Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə45/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   39   40   41   42   43   44   45   46   47

 
167
deyimi kimi süngüdə tutaçaq hissəyə (sap) aid ola bilər
lakin 2-ci yazının bu son sözlərinin transkripsiyasında bir 
problem var. Belə ki, (Z)  erthna 
sözündən sonra gələn və  hələlik 
smthrsnasp şəklində transkripsiya 
olunan hissədə sual işarəsilə 
verdiyimiz hərflər  əlimizdə olan 
fotokopidə s deyil, biri th, digəri işarəsi kimi görünür. Bu 
halda, 2-ci yazının həmin hissəsi  thmthrsn alp kimi 
transkripsiya edilir və  bəngüdaş üzərindəki yazını yazdı-
ranın  Tursun Alp adı ortaya çıxır. Lakin bu versiya türk 
epitafiyası  gələnəkləri baxımından  cəlbedici görünsə  də, 
onun nə  dərəcədə düzgün olması son iki hərfin döğru 
oxunmasından asılıdır. Bu nədənlə həmin sonluğa hələlik ya-
zılışı dəqiqləşdirilənə qədər yozum vermirik.   
 
Hər iki yazının müqayisəsi göstərir ki, onları eyni adam 
yazmamışdır, çünki bəzən həm eyni sözün yazılışında, həm 
də eyni sözlərin sıralanmasında fərq görünür. Belə ki, hər 
iki yazı eyni sözlə  (xthpase) başlanır, 
lakin 1-ci yazıda bu sözün son hərfi və 
sınır işarəsi aydın yazılmayıb, ançaq o 
biri yazılışla onu bərpa etmək olur. Daş 
üzərində cızılan işarələrdə belə hallarla 
çox qarşılaşırıq.  
Yazıların bu ilk sözünü hulaieš, hatapase, eolai, hopase 
və başqa şəkillərdə oxumuşlar. Lemni yazısında çuvaş dili-
nin qabarıq görüntüləri  xthpase sözünün çuvaşca  xăt  (qut) 
və puç (baş) sözlərindən ibarət olub, qutlu başlıq anlamında 
işləndiyini düşünmək olardı. Lakin yazıların başında gələn 
bu sözün tərkibində sami dillərdən alınma xətt sözü olacağı 
da istisna deyil və bütöv sözün xətbaşı deyimi olması mətnə 
daha uyğundur. Çünki xətt sözü “yazı” anamında işlənmiş-
dir. Firdofsinin “Şahnamə”  əsərinin Bombey əlyazmasında 
 
167


 
168
yabqu (türk) boyunun əlifbası anlamında xətte yabğu deyimi 
keçir. Bu baxımdan, Lemni yazılarının xətbaşı sözü ilə baş-
lanmasında bu sözün yönəltici rolu ortalıqdadır.  
Lemni yazılarının birində mara qam, digərində mara maq 
deyimində mar//maq//qam sözlərinin üçü də “kahin” anlamı 
ilə Ön Asiyada işlənən sinonim sözlərdir. Azərbaycanda maq 
boylarından çıxan  maqlar  və türk xalqlarında olan qamlar 
bəllidir. Arameycə də din xadiminə mar deyilirdi. Dədə Qor-
qut qəhrəmanları başqa dindən olanlara mərə kafir deyimilə 
müraciət edir, bəzən bu deyimlə özləri də bir-birinə sataşır-
dılar. Görünür, lemni yazılarını daşa yazan sabçı kahin imiş, 
çünki sabçıya mara qam//mara maq deyə xitab olunur. 2-ci 
yazıda Qam-Apa deyimi də var. Aker bəyə şad titulu onun 
adından, onun sözü ilə (Qam-Apa sabı) verilməsi göstərir ki, 
qam-apa deyimi Suqas elində başqam və ulu xaqana aiddir. 
 
Qədim türklər ada böyük önəm verirdilər, ərdəmli igidlər 
şanlı-şöhrətli ad qazanmaq üçün savaşlarda inadla vuruşur
aldığı adla qürur duyurdu. Qədim türk yazılarında “ər adı” 
deyimi çox işlənir. Örnəyin, Barık (Yenisey) yazısında ke-
çən “er erdəmi atım tabtım” (ərdəmli ər adımı tapdım) de-
yimi lemni yazısında bir neçə dəfə təkrar olunan “er atım” 
və “titig er atım” (anlaqlı ər adım) ilə eyni ovqatı sərgiləyir.
 
A və B yazılarında söz düzümü fərqlənir və bu, yazıların 
müxtəlif sabçı  tərəfindən yazılmasını ortaya qoyur, hər iki 
yazıda eyni anlamlı 12 sözün sıralanması bunu açıq-aydın 
göstərir: A) sape er adıma şad egiz dut .... sugas agız sapçı 
ges mara qam... B) sap mara maq sapçı ges  agız  egiz dut 
er adına şad sugas ....  
A) ... sapçı ges mara qam 
B) ... mara maq sapçı ges 
A) ... er adıma şad egiz dut 
B) ... egiz dut er adına şad     
 
168


 
169
Lemni yazılarının mətni göstərir ki, hər iki yazıda Aker 
Tagarın bəngüdaşı (başdaşı) üzərinə yazılası epitafiyada ər 
adına şad titulunun ekiz tutulması (əlavə olunması) vurğula-
nır. Birinci yazı I şəxsin (ölənin) adından, ikinci şəkilli yazı 
isə Qam-Apanın sözü kimi III şəxsin adından (Tursun Alp?) 
yazılmışdır. Görünür, Aker Tagar öləndə əvvəlcə onun adın-
dan birinci yazı adi daşa, ikinci yazı isə sonra düzəldilmiş 
bəngüdaşa yazılmış, həm də bunları müxtəlif sabçılar (söz-
çülər) yazmışlar. Lemni yazılarının dili göytürk yazılarının 
dilinə, üslubu qədim türk epitafiyalarına, əlifbası türk runuk 
əlifbasına yaxınlığı ilə diqqəti çəkir. Hər iki yazıda mar və 
xətt  sözündən başqa, sözlərin hamısı  qədim türk sözləridir. 
Tam oxunan 1-ci yazının məzmununu müasir dilimizə belə 
çevirmək olar: 
Xəttin başı: Sıralayıb yaz ər adıma şad, ekiz tut anlamlı ər 
adıma, suqas dililə sözçü kəs (kişi). Mərə qam, dildən düş-
məzdim qaradumanlı Suqas eldə. Şad araz, 41 il. Bitdi.   
Beləliklə, lemni yazılarının “dili açıldı”, ancaq dili açılan 
bu yazılar ortaya Aker Tagar şadın kimliyi, yazının hansı 
türk boyuna aid olması kimi bir neçə yeni sual çıxartdı. Bu 
sualların cavabı həm də yazının yazılma tarixinə uyğun tarixi 
olaylarla uzlaşmalıdır.    
Herodot yunanlardan öncə Lemnos adasında pelaskların 
(Πελασγοι), Fukidid isə tirsenlərin (Τυρσενοι)
 
yaşadığını 
yazmışdır. O çağın yunan yazılarında  tirsen  və  etrusk  adı 
sinonim işlənirdi. Görünür, “dəniz xalqları” sırasında hər iki 
boyun (plst, trs) adı keçdiyi üçün pelasklarla tirsenlər eyni 
boylar olmasa da, onların qohum boylar olması quşqu do-
ğurmur. Lemni yazısı bunlardan birinə aid ola bilər.  
Tövratda Yafəsoğulları  sırasında qamər (kimmer) və trs 
(tiras) qardaş sayılır.
112
 
Təbəri də türk-xəzər boylarının tiras 
                                                           
112
 Təkvin, 10-11. 
 
169


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə