Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   2   3   4   5   6   7   8   9   ...   47

 

6-cı əsrə qədər etrusk ekspansiyası ətraf bölgələri və adaları 
bürümüşdü. Etrusk çağında Toskana əraziləri Massa-Carrara, 
Lucca, Pistoya, Prato, Firenze (Florensiya), Piza, Livorno, 
Arezzo (Arestso), Siena, Grosseto adlanan 10 əyalətə bölün-
müşdü. 
Sumerlər kimi etrusklar da teokratik dövlət qurmuşdu. Bu 
qurum siyasi birliyi deyil, Etruriyanın mədəni, dini birliyini 
təmin edirdi. Ona görə də bir-birinin köməyinə gəlməyən et-
rusk şəhərləri elə bir-birinin ardınca yenildilər. Etrusk varlığı 
İtaliyada miladdan öncəki minil boyu davam etdi, ancaq bu 
 



 

varlıq 500 il üzüyuxarı yüksəlişlə, 500 il də üzüaşağı enişlə 
davam etdi. Etrusklar Yeni eraya latınca danışan bir toplum 
kimi keçdi, arxada böyük mədəniyət buraxsa da, öz keçmişini 
itirdi. 
Miladdan öncə III-I əsrlər ertuskların asimilyasiya olunma 
dönəmidir. Etruskların sonu çatdı, bu acı sonluq İtaliyanın 
mərkəzində Yuli Sezar və Oktavian Avqust dönəmində tarix 
yazarlarının gözü önündə baş verdi, ancaq bu acımasız olayı 
qələmə alan olmadı, oldusa da, it-bata düşdü, gəlib bizlərə 
çatmadı. Roma imperiyasını yönətən latın siyasi elitası  və 
latın yazarları hər vəchlə etrusk adının tarixdən silinməsinə 
çalışırdılar. Bu duruma münasibət bildirən Q. Müleşteynin 
gerçəkliyi yansıtan belə bir deyimi var: Etruriya Romanın 
beşiyi, Roma etruskların məzarı oldu
Etrusk-türk  əlaqəsindən danışmaq üçün türkologiya elmi 
Altay teorisinə istinad edə bilmir, çünki etruskların İtaliyaya 
Altaydan getməsini ortaya qoya biləcək bəlgələr yoxdur. Bu 
baxımdan, türklərin Atayurdunu Ön Asiyada sərgiləyən yeni 
Urmu teorisi isə etrusk-türk ilişkilərini tarixi gerçəkliyə da-
yanan elmi ölçülərlə ortaya çıxara bilir.
1
Bir gün xocam Bəxtiyar Vahabzadə dedi ki, Almaniyadan 
qonağım gəlib, səninlə görüşmək istəyir. Xocamgildə görüş-
dük, qonaq sumer-türk əlaqələrindən yazdığım bir məqaləni 
1985-də çevirib bastıran alman yazarı A. Şmide idi. Söhbət 
sumerlərdən dolanıb etrusklara gələndə o dedi ki, almanlar 
etrusklara  turx demişlər. Bu turx sözü o zaman mənə ipucu 
verdi. O çağdan etrusklarların dilini araşdırmağa başladım, 
kiçik qeydlər yazdım, bir qismini sonralar “Azər xalqı” kita-
bında verdim.
2
  Əlimdə etrusk yazılarının orijinalı olmadığı 
üçün bir ara etrusk məsələsini kənara qoysam da, vaxtaşırı bu 
                                                           
1
 Urmu teorisi ilk dəfə Türkologiyanın elmi əsasları haqqında yazılmış “9 Bitik” 
(Azərbaycan türklərinin islamaqədərki tarixi) əsərində verilmişdir. 
2
 Azər xalqı, 2000. 
 



 
10
maraqlı mövzuya qayıtmalı olurdum. Bu baxımdan, əlinizdə 
olan bu əsər, demək olar ki, 25 ilə yazılıb. Kitabın bu variantı 
etruskları geniş oxucu kütləsinə tanıtmaq amacı daşıdığından 
elmi qaynaqlarla verilən təhlillər imkan daxilində azaldılmış, 
elmi-populyar üsluba önəm verilmişdir.  
Etrusk yazıları üzərində araşdırma bizdə belə bir qənaət 
yaratdı ki, etrusk dili də çuvaş, hay, alban dili kimi qarışıq 
dildir. Bu dildəki türkizmlərlə yanaşı başqa bir-iki dilin də 
izi görünür. Bu izləri leksik qatda aramaq nə qədər asan olsa 
da, qramatik qatda o qədər çətindir. Etruskologiyanın uğuru 
isə bu problemin düzgün çözülməsindən asılıdır. Bu baxım-
dan, etrusk dilini açmaq üçün bir açar yetmir, etrusk dünya-
sına girmək üçün qapıya iki-üç açarla yaxınlaşmaq gərəkir.  
Beləliklə, I bölüm etruskları tanıtma amacı daşıyır, burada 
onların mifoloji görüşləri, etnoqrafik gələnəkləri haqqında 
ümumi məlumatlar verilir, etrusk toplumunun sosial durumu 
tarixi bəlgə və rəsmlərlə şərh edilir, etrusk dilinin əlifbasın-
dan, leksik-fonetik və qramatik quruluşudan bəhs olunur. 
 
Kitabın II bölümündəsə etruskların kimliyi haqqında söy-
lənmiş müxtəlif fikirlərin özəti verilir, Bu bölümdə ilk dəfə 
etrusk və saqa-qamər boylarının əlaqəsi, Goroğlu və Herakl 
obrazlarının mənşəyi, Lemni yazısının türkcə açımı, Qafqaz, 
Azərbaycan-Etruriya bağı, etrusk dilində türk sözləri Urmu 
teorisi işığında tədqiq olunmuşdur.  
Beləliklə, türk dili etrusk dilini aça bilən açarlardan biri sa-
yıla bilər, qalır o biri açarların tapılması. Bunun üçün etrusk 
əlifbasında bir-iki hərfin bildirdiyi səslərə yenidən baxmağa 
ehtiyac vardır. Uzun və  çətin bir yol keçmiş etruskologiya 
elmi üçün əlifbada kiçik düzəlişlər aparmaq o qədər də çətin 
olmayacaq. Yetər ki, etrusk əlifbası ilə eyni qaynaqdan olan 
türk runik əlifbasının özəl orfoqrafik qaydalarından yardımçı 
vasitə kimi istifadə olunsun. 
 
10


 
11
I B
ÖLÜM
 
 
QAYNAQLAR 
 
Soyca etrusk olan Tarkvini Prisk m.ö. I əsrdə latıncaya 
çevrilmiş etrusk qutsal kitablarını toplasa da, onlardan isti-
fadə edən bəzi antik çağ yazarlarının yalnız kiçik qeydləri 
qalmışdır.  İtaliyanın tarixi ilə yaxından ilgilənən imperator 
Klavdiy soylu etrusk ailəsindən olan xanımı Urqulanillenin 
aracılığı ilə  məşhur etrusk soylarının arxivini əldə etmişdi, 
lakin onun 20 cilddə yazdığı  “Etruskların tarixi” adlı əsəri 
itmişdir.
3
 Etrusk kulturunu yaxşı bilən Klavdiy 48-də  bəlli 
nitqini söyləyir. Tunc lövhə üzərinə yazılmış bu nitq Roma-
nın  əfsanəvi hökmdarı Serviy Tulliy haqqında tarixi bəlgə 
sayılır.  
Şotland alimi ser Tomas Dempsterin yazdığı “Çarlıq Et-
ruria haqqında yeddi bitik” (De Etruria regali libri septem
adlı çoxcilidli kitab yüzil sonra (1723-1724) Florensiyada 
çap olunmuşdur. Vaxtilə  bəzi yazarların qeyd etdiyi etrusk 
sözlərini toplayan Aleksandriyalı Hesixin yazdığı  qədim 
sözlükdən də örnəklər verilmiş bu bitik yeni tədqiqatlara, 
özəlliklə arxeoloji araşdırmalara təkan vermişdi. İki il sonra 
Toskan elinin mərkəzində yerləşən Kortona şəhərində Kor-
ton Etrusk Akademiyası yaradıldı. Artıq 1737-1740-da qısa 
deyimlə “Etrusk muzeyi” adlanan böyük həcmdə üç tomluq 
kitab (Museum Etruskum exhibens insignia veterum Etrusco-
rum Monumenta) nəşr edildi.  
Adolf Dzavaroni etrusk yazılarının hamısını sistemləşdirb 
internetdə yayımlamışdır. Etrusk yazılarının sayı yeni tapılan 
yazılarla artmaqda davam edir. 1983-də "Corpus Inscriptio-
                                                           
3
 Блок, 2004, 11. 
 
11


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə