Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
52
dəbdə idi. Bu baxımdan məşhur Mesenatın öz soykökü ilə 
fəxr etməsi, babalarının tanınmış etrusk boyundan olması 
haqqında evinin girəcəyi üzərində  bəlgə yazdırması olayı 
normal sayılmalıdır. Etrusk epitafiyalarında da ölənin soyu 
qabarıq verilirdi. Sarkofaqlar üzərində adı keçənlərin içində 
tarixi şəxslərin adına da rast gəlmək olur. Məsələn, m ö. 44-
də Yuliy Sezarı təhlükəli durumdan xəbərdar edən haruspik 
sarkofaq üzərindəki epitafiyada adı  çəkilən  Spurinna ailə-
sindən idi.  
Küçələri daşla döşənmiş  şəhərlərin su şəbəkəsi və çirkli 
suları  kənara axıdan kanalları vardı. Etrusk soylu Tarkvini 
sülaləsi çağında Roma şəhərinin yerləşdiyi təpələrdən çəki-
lən belə yeraltı arxlar bugün də kanalizasiya xətləri kimi iş-
ləyir. Etrusların saldığı yollar, tikdiyi möhtəşəm körpülər də 
onların yaşam kulturunda tikintiyə verilən önəmi göstərir. 
 
Etrusk çağında Toskana 10 əyalətə bölünmüşdü: Massa-
Carrara, Lucca, Pistoya, Prato, Firenze, Arezzo, Piza, Siena, 
Livorno, Grosseto. 
 
52


 
53
Mərkəzi konfederasiyaya daxil olan şəhərlərin siyahısı 
tam olmasa da, antik çağ yazarları onlardan bəzilərinin adını 
qeyd etmişdir: Arretium (Aresso), Klusium, Kortone, Vulçi, 
Kaere (Çerveteri), Perusiya (Peruca), Populonia (Pupluna), 
Ruzellae, Tsere, Veyi, Volaterrae (Volterra), Kyuzi, Vetluna 
(Vetulonia), Tarquini (Tarkviniya), Volsini və b.
Dördbucaqlı  məbədlərini ağaç və kərpiçlə tikən etrusklar 
tapınaqlara böyük önəm verirdilər. Romalı memar Vitruvi-
nin verdiyi məlumata görə, üçbölümlü məbədlərdə baş tanrı 
Tin ilə yanaşı tanrıca Uni (Ana) və Minerva üçün də ayrıca 
bölmələr olurdu. Kahinlərin göydəki durumu izləyə bilməsi 
üçün məbədlər yüksək yerlərdə tikilirdi. 
Etruriyada 12-lik 
qurumu üç bölgədə - 
quzey, orta və güney 
qurşaqda yaranmış-
dı. Hər yeniyıl günü 
Volsini (Bolsen) gö-
lünə yaxın Voltum-
na tanrının tapınağı 
olan məbəddə toplaşıb bayram şənliyi keçirir, dövlət və dini 
məsələlərə aid qərarlar qəbul edirdilər. Bu mərasimlər eynən 
qədim türklərin toy (qurultay) törənini xatırladır. 
 
53


 
54
Etruriya vahid dövlət deyil, “12 şəhər dövləti” kimi üç li-
qada şəhər-dövlətlərin konfederasiyası şəklində mövcud ol-
muşdur. 12-liyə daxil olan şəhərlər lukumon adlanan
 başçı-
lar tərəfindən idarə olunurdu. Bu başçılar həm də baş kahin 
idi. Belə ulukamlar ildə bir dəfə Volsini yaxınlığındakı baş 
məbədə toplaşıb federasiyaya hökmdar (baş lukumon) seçir-
dilər. Etruriyada mərkəzi hakimiyəti olmayan siyasi qurum 
tərəfindən idarə olunduğundan belə lukumonun, yəni etrusk 
federasiyası baş kahininin əlində real hakimiyət olmurdu. 
Etrusk şəhər-dövlətləri yaxındakı ətraf şəhərləri, kəndləri də 
əhatə edirdi, burada yaşayan əhali həmin şəhər-dövlətin tam 
hüquqlu vətəndaşı sayılırdı.   
Etrusk ordusu haqqında bəlgələr qalmasa da, çəkilən rəsm 
və yapılan kiçik fiqurlarda zirehli döyüşçü geymi, qalxan, 
dəmir dəbilqə, nizə, xəncər, yay-ox, balta etrusk əskərlərinin 
görkəmini əks etdirir. Roma respublikası çağında və qonşu 
Yunan elindəki ev xanımlarının yaşam durumundan fərqli 
olaraq, etrusk qadınları açıq-saçıq gəzir, kef məclislərində 
ərlərilə birlikdə əylənirdilər. Qarışıq etnik boyların birgə ya-
şadığı etrusk toplumunda müxtəlif dialektlərin olması ger-
çək durumu əks etdirdiyi kimi ayrı-ayrı etnik gələnəklərin 
mövcudluğu da gerçək durumu sərgiləyirdi. Bu baxımdan, 
etrusk toplumunun gələnək və görənəklərini sənədləşdirən 
rəsm əsərlərində bir tərəfdən mehriban, sədaqətli ailə bağını, 
digər tərəfdən əxlaqsız pozqun qadınları, kollektiv parnoqra-
fiik səhnələri görmək olur.  
Etrusk toplumunda sənətkarlarla yanaşı tacirlər də önəmli 
yer tuturdu. Yunan qaynaqları etrusk dəniz quldurlarından 
bəhs edir, lakin etruskların Sardiniya, Korsika, Balear adala-
rında, hətta İspaniyada etrusk tacirlərinin kaloniyalar salması 
göstərir ki, ətraf ölkələrin bazarlarında onların önəmli ağır-
lığı varmış. 
 
54


 
55
Uluslararası ticarətə önəm verən etrusk tacirləri Karfagen-
dən fil sümüyü, yunan şəhər-dövlətlərindən isə bahalı sənət 
nəsnələri gətirir, bu ölkələrə mis, dəmir və etrusk sənətkar-
larının hazırladığı nəsnələr aparırdılar. Avropadakı xalqlara 
metal, keramika, parça, bal satan etrusklar oradan da ölkəyə 
kəhrəba, qalay və əsir qullar gətirirdi.    
Dənizçilik. Aralıq dənizinin batı sularında hegemonluğu 
ələ alıb uzaq ölkələrlə  əlaqə quran etruskların o dönəmdə 
güclü dəniz donanması vardı. Burnunda taranı olan ilk gəmi-
lərin, iki qanadlı lövbərin də VII əsrdə onlar tərəfindən or-
taya çıxdığını söyləyirlər. Avarlı, yelkənli gəmilərilə uzaq 
ölkələrə üzən etrusklar mahir dənizçilər idi. Bu dönəmdə 
yunanlar  tirren (etrusk) adını 
dəniz qulduru (pirat) anlamında 
işlədirdilər. M. K. Tseliyə görə
Amerikaya ilk gedən də etrusk-
lar olmuş, sonralar onu “kəşf 
edən” avropalılar onların xəritə-
sindən istifadə etmişlər. 
 
Strateji baxımdan qorunma imkanı olsun deyə, etrusklar 
liman şəhərlərini sahildən kənarda salırdı. Bugünəcən duran  
Florensiya, Piza, Siena, Peruci, Tarkvini, Roma şəhərləri hə-
min durumu əks etdirir. Lakin belə  şəhərlərin dənizə  çıxış 
yolu da olurdu. Yeri gələndə bunun üçün böyük kanallar  
açılırdı. İtaliyanın quzey-doğusundakı Spina şəhərindən Ad-
riatik dənizinə çəkilən kanalın eni otuz metr, uzunu üç kilo-
metr idi. Etruriyada əldə olunan metal külçələri, aşılanmış 
dəri və sair xam mallları başqa ölkələrə  əsasən gəmi ilə 
aparırdılar. 
Quru yollara nisbətən dəniz yolu ilə aparılan tcarətə önəm 
verən etrusklar Aralıqdənizinin batı sularında güclü dəniz 
donanması ilə iki əsr boyu hegemonluğu  əldən vermədilər, 
 
55


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə