucu
da Azaq-Qaradəniz yaxa-
larında ortaya çıxan nəsnələr
üzərindədir. Tarixi qaynaqlar,
rəsm əsərləri at üzərində dö-
yüşçünün çevrilib geri ox atması motivini etrusk-türk bağı
kimi qarşımıza çıxarır. Belə ki, belə savaş taktikası yalnız
saqa-qamər, hun, kuman və sair türk atlılarına məxsus olan
bir üsuldur və bunun etrusk sənətində də özünü
göstərməsi
türk-etrusk əlaqələri baxımından çox önəmli, həm də tutarlı
bir tarixi bəlgədir. Etrusklarla saqa-qamər boyları arasında
olan əlaqəni daha qədim mifoloji bəlgələr də ortaya çıxardır.
140
141
KOROĞLU - HEREKLE BAĞI
Prototürklərin atayurdu Urmu hövzəsində m.ö. II minilin
başlarında ortaya şıxmış Koroğlu mifi sonralar Anadolunun
Tuman, Kaşkay və
Palu (Bolu)
adlanan orta bölgələrində,
Azərbaycanda və Tükmən elində dastan (epos) formasında
gəlişmişdir. Eposun türkmən və azər boyları içində yaran-
mış variantlarında Koroğlu obrazı ilə bağlı motivlərin saqa
və etrusklara aid bəlgələrdə buraxdığı izləri tapıb çözmək
gərəkir.
Hələ 2500 il bundan öncə saqa boylarının soykökü miflə-
rini qələmə alan Herodot yazırdı ki, saqaların Targitay adlı
soybabası onların üzərinə pers şahı Daranın yürüş etdiyi
ildən (513) min il öncə yaşamışdır, bu da m.ö. II minilin
ortalarında Koroğlu mifinin dastanlaşdığı dövrə düşür.
Herodot soykökü miflərindən
birini Qara dənizin quzey
sahillərində yunan kaloniyalarından toplamış, o birini isə
saqaların özündən eşitmişdi. Birinci mifdə saqaların soyba-
bası Herakl, ikinci mifdə isə Targitaydır.
90
Birinci variant-
dakı mifin qısa məzmunu belədir:
Herakl itirdiyi inəkləri axtara-axtara gəlib “ağaclıq”
adla-
nan
Gileya bölgəsinə çatır. İnəkləri buradakı yarı ilan, yarı
qız olan bir pəri mağarada gizlətmişdir.
91
Herakl ilə yaxınlıq
edəndən sonra inəkləri qaytarır. Herakl gedərkən yayını və
kəmərini doğulacaq oğlanları üçün əmanət qoyur və pəriyə
tapşırır ki, hansı oğlu yayı onun kimi qullana bilsə, qılıcını
asdığı kəməri
onun kimi belinə bağlaya bilsə, o oğlu ölkənin
başçısı olsun.
90
Herodot, IV. 5-7; IV. 59.
91
Qədim Anadoluda bir hat mifində tufan tanrısı
Taru ilə ilan arasındakı savaşdan
bəhs olunur. Burada ilan
illuyan-kas (ilan-qız) kimi təqdim edilir (
ИДВ, 1988, 156).
Bu bölgə Koroğlunun eposa çevrildiyi Bolu bölgəsinin qonşuluğundakı ərazilər idi
və o çağlarda burada
qaşqay, urmu və başqa türk boyları da yaşayırdı.
141
142
Vaxt tamam olanda İlanqız üç oğul doğur: Aqathirs, Ge-
lon və Skit. Heraklın qoyduğu şərtə kiçik qardaş Skit (Saqa)
əməl
edə bilir, hakimiyət ona verilir. Qardaşlardan törəyən
boylar onların adını daşıyır:
aqathirs,
gelon,
skit. Beləliklə,
saqaların ümumi adı Heraklın kiçik oğluna bağlanır.
İkinci variantda saqaların soybabası Heraklın adı Targitay
kimi verilir. O da
Papay ilə
Apinin oğludur. Aşmarin qeyd
edir ki, çuvaş dilində “baba tanrı” anlamında
papay, tură
papay deyimi işlənirdi. Həvva “Qutatqu bilik”də
Apa adla-
nır: “
Apa yazdı ersə, Bayat qınadı” (Həvva azdı, tanrı onu
qınadı). Qohumluq termini kimi “ulu” anlamında
Apa sözü
həm türk, həm də etrusklarda
adlara qoşulur.
Saqa mifologiyasına görə
Targitay Ulu Baba ilə Ulu Ana-
dan doğulur. Etrusklarda da
Tarxitiy adı vardı. Targitay adına
bir də Herodotdan minil sonra 584-də Feofilakt Simokattanın
əsərində avar boyunda tanınmış bir bəyin adında
rast gəli-
rik.
92
Beləliklə, bu mifdə adı keçən
Papay, Api, onların oğlu
Targitay türkcə adlardır. Targitayın da üç oğlu olur:
Lipok-
sa(is), Arpoksa(is), Kolaksa(is).
Rəşidəddinin qələmə aldığı “Oğuznamə”də türk hökmdarı
Buğra xanın oğlanları da belə adlar daşıyır:
İltegin, Bektegin,
Költegin.
93
Buğra xan hakimiyəti qardaşlardan “sanlı” olan
Költeginə verir. Saqa elinin ilk hökmdarı da
Kolaksa olur,
sınaqdan adının mənası “adlı-sanlı” anlamında olan bu kiçik
qardaş keçə bilir. “Koroğlu” eposunun Türkmən variantında
Cıqalı bəy də sultanlığı kiçk öğlu Adıbegə verir. Türklərdə
elbəy, xaqan oğullarına
tegin, şad ünvanı (titul) verilməsi gə-
92
Simokatta, I. VI, 4-5; I. VIII, 7; VI. XI, 6;
Rubruk da Skatay adlı tatar xaqanından
bəhs edir. Burada
saka-tay tərkibinin skatay kimi verilməsi diqqəti çəkir.
93
Költeginin adı yanlış olaraq Qorıtegin yazılmışdır. V.
Bartold və
O. Turanın yoru-
muna
əsasən
kür və
külüg sözlərinin kökündə
kü- sözünün olduğunu deyən A. Donuk
yazır: “
Kür sözü eyni zamanda
l~r ilişkisi göz önündə tutularaq, türk söz-terminləri
arasında çox sıx keçən
kül deyimi ilə bağlantılı sayılmaqdadır” (
Donuk, 1988, 80).
142