Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
37
Quşların uçuşu və heyvanların içalatı, özəlliklə yeni kəsil-
miş heyvanın ciyəri üzərində baxıcılıq etrusk dinigörüşündə 
öngörü inamına dayanırdı. Belə öngörüdə məqsəd tanrıların 
müəyən olaya münasibətini öyrənməklə ona uyğun atılacaq 
addımı uyarlamaq, görüləcək tədbirlər haqqında baxıcıların 
göstəriş və məsləhətinə əməl etmək idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
37


 
38
TANRILAR 
Etrusk dünyagörüşündə dini baxışlar ilə 
sosial qurumların arasında bir uyğunluq 
vardı. Toplumun müstəqil qərar qəbul edə 
bilən səlahiyətli vahid hökmdarı olmadığı 
kimi, etrusk panteonları sistemində də baş 
tanrı  Tin  yalnız böyük tanrılar  şurasına 
başçılıq edir, önəmli məsələlərin çözümü 
şura gənəşməsindən keçirdi. Tinə aid mə-
bədlər dolambac cığırlı yolları ilə seçilən 
yüksəkliklərdə salınırdı. Sonralar Tinin 
mahiyəti romalıların Yupiter tanrısında 
təcəssüm etmişdir. Etruskların baş tan-
rısı Tin yunanların Zevsilə müqayisə 
olunur. Tinin üç növ ildırımı idarə et-
məsi onun  bu tunc fiqurunda əlindıki 
üçbaşlı şimşək ilə də vurğulanmışdır.   
Etrusk panteonları  sırasında  Tin  ilə 
yanaşı  Uni  və  Minerva adlı tanrıcalar 
da yüksək yetkili sayılırdı. Göydəki bu 
üçlük kimi Yeraltı dünyanın da öz tan-
rıları vardı. 
Əsas fəali-
yəti yeraltı 
dünyada ölənlərin ruhunu daşı-
maq olan Turms, burada başqan   
Aita, romalıların Bakx adlı tanrı-
sının qarşılığı Fersifay və müx-
təlif demonlar bəllidir.
 
Məbədə qoyulan tanrı bütləri-
nə buğda, yağ, bal, çaxır, meyvə 
gətirir, heyvan qurbanı verirdi-
 
38


 
39
lər. Saqa boylarında olduğu kimi soylu adamların yas törə-
nində hərbi əsirlərdən insan qurbanı da verilirdi və bu, m.ö. 
II  əsrə  qədər qladiator döyüşü kimi icra edilirdi. O çağdan 
isə yas gələnəyindən çıxıb romalıların  əyləncə tamaşasına 
çevrildi. 
Yüksək rütbəli çoxsaylı tanrılardan  əlavə etrusklar aşağı 
səviyəli tanrılara, fantastik görünüşü ilə quşlara, heyvanlara 
bənzəyən varlıqlara itaət edirdilər, qanadlı adam cildindəki 
bəzi xeyirxah və  bədxah demonların varlığına inanırdılar. 
Məsələn, ailə ocağının hamisi sayılan Laz qanadlı gənc qız 
cildində təsəvvür edilirdi.  
Çoxlu məbədləri olan Etruruyada ümumi tanrılarla yanaşı 
hər bölgənin öz tanrısı da vardı. Tanrılarının çöxluğu həm 
də qonşu yerli xalqlarla, yunan kaloniyaları ilə əlaqənin nə-
ticəsi kimi mifoloji süjetlərin etrusklara sızması ilə yaran-
mışdı. Etrusk mifologiyasında yer alan bəzi tanrıadlarını 
əlifba sırası ilə belə vermək olar:     
A
ITA
. Yunanların yeraltı Aid və roma-
lıların Plutone tanrısına uyğun gələn Aita 
(Eita) etrusklarda obiri dünyanın baş tan-
rısı sayılır. Qurdbaşlı görünmək üçün ba-
şına qurd dərisi geyən Aitin divar rəsmi 
qalmışdır. Görünür ki, Yeraltı dünyanın 
simvolu etrusk mifoloji düşüncəsi  üçün 
qurd sayılırmış;
  
A
IVAS
. Güzgü və başqa 
nəsnələr üzərində adı Eivas, Evas, Eyvaz 
kimi keçən bu tanrı əsasən yunan mifolo-
giyasında görünür; A
LPAN
. Etrusk təsviri 
sənətində bu mələyin (Lasa) iştirak etdiyi səhnələr ona böyük önəm 
verildiyini göstərir; A
NI
. Həm kişi, həm də qadın kimi verilib başlanğıc 
və Göy tanrısı sayılan Aninin adı Ana şəklində də yazılır;  A
PLU
.
 
Yu-
nan panteonları içində önəmli yeri olan Apollon etrusklarda Apulu, 
 
39


 
40
Aplu kimi tanınırdı. Uzmanlara görə, insanları qoruyan Aplu əkin və 
sürülərin də himayəçisi idi. O, hava durumu, işıq və yel tanrısı sayılırdı. 
Bu tanrının Kiçik Asiya mənşəli olması onun etrusk panteonları sıra-
sına yunanlılardan keçmə deyil, etrusklar Anadoluda ikən mənimsənil-
diyni ehtimal etmək olar. Homerə görə, 
Apollon Troyanın hamisi idi;  A
GENORA

Etrusk inancına görə Agenora hər hansı 
fəaliyətə başlamaq üçün təpər verən, eh-
tiras yaradan tanrıca idi; A
RTUME
. Gecə 
və ölüm tanrısı Artumenin adı Artumes, 
Artimi, Aretume formalarında da yazılır. 
Bu tanrı təbiətdə iqtisadi artıma təsir edir;  
A
TUNIS
. Ölüb-dirilmə kultu ilə bağlı olan 
Adonis finikiyalılarda hər il baharda ye-
nidən doğulurdu, bununla da torpaqda ya-
şıllıq yaranırdı. Bu kult yunanlara keçdiyi 
kimi, etrusklarda da Atunis adı ilə yayıl-
mışdı. Təbiətin dirilməsi Atunusin Turan-
la ər-arvad ilişkisilə gerçəkləşirdi.
 
B
ELCANS
. Yanğın tanrısı. Latınların od tanrısı Vul-
kanın adı Belkan ilə bağlı ola bilər; B
EGOE
.
 
Tanrı elçisi 
Taq kimi etrusklara törə öyrədir; E
GERIA
. Fontan, şəlalə 
tanrıcası Egerianın öngörü bacarığı da vardır. 
C
ALU
. Ölüm tanrısı; C
AUTHNA
. Adətən dənizdən çı-
xan vəziyətdə təsvir olunan bu tanrının adı Cath şəklin-
də də yazılır; C
ARMENA
. Qarğış tanrıcası; C
OMUS
. Şən-
lik, qonaqlıq, içki tanrısı;  C
OPIA
. Var-mülk və çoxluq 
tanrıcası;  C
EL
.
 
Yunanların  Qaya teonimi ilə yaxınlığı 
qeyd olunur. Bəzən Ati Cel, Apa Cel deyimlərilə də iş-
lənir; C
ILEN
.
 
Taleh tanrısı; C
ULSU
,
 
C
ULSANS
. Qapılar 
tanrısı; G
IUNONE
. Qısqanclıq və doğum tanrıcası. 
 
40


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə