Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
26
monarxiyasını respublika qurumu əvəz etdi, lakin dövlət qu-
rumlarında radikal dəyişmə olmadı, yalnız hər il seçilən yeni 
magistrlər qurumu təsis edildi. Əvvəllər hökmdar titulu sayı-
lan  lukumon  adını daşıyanların artıq siyasi deyil, kahinlik 
görəvi (rex sacrificulus) önə çəkilirdi. 
Zəngin filiz yataqları, metalişləmə sahəsindəki gəlişmə, 
mis, dəmir ticarəti Etruriyanı varlı əyalətə çevirmiş, İtaliya 
və Aralıqdənizinun batısında nüfuzunu artırıb təsirini güc-
ləndirmişdir. Bu isə VI əsrdə belə hegemonluğa iddiası olan 
yunanlarla rəqabəti də gücləndirmişdi. Həmin çağlarda eyni 
durumda olan Karfagen ilə Etruriyanın yunanlara qarşı çıxış 
etməsi onların müttəfiq olması ilə nəticələnmişdi. Təxminən 
540-da baş verən Alalia müharibəsində qalib gələn olmadı, 
lakin yavaş-yavaş etruskların zəifləmə prosesi başlandı. Bir 
əsr sonra güneydə təsir dairəsini itirən Etruriya daha bir əsr 
sonra qall qoşunlarının yürüşü nəticəsində quzey bölgələri, 
Po çayı vadilərini, Adriatik sahillərini itirdi. Bu çağda etrusk 
şəhərləri bir-birinin ardınca Romadan asılı duruma düşürdü.
 
Güney bölgələrini itirən etrusklar və yandaşları Karfagen 
480-də Böyük Yunan (Magna Graecia) birliyinə yenildi və 
bu çağdan Etrusk siyasi-hərbi qüvvəsinin zəifləməsi dönəmi 
başlandı. Quzeydən III əsrdə qalların Etruriyaya yürüşü isə 
Po çayının və Adriatik dənizinin yaxalarında da etruskların 
etgisini azaltdı. Eyni zamanda bir-birinin ardınca Romanın 
etrusk şəhərlərini 500-cü ildən öz təsir dairəsinə alması artıq 
etruskların assimilyasiya olunması olayına təkan vermişdi.  
İllərlə böyük dirəniş göstərməsinə baxmayaraq ilk yenilən 
Veyi şəhəri oldu, 406-da baş verən bu olaydan sonra 395-də 
Kapena işğala uğradı. Bir əsr sonra müstəqilliyini saxlamış 
digər etrusk şəhərləri romalılara qarşı birləşsə də, artıq bu ge-
cikmiş bir təşəbbüs idi, 280-dən sonra bütün etrusk bölgələri 
təpərini artırmış Roma imperiyasının vassalına çevrildi.  
 
 
 
26


 
27
Roma gücləndikcə IV əsrdən başlanan bir-birinin ardınca 
etrusk şəhərlərini özünə tabe etməsi də geniş vüsət alırdı. Bu 
durumda Veyi kimi bəzi şəhərlər dirəniş göstərsə də, bəziləri 
dostluq müqavləsi bağlamaqla taleləri ilə barışmaq yolunu 
tuturdu. Yerli hakimiyət bütöv bölgənin deyil, yalnız özünə 
aid məhəlli hakimiyəti savunduğundan, dara düşən qonşuya 
yardım etmədiyindən etrusk şəhərlərini bir-bir ələ keçirmək 
romalılar üçün yaxşı imkan verirdi. Etrusklar tədricən Roma 
imperiyası tərkibində latınlaşdılar, artıq I əsrdə etruskca danı-
şıq dili aradan çıxdı. Nə oldu da, dörd əsr İtaliyada hegemon 
bir xalq olan, şöhrəti ətraf ölkələrə yayılan etrusklar zamanın 
dumanları içində yox oldu. 
Lutsiy Korneliy Sulla etruskları elə zalımlıqla əzmişdi ki, 
onlarda sonralar üsyan etmə iradəsi qırılmışdı. Bir əsr sonra 
Avqustun Etruriyaya göndərdiyi yeni kolonistlər dirənişlə 
qarşılanmadı, latınlaşma olayı aramla, lakin sancısız gercək-
ləşdi. Eynən bulqarlar kimi: Balkanlara gedən bulqarlar orada 
dövlət qurdular, bir neçə əsr sonra yerli slavların içində əriyib 
yox oldular, quruca adları qaldı, bolqar xalqı və Bolqariya. 
 
 
 
 
 
27


 
28
ETRUSK  MIFOLOGIYASI 
Etrusk  əfsanəsinə gö-
rə,  əvvəllər köçəri ya-
şamla keçinən etrusklar 
bir gecə ulduzdan qopan 
işığın yerə düşdüyünü 
görürlər. Zərbə ilə yerə 
dəyən işıq parçalanıb ki-
çik gümüş güzgülərə çevrilir. Etrusklar həmin yeri qazırlar, 
oradan uşaq görkəmində, lakin saçı  ağarmış möcüzəli bir 
adam çıxır. Taq (Taqes) adlanan və gələcəkdən xəbər verən 
bu müdrik etrusklara çox şey öyrədir. İtaliyada ilk sikkələrin 
basılması da əvəzolunmaz görücü Taqın məsləhətilə gerçək-
ləşir. Taq çıxan yerdə etruskların Tarkvini adlı şəhəri salınır. 
Dini və siyasi mərkəzə çevrilən bu şəhər Roma yaranandan 
sonra ona tabe olur.  
Tarixdən bəllidir ki, dəmir çağının başlandığı dövrdə bir 
çox xalqlarda mifik qəhrəmanlar sırasından peyğəmbər obra-
zı yaratma meyli artmışdı, özəlliklə m.ö. I minilin ortaların-
da tanrı və ya tanrılarla insanlar arasında vasitəçi olan belə 
tanrı elçilərinin həyatı, onların tanrıdan aldığı göstərişlər 
haqqında kahinlərin söylədiyi dini-didaktik söhbətlər yazıya 
köçürülürdü.
13
 Bu çağda etrusk kahinləri də Taq adlı birin-
dən tanrı elçisi kimi danışır, dini qayda-qanunlar onun adı 
ilə ayrıca kitaba yazılırdı. Taqın tarixi şıxsiyət olması və ya 
olmaması isə elmə bəlli deyil. 
Etrusk tanrıları ilə görüşüb onlara hədiyələr verən Taq 
toplumun rifahı üçün çalışır. Digər Tanrı elçiləri kimi müd-
rik Taq da özünü tanrılaşdırmır, Tanrı ilə toplum arasında 
vasitəçi rolunu oynayır. Yalnız yeraltı dünyadakı Tuxulxa 
(Tuqulqa) ilə ölülər diyarının demonu Xaru ona qarşı  bəd 
                                                           
13
 Ağasıoğlu. Tanrı elçisi İbrahim. 2009, 30. 
 
28


 
29
niyətlərindən əl çəkmirlər, axırda Taqın gördüyü işləri poz-
maq üçün hiylə işlədib toplumda mövcud törələrin yadırğan-
masına nail olurlar. Taq xalqın başına gələcək bədbəxtlik 
haqqında yazdığı kitabı bitirib bu dünyanı tərk edir, bununla 
da etrusk mədəniyətinin süqutu başlanır. Romanın keçmiş 
durumunu bilənlər deyirmişlər ki, Taqın hara getdiyini və 
onun yazdığı kitabın harada saxlandığını öyrənmək üçün 
Xaru insanlara öncə işkəncə verib sonra öldürürmüş. Bəzilə-
ri Taqın real tarixi şəxsiyət olduğunu və bu etrusk bilgəsinin 
sonradan əfsanələşdirilməsi fikrini savunurlar. 
ETRUSK DINI 
Dənizin, çayın, dağın, bitkinin, ildırımın, tufanın, yelin, 
yeraltı dünyanın,  əcdadların ruhu (qutu) olduğuna inandıq-
ları üçün doğal çevrəni qutsal sayan etrusklar təbii olayları 
himayə edən tanrı və tanrıcalara tapınırdılar. Etruskoloqlara 
görə, həmin tanrı  və tanrıcalar etusk yazılarında keçən  ais 
(sonralar eis) və cəm halda aisar sözü ilə bildirilir. Bəziləri 
bunu azər şəklində oxuyurlar. Maraqlıdır ki, Skandinav saqa 
(dastan) gələnəyində dövlət quran elbəylərin (konunq) soyu 
da Troya ilə bağlanır və as adlı bu soyun tanrıları (aisar) da 
məhz Azər ölkəsində yaşayır.
14
   
Tit Liviy yazırdı ki, başqa xalqlarla müqayisədə dini törə-
lərinə daha çox önəm verən etrusklardır. Başqa ədəbi-tarixi 
qaynaqlarda da etrusk toplumunun qatı dindar olmasını əks 
etdirən bəlgələr vardır. Etrusk dini inamlarında çöxlu tanrı-
lar, yarımtanrılar, demonlar yer tutur. Romalıların inancında 
yuxarı üçlüyü təşkil edən Yupiter, Yunion və Minerva adlı 
tanrılar daha öncə Tin, Uni, Menerva adları ilə etrusk pante-
onunda özünü göstərir. Bəzi məbədlərdə bu üçlüyə aid ayrı 
mehrablar varmış. 
                                                           
14
 Azər xalqı, 2005, 15; Məşhur səyyah-alim Thur Heyerdal da qədim azər boyunun 
və Azər ölkəsinin sorağı ilə Azərbaycana gəlmişdi.  
 
29


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə