Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   2   3   4   5   6   7   8   9   ...   47

 
20
Hakimiyətə iddia etməsinlər deyə, Amuliy qardaşı oğlunu 
hiylə ilə ovda öldürdür, qardaşı qızı Reya Silviyanı isə Vesta 
məbədinə rahibə göndərir ki, ərə gedib uşaq doğmaq imkanı 
olmasn. Lakin onun bu planı baş tutmur, ərsəyə çatan Reya 
bir qurdun da görundüyü olayda tanrı Marsa bənzətdiyi bi-
rindən hamilə qalıb ekiz oğlan doğur, onlara Rem və Romul 
adını verir.  
Bundan xəbər tutan Amuliy 
Reyanı zindana, körpələri də 
Tibr çayına atdırır. Lakin dal-
ğalar ekizlərin qoyulduğu be-
şiyi sahilə atır və dişi bir qurd 
onları tapıb əmizdirir. 
 Sonra  uşaqları görən Faustul adlı çoban onları saxlayıb 
böyüdyr. Ekizlərin kimliyini bilən çoban əsl həqiqəti artıq 
böyümüş qardaşlara açır. Babaları Numitoru tapıb üsyana 
hazırlaşan ekizlər Amuliyə qarşı qiyama başçılıq edir və qə-
ləbə qazanırlar. Bundan sonra yeni başkənd salmaq istəyən 
qardaşlar arasında ixtilaf başlayır. Romulun istəyilə qurulan 
hasarın üstündən hoppanıb keçən Rem “Bax, beləcə asanlıqla 
düşmənlər sənin tikdiyin divardan keçə biləcəklər” - deyir. 
Romul da yanındakı fəhlənin əlindən külüngü alaraq Remin 
başına vurub “Bax, biz də onları beləcə öldürəcəyik” - deyir.   
Beləliklə, Romulun qardaş qanı üzərində inşa etdiyi şəhərə 
Roma adı verildı. Sonralar bu addan romalı anlamında etrusk 
deyimi rumaq (romax) adı yarandı. Qədim dünya tarixinin 
Roma dönəmi belə başlandı. 
Bu hadisələrdən hələ antik çağda müxtəlif tarixçilər azacıq 
fərqlərlə bəhs etmişlər.
 
II əsr yazarı Aleksandriyalı Appian 
“Roma tarixi” adlı kitabında Eneydən Romula qədər olan soy 
ağacı haqqında yazır ki, Troya məğlub olanda qaçıb İtaliyaya 
sığınan Eney burada hökmdar Favnın qızı Lavinia ilə evlənir
 
20


 
21
qaynatası öləndə onun yerinə keçir və üç il sonra tirren boy-
larından rutullarla müharibədə ölür, Priamın qızı Kreusadan 
olan oğlu Askaniy onu əvəz edir. Alban dağlarının ətəyində 
Alba şəhərini salandan sonra Askaniy də ölür, bundan sonra 
Silviy soyadını daşıyanlar (Eney, Latin, Kapis, Kapet, Tibe-
rin, Aqropa, Romil, Aventin və Prok) ata-oğul ardıcıllığı ilə 
hakimiyətdə olurlar. Bu düzəni Prokun kiçik oğlu Amuliy 
(Amul) pozur, hakimiyəti böyük qardaşı Nemetordan zorla 
alır, onun oğlu Egesti öldürür, qızı Reya Silvianı isə rahibə 
edir ki, doğa bilməsin. Lakin Silvia ekiz oğlan doğur. Rem 
və Pomul adlanan ekizləri Amuliy yaxındakı Tibr çayına at-
dırır.
10
 Sonra uşaqların dişi qurd tərəfindən əmizdirilməsinə 
aid və Roma şəhərinin salınmasına qədər qısa bilgilər verilir.  
Romulun qurduğu plana görə yeni salınmış şəhərdə gənc 
oğlanlar çox olduğundan qonaqlıq adı ilə buraya qızları ilə 
gələn ailələr dəvət olunmalı, şənlik vaxtı gənçlər evlənəcəyi 
qızı seçib qaçırmalı idi. Romadan quzeydə sabini
 
boylarının 
yurdu idi, başkəndləri Kurı adlanırdı. Qonaqlığa gələnlərin 
əksəriyəti sabini ailələri olduğundan qaçırılan qızların çoxu 
onlardan idi.  
Tarixçilərin ümumi rəyinə görə Roma şəhəri m.ö.754-753-
də salınmışdır, həmin çağlarda bu şəhərin özəyində məskun-
laşmanı arxeoloji bəlgələr təsdiq etmişdir. Roma şəhərinin 
salınması ilə bağlı yaranmış əfsanə mifologiyadan çox etno-
qrafik xarakter daşıyır. Belə ki, 8-ci əsrdə yerli latın boyları 
ilə müxtəlif çağlarda bölgəyə gələn boyların yanaşı yaşaması, 
bəzilərinin qaynayıb-qarışması, boylar arasında savaş-barış 
olayları, toplumda formalaşan yeni tipli sosial qurumların 
oturuşması bu metropolun salınmasından sonra xaotik axar-
dan çıxıb düzənli məcraya düşdü. Artıq bir neçə əsrdən sonra 
yaranacaq qüdrətli bir imperiya binasının özülü atıldı. 
                                                           
10
 Аппиан, 2004, 169-171
.
 
 
21


 
22
Sonrakı 7-6-cı əsrlərdə cəmiyəti və ölkəni inkişafa aparan 
iqtisadi qalxınma başlanmışdı. Bu çağlarda etrusklar da apar-
dığı aktiv ticarətlə kifayətlənmir, Siciliya, Korsika, Qalliya-
nın güneyi və hətta İspaniyaya yürüşlər edib oralarda etrusk 
kaloniyaları salmaq istəyirdilər. Bu isə eyni siyasəti güdən 
Karfagen kalonistləri ilə qarşıdurma yaradır və bu çağlarda 
güclənməkdə olan yunanların bu durumdan istifadə etməsi-
nə şərait yaradırdı. Ona görə də artıq Siciliyanı və İtaliyanın 
güney sahillərini zəbt edən yunanlara geniş ekspansiya üçün 
yol verməməyə çalışan etrusklar karfagenlilərlə savaşdan əl 
çəkib müttəfiq olmağa üstünlük verirdilər. 
 
ROMULDAN TARKONA  
Romulun 40 il sürən hökmdarlığı dönəmində bir sıra yeni 
qayda-qanunlar yarandı. Romulun adına bağlanan bu törəyə 
görə əhali sosial durumu baxımından iki zümrəyə ayrılırdı: 
işverən sahibkarlar (patronlar) və müxtəlif sahələrdə muzdla 
işləyənlər (klientlər). Hakimiyətdə təmsil olunmaq üçün top-
lumda hörmət qazanmış yaşlılardan yüz nəfər qocalar məclisi  
adlanan quruma (senata) seçilirdi. Bütün əhali içində aparılan 
seçki üç hissəyə (üç oq) ayrılan  triblər üzrə aparılırdı. Ro-
mulun ölümü haqqında müxtəlif əfsanələr olsa da, ən geniş 
yayılan rəvayətə görə, onu tanrılar göyə aparmışlar. 
Frezerə görə, Roma şəhərini Alban təpələri yaxasında yer-
ləşən Alba-Lonqa (Uzun Alb) şəhərindən gələnlər salmışdır. 
Özünü alba-lonqalı sayan Romulun daxil olduğu elbəy süla-
ləsi Silviya adlanırdı.
11
 Deyilənə görə, Romuldan sonra haki-
miyətdə daha altı elbəy olmuşdur. Onların sonuncusu Məğrur 
Tarkvini də etrusk idi. Tarkvini soyu eyniadlı şəhərdən olub 
Romanı idarə etmiş, Roma şəhərinin dirçəlib inkişaf etməsi 
də etruskların 616-dan 509-a qədər davam edən hakimiyəti 
                                                           
11
 Фрэзер, 1986, 147. 
 
22


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə