Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
33
tanrıdan yardım diləmək  şansını  dənəməlidir. Yetmişi biti-
rən onuncu dönəmdə tanrıdan dilək yolu bağlanır, on ikinci 
dönəmin sonunda 84-ü haqlayan şəxs öz qutundan (ruhdan) 
ayrılır, onun ırq bitiyi bağlanır, onun daha işarələrə ehtiyacı 
olmur.    
Etrusk bitiklərindən romalılar da istifadə edirdi. Burada 
baş verən möcüzələrin yorumu bir növ sorğulara cavab verə 
bilən mətnlər vardı. Lakin bu bitiklərin itdiyi hallar da bəlli-
dir. Irq bitiklər haqqında romalıların məlumatı olduğundan 
itmiş bitikləri bərpa etməkdə  çətinlik çəkmirdilər. Belə ki, 
rəvayətə görə, elbəy Tarkvini çağında Romaya gətirilən Irq 
bitik m.ö. 83-də Kapitolidə baş verən yanğında məhv olsa 
da, orada yazılanlar bərpa edilmişdir.   
Etrusk inancına görə, tanrılar yanlış hərəkət edib günah iş 
görənləri, tanrılara özəl önəm verməyənləri müxtəlif yollarla 
fərqli üsullarla cəzalandırır. Bu nədənlə tanrılara qurban sun-
maq vazkeçilməz normaya çevrilmişdi. Müxtəlif tanrıların 
könlünü almaq üçün onların adına məbədlərə verilən ərmə-
ğanlar, kəsilən qoyun-quzular haqqında bilgi verən xeyli 
təsviri sənət  əsəri qalmışdır.  Ən böyük qurbanlıq isə saqa-
larda olduğu kimi, insan qurbanı idi. Etrusklar əsasən cina-
yət etmişlərin və əsirlərin içindən seçilənləri öncə bir-birilə 
vuruşdurur, məğlub olanı qurban verirdilər. Bu cür vuruşlar 
sonralar romalılarda qladiator döyüşləri şəklində davam et-
mişdir.   
Obiri dünya ilə ilgili bitik. Qutsal yazıların yer aldığı ki-
tablardan biri ölüm və öləndən sönrakı həyat haqqında ölü-
lər bitiyi idi. Bu bitikdə yazılanlar haqqında məlumat yalnız 
etrusk basırıqlarında ortaya çıxan bəlgələrlə bəlli olur. Antik 
çağ yazarının verdiyi kiçik bir qeyddə  də deyilir ki, ölülər 
bitiyinə  əsasən bəzi ölənlərin qutu (ruhu) qutsal sayılması 
 
33


 
34
üçün bəzi tanrılara qurban kəsilən heyvanın qanından isti-
fadə olunurdu.
15
 
 
Görünür, belə qurban ver-
mə törənində tanrıya alqış de-
yilir, müəyən dualar, nəğ-
mələr musiqilə oxunurmuş. 
Belə daş qutu basırıqlarında 
qutsal qut üçün qurbankəsmə 
törəni 1-cidə iki quzu, 2-cidə 
bir quzu, 3-cü şəkildəsə qur-
ban veriləcək bir adam (əsir) 
və törəndə  iştirak edənlərin 
çalıb oynaması  təsvir olun-
muşdur, 
Burada verilən hər daşqutu 
(sarqofaqın) üzərində sağdan 
sola
 
yazılmış sözlər sırasında 
gesi sözü çöx guman ki, kəs-
mək  feili ilə, tit sözü qurban 
sunulan törənlə, 2-ci yazıda 
kuzi (quzu) sözü elə şəkildəki 
quzu ilə bağlıdır.  
Ola bilər ki, yazılarda ve-
rilmiş 3 və 4 rəqəmləri “trio”, 
“kvartet” anlamında musiqi 
alətində çalanların sayını bil-
dirir.  
1. (o)nu tite  gesi • gel  knke ip IIII  
2. eg tite  gesi  ge(l) kuzi thi al 
3. al titi  gesi • gel  • kake III al    
                                                           
15
 Bu bilgini Arnobiy “Adversus nationes”(II.63) əsərində qısa şəkildə qeyd edir.  
 
34


 
35
Bu kiçik yazı örnəkləri aydın göstərir ki, etrusklar ölənin 
ruhunu qutsallaşdırmaq üçün özəl ritualla yas törəni keçirir, 
tanrıya quzu qurbanı verirmişlər. Kəsilən quzunun qanını 
tanrı tapınağına sunmaqla ölənin qutuna obiri dünyada can 
verib yeni yaşam qazandıracağını düşünürdülər. 
  
Baxıcılıq. İldırım çaxması ilə bağlı falabaxma fulgurales
baxıcı qam fulgurator adlanırdı. Fulgurator ildırımın hansı 
çağda, hansı istiqamətdə çaxacağı, ildırımı yerə göndərən 
tanrının məqsəd və istəyini öyrənməli idi. Beləliklə, etrusk 
fulquratorları falaç-
ma ilə tanrıların ni-
yətini öyrənib ona 
uyğun önəmli təd-
birin alınması üçün 
məsləhət verir, yol 
göstərirdilər. 
 Bu cür baxıcılıq 
Ön Asiyada geniş 
yayılmışdı. Kəsilən 
heyvanın içalatı ilə  
falabaxma gələnəyi 
etrusklara hələ Ön Asiyada 
yaşadıqları çağdan bəlli idi.
 
Pyaçenzada tapılan m.ö. I 
əsrə aid ciyər formasındakı 
falaçma üçün yapılmış tunc 
fiqur Latın yazarların etrusk 
mifoloji görüşləri haqqında 
qeyd etdikləri bəlgələri təs-
diq edir. Qoyun ciyərıni əks 
etdirən bu fiqurda Göyün 16 
bölməyə ayrılmış  hər böl-
 
35


 
36
məsində tanrı adlarının yazılması etruskların  makrokosmos 
baxışını aydın əks etdirir. Göyün buna bənzər bölgüsü doğu 
türk şamanizmində görünür

Pyaçenza ciyər nəsnəsi kimi fi-
qurlar Boğazköy və Babil qazıntılarında da tapılmışdır. 
Vulçidən tapılan güzgü arxasındakı şəkildən aydın olur ki, 
baxıcı fala baxmaq üçün ciyəri sol əlində tutmalı idi. Üzərin-
də yuxarıdan aşağıya 
baxıcının adı yazılmış 
güzgüdə soldan sağa 
qalqas  (kalkas) sözü 
aydın oxunur. Qaynaq-
lara görə, Troya sava-
şında yunanlıları mü-
şaiyət etmiş axey soy-
lu Kalkas Apollonun 
tapınağında fala baxan 
kahin imiş, Kolofonda 
ölməsi söylənir.
16
  
Haruspik qaydaları 
və onun yozunu Taqın 
adına yazılan bitikdə 
(Libri Tagetici) toplanmışdır. Öncə qurbanlıq quzunun kəsil-
məsi törənlə icra olunur, sonra kəsilmiş quzunun qara ciyəri, 
ürəyi üzərində baxıcılar tanrının istəyini yozurdu. Quşların 
uçuşu ilə fal açanlar avqur adlanırdılar. Quş uçusu ilə baxıcı-
lıq bəzi türk boyları və hurrilər içində də olmuşdur. Rəvayətə 
görə, Romulun təşəbbüsülə avqur adlanan üç falçıdan ibarət 
kahin qrupu yaradılmışdı. Artıq Sezarın vaxtında belə kahin 
qurumunda 16 üyə avqur vardı. 
                                                           
16
 “XII əsrdə Troyanın süqutundan bir il öncə Amfiloxun müşayiətilə münəccim 
Mops sonralar Kolofonda ölən axeyli Kalxasla yola çıxmış, Pamfiliyadan keçərək 
Kilikiyaya gedib orada çar olmuşdu” (Римшнейдер, 1977, 17). 
 
36


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə