Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
147
Herodotun saqa boylarının soybabası kimi verdiyi Herakl 
yunan mifologiyasında Olimpin baş tanrısı Zevsin dünya gö-
zəli Alkmenadan doğulan oğludur. Alk-
menaya qızan Zevsin arvadı Hera balaca 
Heraklı öldürmək üçün zəhərli ilan gön-
dərir, lakin körpə bu ilanı tutur və boğub 
öldürür. Azərbaycan türkcəsində isə bu 
olayla bağlı  hələ dil açmamış körpəyə 
ilanboğan vaxtıdır deyimi qalmıışdır. 
Zevs cocuğu təhlükədən xilas etmək 
üçün Hera yatarkən onun döşündən Herakla süd içirdir, bu 
olayda Hera artıq “süd anası” sayıldığı üçün Herakl ölümsüz 
yaşam qazanır. Əsl adı Alkid olan bu bahadıra sonra Herakl 
ləqəbi (adı) verilir. Saqa, azər, türkmən və etrusk miflərində 
keçi südü ilə həyatda qalma, dirilik suyu və ya tanrıca südü 
içməklə  təpərli, ölümsüz olma motivləri Koroğlu-Herekle 
eposunda və sənət əsərlərində əks olunmuşdur:   
Azərbayçan variantında Koroğlu Qoşabulaq suyundan içib 
təpər alır, köməyə ehtiyacı olanlara yardım edən bahadır olur. 
Türkmən variantında isə gorda doğulan Koroğlu deşikdən 
çıxaraq keçi (at) südü içib diri qalır. Körpənin keçini əmməsi 
 
147


 
148
olayı 2000 il öncə vulkan altında qalmış Herkulanum şəhəri-
nin divar rəsmində əks olunmuşdur. Buradakı uşaq Heraklın 
özü deyil, oğludur. Qədim döşəmmə motivi Türkmən, Yu-
nan və Etrusk variantlarında, dirilik suyu içmə isə azər-saqa 
variantında özünü göstərir. Etrusk güzgülərinin arxasına çə-
kilmiş yuxarıdakı rəsmlər tanrıca döşündən südəmmə olayını 
əks etdirir. Hətta, bir güzgüdə bu olaya aid yazı da vardır.   
Etrusk dilində olan bu yazıda Koroğlu adını etruskoloqlar 
Xerkle şəklındə oxuyurlar. Lakin buradakı işarə o biri etrusk 
yazılarındakı kimi (h), yaxud (k) kimi, klan şəklində yazılan 
söz də oklan kimi oxunmalıdır Sağdan sola oxunan bu yazı-
nın sırasına görə transkipsiyası, oxunuşu və anlamı belədir:  
 
eka sthen tka içnak herkle unial klan thura ske  
Eka s(ü)ten tka iqnak Herekle Unial (o)klan turaske 
Burada südün tka içən Geroqılı (tanrı) Ananın oğlu turadı 
A. Ayda bu yazı haqqında bilgi verməsə də, tanrıcanın sağ 
döşünü Herklenin əmməsilə  şaman duasında Humay anaya 
xitabən “Bizi sağ ovcunda oynat, sağ məmənlə bəslə” deyimi 
arasında paralelliyi qeyd etmişdir.
99
  
Türklərin Atayurdunda yaranmış Koroğlu obrazı, motivləri 
o qədər populyar olmuşdur ki, hətta Aralıqdənizi bölgələrinə 
də yayılmış, batıya gedən 
motivlərin yeni çalarları 
yaranmışdır. Selevkilərin 
çağında Herakl adı ilə 
Azərbaycana qayıdan 
Koroğlu obrazına Həmə-
dan yolundakı Büsutun 
qayasında bir heykəl də 
                                                           
99
 Ayda, 1992, 81-83. 
 
148


 
149
yapılmışdır. Maraqlıdır ki, Azərbaycandan aparılan bu ba-
hadırın obrazını İskəndərin Ön Asiyaya yürüşü ilə vətəninə 
yeni adla qaytarmışlar. 
 
Etrusk toplumunda bu 
bahadırın daha populyar 
olması diqqəti çəkir. Belə 
ki, etrusklardakı Herekle 
bir sıra olaylarda iştirakı 
ilə yunan Heraklesini təkrar etsə  də, onunla bağlı yalnız 
etrusk toplumuna məlum olan motivlər də güzgülərdə  əks 
olunmuşdur. Örnəyin, bir neçə güzgüdə Minerva ilə yanaşı 
verilməsi onu bu tanrıcanın sevgilisi kimi təqdim edir ki, bu 
motiv yunanlarda yoxdur. 
Koroğlu adını “kor kişinin oğlu” semantikası ilə  təqdim 
edən Azərbaycan variantından fərqli olaraq Türkmən variantı 
həm də adın ilkin semantik tutumunu mühafizə etmişdir. Bu 
adın müxtəlif türk boylarında Koroğlu, Qöroqlı, Keroqlı, Ko-
ruqılı, Kuroqlı  və sair bu kimi müxtəlif fonetik variantları 
yaranmışdır. Koroğlu adının başqa dillərdə də xeyli fonetik 
variantı ortaya çıxmışdır. Bu adın rus qrafikası ilə 
Gierokle  (Гиерокле)  şəklində verilən yunanca Hierokle 
(Ίεροκλή) yazılış variantı da vardır. Batıda bu adın sonralar 
İrakli variantı da yaranmışdır.  
Herodot yazır ki, saqalar əcdadları uyuyan məzarlığa Gerr 
deyirlər. Bunun gor sözü olması mümkündür. Sumer inanı-
şına görə Kur ölənlərin kölgəsi yaşayan yeraltı məkandır və 
tanrıca Ereşkiqal buranın sahibidir. Doğu türklər obiri dün-
yanın ağasına  Erlik deyir. Koroğlu gorda, yeraltı dünyada 
doğulur. Bu mifik qəhrəman türkmən variantında  Qöroqlı 
(gor-oğlu) adlandığı kimi, tacik variantında da onun goroğlu  
(qur-zad) epiteti vardır. Herakl kimi öncə başqa adı olan bu 
uşağa Goröğlu adını övliyalar verir. Koroğlu-Herakl adının 
 
149


 
150
ilkin semantikasını tapmaq üçün onun etimolojisinə baxmaq 
gərəkir. Bu adın müxtəlif dillərdəki fonetik variantlarını alt-
alta düzəndə onun *goruqulı praforması alınır:   
Dialekt variantları  
Türkmən  
Tacik  
Azər,  Türk 
Tavola Oska  
Etrusk  
Yunan  
Latın  
Praforma  
  quroqlı, koruqılı  
  göroqlı 
  qurquli, quruqli 
  koroğlu 
  hereklu 
  kurugile, herekle, herkle 
  herakles 
  herkules 
*goruqulı (gor oğlu) 
Beləliklə, Koroğlu adının etimologiyası adın “Gor oğlu” 
anlamında olduğunu ortaya çıxardır və Türkmən variantının 
qədimliyi linqvistik baxımdan bir daha təsdiq olunur. Linq-
vistik təhlil Koroğlu adının yunan, latın, etrusk dillərindəki 
variantlarının da (Heraklus, Herkules, Herekle, Hereklu) 
*Gor-oqulı praformasından yarandığını ortaya qoyur. Hətta 
Atlant ilə birlkdə rəsmi olan bir etrusk güzgüsündə onun adı 
Kurugile kimi yazılmışdır: 
Göründüyü kimi, batıya 
sızan Koroğlu mifilə bağlı 
motivlərdə dəyişmələr yeni 
çalarlarla zənginləşsə  də, 
bir sıra fərqli motivlər ya-
ransa da, mifik bahadırın 
adı  dəyişməyib, kiçik fo-
netik fərqlərə uğramışdır.  
Koroğlu-Herakl mifi və 
eposunun eyni qaynaqdan 
 
150


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə