Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə42/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   39   40   41   42   43   44   45   46   47

 
155
sözü yanlış oxusa da, şəkildə Athetsin qalib gəlməsinin təsvir 
olunduğunu, onun dizinə yaxın yazılmış sözün də “qələbə” 
anlamında olacağını düzgün müəyən etmişdir. Başqa etrusk 
yazılarının oxunuşunda belə dolaşıq 
durumlara çox rast gəlmək olur. 
Etrusklardan qalma rəsm və kiçik 
fiqurlar sırasında qrifonlar kimi, qa-
nadlı aslan bədəni olan adam başlı 
sfinkslər də vardır. Tutacağı sfinks 
fiqurlu bir bıçağın  İtaliyada tapılıb 
Milli muzeyə verilməsi haqqında 
məlumatı Leypsik qəzetində (6 fev-
ral 1846) oxuduğunu qeyd edən rus 
yazarı F.Volanski onu tanrıya qur-
ban verilən heyvanı öldürmək üçün 
istifadə olunan “qurbanlıq xəncəri” 
adlandırmış  və adam başlı, aslan 
bədənli, quş qanadlı bu yaratıqdan 
aşağıdakı yazıda son sözü Ariman 
(Əhriman)  şəklıində, başqa bir rus 
yazarısa  Arsdan kimi oxumuşdur.  Əslində, yazının həmin 
son sözü fiqurun şəkildə görünən tərəfinə düşdüyü üçün onu 
oxumaq çətin deyil. Belə ki, bu söz  etrusk yazısında arslan 
kimi oxunur.  
A. İ. Nemirovski Sardinyanın doğu bölgəsindəki boğazın 
Artsakena adını  arts//arz sözü ilə izah edərkən belə yazır: 
“Etrusk leksikasında “arslan” mənasında arz, araz sözkökü 
geniş işlənir. Dil tərkibi baxımından Artsakena toponimi də 
təmiz etrusk sözüdür. Sardinyada tirrenlərin məskunlaşması 
izini etruskların hələ antik çağ yazarlarına da bəlli olan eisar 
 
155


 
156
“tanrı” sözünə dayanan aisarensas buradakı aisar etnonimi-
nin köküdür.”
 
102
Yazarın məsələyə baxışı doğrudur, yalnız sözlərin anlamı 
haqqında dediklərinə düzəliş vermək gərəkir. Belə ki, araz 
“arslan” deyil, boyadıdır, başqa qaynaqlara görə aisar (azər) 
sözü də həm tanrı, həm də boyadı kimi işlənmişdir.  
Fil sümüyündən qayırılmış kiçik arslan və ya börü fiquru 
üzərində añın başından quyruğunacan etrusk əlifbası ilə bu 
yazı vardır: 
      a r a z s i l g e t e n a s s p u r i a n a s 
Yazının əvvəlində “aslan” anlamında araz sözünü ayıran 
etruskoloq M. Pallottino cümləni axıra qədər aça bilməmiş, 
A. Nemirovski isə azacıq fərqlə həmin oxunuşu təkrarlayıb 
ilk araz sözünün türk dillərində  arslan  şəklində  işləndiyini 
qeyd etmiş, lakin sonrakı hissələri añ fiquruna aid olmayan 
zilx (titul), etenas (titula əlavə) və spurianas (xalq) sözlərilə 
izah etmək istəmişdir.
 
103
Hər iki etruskoloqun bu yazıda müəyən etdiyi söz sərhədi 
düzgün sınırlanmayıb, çünki 
σ durğu işarəsi bir neçə yerdə 
səsi kimi sözlərin tərkibində verilmişdir. Etrusk və türk yazı 
sistemində özünü göstərən orfoqrafik qaydalardan və durğu 
işarələrindən uyğun bölmədə bilgi verildiyindən onları təkrar 
etməyə lüzum yoxdur. Həmin qaydaları diqqətə almaqla bu 
yazını belə transkripsiya edib fərqli oxumaq olur:  
araz silg etenas spurianas (etruskoloqların oxuması)  
araz (S) ilge tenas (S) puri anas. (Araz elinə tenas Börü-Anan
Göründüyü kimi, yazının bu variantda oxunması ortaya 
çıxan bir neçə dolaşıqlığı aradan götürür: yazının məzmunu 
kiminsə titulu, vəzifəsilə deyil, Araz (etrusk) elində bozqurd 
                                                           
102
 Немировский, 1983, 58. 
103
 Немировский, 1983, 95. 
 
156


 
157
(börü-ana) kultu ilə bağlıdır və bu kulta sunulan nəsnənin 
özünə, añ fiquruna aiddir; bu halda, araz boyadını yanlış ola-
raq arslan kimi oxumağa da ehtiyac qalmır.  
Bəzi etrusk yazılarında durğu işarəsi kimi nöqtələr veril-
məmişdir. Belə yazıların oxunuşunda sözlərin sınırını doğru 
tapmaq çətindir. Örnəyin, Toskana (Tarquini) adlanan böl-
gədə m.ö.VII əsrə aid bu yazını etruskoloqlar belə transkrip-
siya edirlər:  
 
mивелелтщускакригунумесиесипутесkраит
илестщиспутес 
 
mи  велелтщус  какригу  нумесиеси  путес 
kраитилес тщис путес 
Halbuki həmin yazıdakı sözləri 
düzgün sınırlandıranda ortaya ta-
mam başqa bir fərqli oxunuş orta-
ya çıxır:  
Mи  vел  ел  Tускак  яри 
Гунуме(с)  иеси  пу  те(с). 
Кара  iт  ил  еşти(с)  пу 
те(с). 
Etruskologiya elmində yayğın yozumlardan biri budur ki, 
tular sözü etrusk dilinydə “sınır” anlamında işlənir. Bəziləri 
buna dayanaraq, sözün kökündə (tul) “daş” anlamı olduğunu 
və onun cəmlik formasının (tul-ar) sınır bildirdiyini düşü-
nürlər. Lakin türk dillərində dış, dışarı sözləri və çuvaş türk-
cəsində onun tul forması vardır.
104
  
Bu baxımdan, türk dillə-
rində  iç sözünün antonimi olan dış sözü çuvaş forması ilə 
etruskcada  tul,  içəri sözünün antonimi olan dışarı  sözü də 
etruskcada tular olmalıdır və bu sözün sınır anlamında iş-
lənə bilməsi də semantik çalar baxımından normal haldır. 
                                                           
104
 Егоров, 1964, 256. 
 
157


 
158
Göründüyü kimi, etrusk-türk bağı daha çox çuvaş dilinin 
yardımı ilə çözülür. Bu baxımdan, Lemni yazısı üzərində bir 
az geniş dayanmaq gərəkir. Etrüskları qədim türklərlə bağ-
layan başqa bir oxşarlıq hər ikisinin eyni əlifbadan, göytürk 
runik əlifbasından istifadə etmələridir. Lemni yazısı isə türk 
runukasına etrusk yazılarına nisbətən bir köynək yaxındır.   
LEMNI YAZISI 
Bugün Ege dənizində Yunanıstanla Türkiyə arasında olan 
Lemni (Lemnos) adası vaxtilə Troya sınırına yaxın idi. Antik 
çağ yazarlarının qeyd etdiyinə görə burada ellinlərdən öncə 
pelasklar yaşamışlar. Balkanlardan, Yunanıstandan və Ana-
doludan vaxtaşırı gələn işğalçı orduların hücumlarına uğra-
yan Lemni qədim Aralıq dənizi ətrafına yayılmış mədəniyət 
mühitində inkişaf edirdi. Adadan tapılan kiçik yazı örnəkləri 
burada m.ö. I minilin ortalarına qədər finik və türk əlifbaları 
ilə eyni mənşəli yazıdan istifadə olunduğunu göstərir.  
Adanın güney-doğu Kamini bölgəsindəki kilisə divarında 
hörgü daşı kimi istifadə olunmuş daşlar arasından 1885-də 
tapılan “Lemni bəngüdaşı” və onun yaxınlığında üzə  çıxan 
başqa yazılı daş  şərti olaraq lemni əlifbası adlandırdığımız 
yazı növü ilə yazılmışdır. Hazırda m.ö. VII-VI əsrlərə aid 
edilən bu yazılar Afina Milli muzeyində saxlanır və onların 
 
158


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə