Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə4/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   2   3   4   5   6   7   8   9   ...   47

 
12
num Etruscorum" adlı topluda verilmiş yazıların bir qismi 
qüsurlu olduğundan italyan tarixçi-arxeoloqu Massimo Pal-
lottinonun tərtib etdiyi Testimonia Linguae Etruscae (TLE) 
toplusundan istifadə etmək daha faydalıdır. 
Etrusk tarixini, mədəniyətini, dilini öyrənmək üçün baxa 
biləcəyimiz  ən önəmli qaynaq hələlik dili açılmayan
 
etrusk 
yazılarıdır. Sayı 12 minə çatan bu yazıların içində bir neçə 
iri həcmli mətnlər olsa da, əksəriyəti müxtəlif nəsnələr üzə-
rində yazılmış kiçik mətnlərdir.  
Bugün Sofiya muzeyində sax-
lanan altı  səhifəlik etrusk bitiyi 
Bolqariyanın güney-batı bölgə-
sində qazıntı vaxtı tapılmışdır. 
Uzmanların m.ö. 600-cü illərə 
aid etdiyi bu tapıntı  ən qədim 
kitablardan sayılır. Bloknot for-
malı bitiyin yarpaqları Pirqi ya-
zısının altun lövhəsi kimi altun 
falqadandır. Döyüşçü, su pərisi, 
lira və atlı  rəsmləri ilə yanaşı 
bitikdə etrusk dilində mətn var. 
Etrusk yazıları içində iyirmidən artıq sözü olanların sayı 
olduqca azdır, qırxdan artıq sözü olanların sayı isə cəmi sək-
kiz mətndir. “Corpus İnscriptionum Etruskarum” adlı topluda 
verilən etrusk yazılarını mövzusuna və  həcminə görə belə 
qruplaşdırmaq olar: 
Qablar üzərindəki kiçik yazılar. Adətən belə yazılarda qa-
bın kim tərəfindən hazırlanması  və kimin hədiyəsi və ya 
kimə məxsus olması haqqında bilgi verilir; Tapınağa və ya 
müəyən alp-ərənə yönəlik andiçmə və ya yəmin etmə möv-
zusunda yazılar; Sarkofaq, başdaşı, külqabı üzərində epitafi-
ya xarakterli yazılar; Müəyən şəxslərə həsr olunmuş yazılar; 
 
12


 
13
Əl güzgüsü üzərində çəkilmiş bəlli mifoloji surətlərin adı və 
bəlli olaylarla bağlı bir neçə sözlü tanıtmalar. Tərkibində nis-
bətən çox söz olan mətnlər isə bunlardır: 
1) Mumiyalanmış bir qadını 
bürümək üçün istifarə olunan 
kətan üzərindəki Liber Linteus 
(Kətan bitik) adlanan yazıda 
1200-ə yaxın söz vardır;  
2) Kapuidən tapılmış V-IV 
əsrə aid kirəmid üzərindəki 62 sətirlik 
bustrefedon yazıda 300-ə yaxın oxuna 
bilən söz vardır;  
3) Perucidə II əsrə aid sınır (mərz) 
daşı sayilan daş lövhə üzərində 130 
sözü olan 46 sətirlik yazı;  
4) Minerva tapınağına aid V əsr 
yazısında təxminən yarısı oxunan 80 
sözlü 11 sətirlik mətn;   
5) 70 sözlü VII əsrin Aribal yazısı;  
6) Malyano qəsəbəsində (Toskana) 
1883-də tapılan V-IV əsrə aid iki üzü yazılı metal disk üzə-
rində təxminən 70 sözlü yazı;  
 
 
 
  
 
13


 
14
7) Pirgi məbədindən tapılan 
üç qızıl lövhə üzərində törənlə 
bağlı V əsrə aid yazılar: ikisin-
də 52 söz etrusk hərfləri ilədir, 
biri isə aramey həflərilə yazıl-
mışdır;  
8) Kortonadan tapılmış III-II 
əsrə aid ikitərəfli tunc lövhə 
yazısı: bir üzündə 32, o biri üzündə 8 sətir vardır.  
Hələlik ortalıqda olan ən qədim etrusk yazıları Kumadan 
tapılan m.ö. 690-cı illərə aid basırıq epitafiyaları  və dini 
mövzuda qısa yazılardır. Müxtəlif nəsnələr üzərində qısa ya-
zılar sonrakı çağlarda da geniş yayılmışdır və sayı minlərlə 
olan bu yazılardan bir-ikisini gözdən keçirək.   
Tarquinada  Şieds bası-
rığındakı freska üzərində 
yazı:  
Buradakı yazının trans-
kripsiyasını  M. Copeland 
belə vermişdir:
4
FELe

VR
_R
 AFLE 
R
V FELCHA AP RONAI
   
Məncə, yazının transkripsiyası buradakı  hərflərə uyğun 
belə olmalıdır:  velthur davleru (ku)lqa aprthnai və ya  
gelthur dagle thukulqa aprthnai.                                            
Orvieto basırığında daş 
üzərində soldan sağa yazı-
lan bu yazı amar le ana te 
şəklində oxunmuş  və ona 
                                                           
4
 Copeland, 1981. 
 
14


 
15
sevimli ananız” anlamında yozum
 
verilmişdir. Lakin bunun 
Amarle anadır” bəlgəsi kimi daşa yazıldığını da düşünmək 
mümkündür. 
Bu sarkofaq (daşqutu) üzərin-
dəki yazıda belə sözlər keçir:
5
   
LARTH: SENTINATES: CA ESA  
 
Bu yazının oxunuşu “Lart, sen 
Tina te(z) kaysa” ola bilər. 
Başqa bir basırıq yazısındasa 
bəzi etruskoloqlar
 AR : CVMNI : 
AM
EI
 RIAL
  sözləri oxumuşlar.
6
 
Lakin yazıda  Ath, Cumni Amei 
Thpal (Topal?) sözləri vardır. 
Yunansayağı yapılmış m.ö.VI 
əsrin sonuna aid bir kasanın alt 
tərəfində sağdan sola bir yazı 
vardır:
  ITUN TURUCE VENEL 
ATELINAS TINAS CLINII ARAS. 
Bu yazıdakı son sözləri 
belə də oxumaq olur: 
 ...TINAS  (O)QLINI  I  ARAS.  
Bu variantda bütöv yazının 
türkcə deyimi belədir: “Bu (qab) 
Venel Atelinanın sunağıdır Tinin 
oğluna 1 (bir) araz”. 
Başqa bir keramik qab üzə-
rindəki yazı (ETP 110) və onun 
türkcə anlamı:
 
ei menepi khape 
mi · mi : karkus venelus.  Ey 
menepi qabı-ım. Mən Karquş 
Venelu(s).  
 
                                                           
5
 Script LS-1, photo www.bstorage.com. 
6
 Script AR (photo courtesy www.bstorage.com). 
 
15


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə