Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   39   40   41   42   43   44   45   46   47

 
164
tranckripsiyası, fonetik oxunuşu belə olur: 
A) xthpase Z
Μ phthksa Z  sape  Μ Z erthna sd  : egs Z dth : 
tthgerthma Z sgas : ags Z : Z sapçgs Z  : mara qm: ags Z athmas rthm 
Μ xarapsth : Z sgas : elte Z sth aras Μ  l  41 : phthke .     
xətpaşe pitiksa sape eratma sd egis dut tetig eratıma sugas agıs sapçı 
ges mara qam agıs atmas ertim harapustu sugas elte şat aras il 41 
bitke     
B) xthpase 
ΜZΜ napthd ΜZ
 
sap 
Μ mara ZΜ mag Z sapçges  Z: 
ags Z
Μ egs Z dth ΜZ er athna sd . Z sgas aker  : tagar . Z sth . qam. 
apa Z
 
sap 
Μ Z erthna smthrsnasp .  
xətpaşe na pitid sap mara mag sapçı ges ags egis dut er atına  şat 
suqas aker tagar şat qam-apa sap ertna smtrsnasp 
  
Adətən dili məlum olmayan yazıların şifrəsini açmaq üçün 
etimoloji ya da kombinator metoddan istifadə olunur. Lemni 
yazılarını oxuya bilmək üçün hər iki metodu sınaqdan ke-
çirməyin yararı vardır. Bunun üçün kombinator üsulla bir 
neçə sözün semantikasını müəyən edəndən sonra etimoloji 
yozuma keçmək gərəkir.    
Yazılarda boy və şəxs adları kimi bəzi onomastik sözlər 
(sqas, sape, aras, qam-apa, aker, tagar)
 
diqqəti çəkir. Belə 
ki, sqas sözü hər iki yazıda keçir, hələlik bu sözün çuvaş bo-
yadının qədim  sugas forması [sugaş//şugaş] olacağını ehti-
mal etmək olar. Çünki çuvaş dilində sugaş > çuvaş fonetik 
dəyişməsində baş verən g//ğ > v, s//ş> ç səsdəyişmələrinin 
bənzəri bağır (baqır) > pĕver və baş//bas > puç kimi başqa 
çuvaş sözlərində özünü göstərir. Əslində etrusk orfoqrafiya-
sına görə  sgas sözü svas kimi oxunur. Bu yozum yazıdakı 
suqas aker (çuvaş Aker), sugas ags (çuvaş ağzı), sugas elte 
(Çuvaş elində) deyimlərinə aydınlıq gətirir və buradakı ags 
(ağız) sözünün semantikası aydınlaşır. 
 
164


 
165
Hər iki yazıda bir neçə dəfə işlənən ags sözünü avs, aviš, 
afiz, aqas, αFιζ şəklində oxuyub ona müxtəlif mənalar ver-
mişlər. Kombinator metodla bu sözün “dil” anlamına uyğun 
gəldiyini görmək olur: suqas ags “suqas dili”, ags atmas 
“dildən düşməz”. Etimoloji metod da ags  şəklində yazılan 
leksemin ağız sözü olduğunu ortaya qoyur. Bu yazılarda dil, 
nitq, danışıq mənasına uyğun gələn agıs (ağız) sözü bugün 
də Anadoluda “dialekt” anlamında işlənir.
  
Birinci yazıda ağızatmaz deyimindən sonra yazılmış rthm 
sözü qədim türk yazılarında işlənən “idi” köməkçi feilinin 
ertim formasıdır: ağızatmaz ertim “dildən düşməz idim”.  
Hələlik yazılı daş üzərində şəkili çəkilmiş adamın adının 
Aker Tagar olduğunu düşünmək olar. Qazaxların soykökü 
mifində arqın, nayman, kerey, qıpçaq, konqrat boylarının 
soybabası sayılan Akares Kazak oğlu bu adla uyuşan bir ad 
daşıyır.
109
 
Məşhur Çanaqqala savaşında 27-ci alay komutanı 
Yarbay Şefik də Aker adı ilə tanınırdı. Etrusk (Toskana) elin-
dən danışan antik çağ yazarı Ager adını çəkir.
110
  
Göründüyü 
kimi, lemni yazısında keçən Aker adı etrusk və türk şəxs-
adları üçün yad deyildir.  
Etruskların özlərinə  rasen  (əslində,  aras-en) deməsi 1-ci 
yazıda etrusk anlamında olan aras sözündə əks olunmuşdur: 
xarapustı suqas eltə  şat aras. Yazıdan aydın olur ki, aras 
boyundan bu ərdəmli, cəsur (sat//şad) döyüşçü o çağlarda 
                                                           
109 
Kazakların soy, damğa ve uranları. Kazak genel tarihi. Urumçi, 1987 (TDA, sayı 
118, 1999, 229); Türk dillərində itlə qurdun qarışığı olan ov iti aker adlanırdı. Bu 
baxımdan, Aker Taqar adının ikinci tərəfi (Taqar) tarixi şəxslər olan kuman bəyləri 
İtlər, Bonyak (Bənək) ilə adı yanaşı çəkilən Tuqarkanın adı ilə (Tuqar-kan) müqa-
yisə oluna bilər. 
110 
Varro. Lingua Latina. V, IX. 
 
165


 
166
yerini müəyən edə bilmədiyim Suqas (Suvas) elindən imiş. 
Suqas elinin “qaradumanlı” təyini isə xarapustı sözüdür.
111
 
 
Qədim türk yazılarında “kitab” və “yazı” anlamında olan 
bitik sözünün kökündə duran bit- (bitmək) feili epitafiya-
larda geniş işlənir. Vaxtilə aramey dilinə keçən petqa sözü o 
dildə “abidə” anlamında işlənirdi. Bəngüdaş yazıları çox 
vaxt bitdi, bitidim (bitirdim) sözlərilə yekunlaşır. Lemni (A) 
yazısı da bitke sözü ilə bitir. Etrusk dilində
 
III şəxsin təkini 
bildirən  -ke  şəkilçisilə işlənmiş pitke sözü lemni yazısında 
“bitdi” anlamındadır. Etrusk yazılarında da biti  sözü görü-
nür. “Latına Tin (tanrının) yazısı” anlamında belə epitafiya 
vardır: 
(TC 338)  LATINA
 :
 PITI TINAL 
(Latın-a biti Tin-al).  
Lemni yazsında bitke sözündən başqa, bir də pitiksa sape 
deyimi keçir. Buradakı sape sözünün hansı anlamı daşıması 
onun pitiklə yanaşı işlənməsi ilə aydınlaşır. Bunu yoxlamaq 
üçün başqa sözlərə də baxmaq olar. Sevmək sözünün qədim 
səb forması, birləşdirib-bağlamaq mənasında səp sözü, sıra, 
sıralama  anlamında  sap  sözü vardı. Antik çağda Lemnosda 
Trakiya kökənli boyların sape adlanması qeyd olunmuşdur. 
Azər türkcəsində sinonim qoşa söz kimi söz-sav deyimi 
vardır. Qədim “Irk Bitik” əsərində söz, dua anlamında sab, 
xəbər gətirən, sözçü anlamında sabçı sözləri işlənir. Lemni 
yazısnda sap, sape, sapçı, sp formasında yazılmış sözlərin 
kombinator metodla yozumunu vermək üçün onların hansı 
sözlərlə yanaşı  işlənməsinə baxmaq gərəkir: pitiksa sape;
 
sapçı ges;  qam-apa sap;  sna sp. Bu son deyimdə suna sözü 
ilə işlənən sp da “söz” anla-
mı daşıya bilər və ya çuvaş-
ca  sănă  sıp (süngü sapı) 
                                                           
111
 Qarabağlı dostum Ovçu Səfərov kəndlərində “çən-çiskin” anlamında  püsəngi 
sözünün işləndiyini söyləmişdi. Homer yazıların tapıldığı Lemnos adasının özünü 
“dumanlı”, “limansız” epitetlərilə verir (İl. XXIV, 753). 
 
166


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə