Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   30   31   32   33   34   35   36   37   ...   47
    Bu səhifədəki naviqasiya:
  • Arasena

 
125
Dionisinin İki minil öncə verdiyi həmin məlumata müxtə-
lif yorumlar yazılmış, lakin rasena adının gerçək açımı hələ 
bulunmamışdır. A. Trombetti bu adın  rasena  deyil,  arsena 
olacağını yazmışdır.
64
 
Yazar gerçək duruma doğru bir addım 
atsa da, ikinci addımı atmayıb yarıyolda qalmışdır. Belə ki, 
arsena sözü, daha doğrusu, arasena etruskların boyadını yox, 
yurdlarının adını bildirən Arasena toponimidir, boyadlarısa 
aras  etnonimidir. Deməli, etrusk yazılarında
 
Raśna  sözünü 
“aras eli” anlamında Arasna (Arasena) şəklində oxumaq la-
zımdır. Azərbaycanda isə aras//aras boyadı bir sıra toponi-
min kökündə durur, hətta qədim çağlarda boyadları bildirən 
azər-bi, tras-pi, kas-pi etnonimləri kimi aras-pi boyadı ilə də 
düzələn Arospican (aras-pi-can) toponimi vardı və bu bölgə 
Aras çayının orta axarı yaxalarına yaxın idi. Buradakı Araz-
boyu bölgələrdə  Arazdəyən toponimi, musiqi adı arazbarı 
deyimi olduğu kimi, Urartu çağında da Araz-aşqu (Arzaşku) 
toponimi və Aras teonimi (

a-ra-za) vardı. Göründüyü kimi
Azərbaycanda qədim çağlardan araz sözü teonim, etnonim, 
və etnotoponim kimi işlənmişdir. 
Deməli, etruskların özadı olan aras etnonimi protoazərlər 
içində aras (araz) boyadı kimi işlənirmiş. Türkdilli aras bo-
yunun dili və əlifbası kimi, adı da müxtəlifdilli protoetrusk 
boylarının qovuşmasından yaranan etrusk toplumunun ortaq 
özəlliyi kimi dəyər qazanmışdır. Ancaq etruskların öz içində 
baş verən bu sosial olayla yanaşı, bir də etrusklara dışarıdan 
verilən etrusk adı və o adla tanınması durumu vardı.   
Bəzi uzmanlar etrusk adının turski etnonimindən önqoşma 
(e- prefiksi) ilə yarandığını söyləyirlər, lakin sami dillərində 
etrak (türk), ekrad (kürd) deyimi turusk
 >
 etrusk dəyişməsi-
                                                           
64
 Trombetti, 1934, 46: Bizanslı Stefan araz boyunun Pont yaxasında da bir ΄Άραζος 
(Arazos) adlı şəhərindən bəhs etmişdir (Гиндин-Цымбурский, 1987, 29). Görünür, 
araz//aras adlı boyların batıya miqrasiyası müxtəlif zamanlarda ayrı-ayrı dalğalarla 
baş vermişdir. Onların adına sonrakı bölmədə Lemni yazısında da rast gəlmək olur. 
 
125


 
126
ni mümkün edir, yəni etrusk deyimi aramey və ya başqa bir 
sami boyunun dilində *turusk boyadının cəmlik forması kimi 
ortaya çıxa bilərdi. Bu baxımdan, öz içindən deyil, dışarıdan 
verilmə etrusk adının etimologiyası üçün qədim qaynaqlarda 
keçən tirsen, tiras, turisturşa boyadlarına baxmaq gərəkir.  
“Dəniz xalqları” adı ilə anılan boylar iki dəfə, biri Firon 
Merneptax (1225), digəri III Ramses (1192) çağında Misirə 
yürüş etmişlər. Troya bu son yürüş dönəminə yaxın çağda 
yunanlılar tərəfindən dağıdılmışdı. Misir yüruşünə qatılmış 
turuş boyunu etrusklar olduğunu güman edən alimlər vardır. 
Vaxtilə biz də turşa//turuş etonimilə turk//turuk paralelliyini 
vurğulayaraq bu boylardan bir qisminin tirsen//etrusk adı ilə 
İtaliyaya köçdüyünü yazmışdıq.
65
 Bu, Herodotun verdiyi 
bilgiyə  də uyğun gəlir. Köç səbəbinin Kiçik Asiyada 
başlanan aclıqla bağlı olması  həm də Merneptaxa aid bu 
yazıda  əksini tapmışdır: “Onlar Misirə aclıq üzündən 
gəlmişdi”.
 
66
Herodot tirsen (etrusk) boyadını Lidiya elbəyi Atisin oğlu 
Tirsenin adı ilə bağlı yarandığını və tirsenlərin İtaliyaya köç 
nədənini quraqlığın gətirdiyi aclıq fəlakəti ilə bağlayır.
67
 Et-
ruskların öncə Sardiniya adasına, sonralarsa oradan İtaliyaya 
köçməsini əsaslandırmaq istəyənlər Sardiniyada olan Tirsus 
çayadına dayanırlar. Lidiyada da Sard şəhəri vardı. Antik çağ 
yazarları buradakı tirren boylarının tirsis (tyrsis) adını “qala”, 
tirsen boyadını da “qalalı” anlamında yozmuşlar.
68
 
 
Herodotun saqa boyu kimi verdiyi traspi (*tiras-pi), Tiras 
çayının adı, X əsrdə Xəzər xaqanının məktubunda türk boyu 
kimi adı çəkilən tirs (turis) boyu haqqında
 
Skandinav tarixi 
                                                           
65
 Azər xalqı, 2000, 47 (59); 2005, 55-56. 
66
 Римшнейдер, 1977, 17. 
67
 Herodot, I. 94. 
68
 Немировский, 1983, 58. 
 
126


 
127
bəlgələrində “Türklər Nuhun torunu Tiras soyundan törə-
mişlər” deyimi keçir.
69
 
 
Etrusk yazılarında (Kortona yazısı) keçən  tarsminaśś   
tersna sözlərini İtaliyadakı Trasimeno gölünün adı ilə bağla-
yanlar var.
 
Trakiyada bir boy başçısının adında gördüyümüz 
Teres sözünə  Dədə Qorqud kitabnda Dirsəxan, Tərsuzamış 
adlarında, Anadolunun Kilikiya, Mersin, Dersim bölgələrində  
Tars(us) adına rast gəlirik. Bir Asur qaynağında və Bibliyada 
keçən Tarsis, Tarşiş yeradının Lidiya və Troyaya yaxın olan 
Lesbos, Lemnos adalarında yaşamış tirsen (tirren) boylarının 
adı ilə bağlı olması da elmi ədəbiyatda qeyd olunur.
70
 
Belə-
liklə, Lidiya bölgəsindən İtaliyaya köçən tirsen (tirren) boyu-
nun adındakı tirs (tirs-en) sözü ters//turs fonetik variantları ilə 
qarşımıza çıxır. 
Latınların çətin tələffüz edilən tursk adını tusk şəklinə salıb 
etruskların bölgəsini Toskana adlandırması vaxtilə Dağıstan-
da olan tusk boyunu yada salır.
 Klavdiy Ptolemey Qafqaz və 
Kerav dağları arasında Xəzər dənizinə çatmamış tuskdidur 
boylarının yaşadığını yazır. Bəzi uzmanlar bu tusk boyunun 
Pomponiy Melanın adını  çəkdiyi  turk boyu olacağını qeyd 
edirlər.
71
 
  
Beləliklə, etruskların özadı aras və onlara dışarıdan veri-
lən tirs-en//turs-k adının etrusk variantı ilə etrusk yazıların-
da  raśna,  latınca etrusci, italyanca etruschi,  tusci, yunanca
 
τυρσηνοί,  τυρρηνοί  şəklində ortaya çıxması normal haldır. 
Hər iki etnonimin (aras, tirs) türklərlə bağlı olması da tarixi 
qaynaqlarda qeyd olunmuşdur. Lakin protoetruskların ümumi 
adına çevrilən bu iç-dış (aras, etrusk) boyadlarından başqa 
etruskların içində qayı, urum, qamər kimi başqa türk soy və 
boyların olması da istisna deyil. 
                                                           
69
 Мельникова, 1986, 65. 
70
 Немировский, 1983, 34. 
71
 
AİOSK
1990, 150. 
 
127


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə