Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   2   3   4   5   6   7   8   9   ...   47

 
16
Beləliklə, etrusk yazılarının müxtəlif nəsnələr üzərində 
yazıldığını görmək olur. Gündəlik işlənən məişət  əşyaları 
üzərindəki yazılardan tutmuş başdaşı epitafiyalarına qədər 
müxtəlif məzmunlu mətnlər var. Görünür, o çağlarda kera-
mik qablar üzərində yazı gələnəyi daha geniş yayılıbmış.  
 
 
Burada verilən bir-iki örnəkdən də göründüyü kimi, etrusk 
yazılarının oxunuş qaydaları, orfoqrafik özəllikləri hələ tam 
dəqiqləşməyib. Son bir əsrdə etruskologiya elmi 200-ə qədər 
etrusk sözünün mənasını və bəzi qramatik göstəriciləri müə-
yən etsə  də, onların nə  dərəcədə gerçəkliyi  əks etdirdiyini 
hələlik inamla söyləmək olmur. 
Etrusk tarixi, kulturu, dili üzrə elmi araşdırmalar daha çox 
İtaliya, Almaniya, Avstriya alimləri tərəfindən aparılsa da, bu 
sahəyə marağın günbəgün artması başqa ölkələrin alimlərini 
də etrusk tapmacalarına cavab tapmağa yönəltmişdir.
7
  
 
 
                                                           
7
 Avropada A. Trombetti, A. Pfiffiq, M. Pallottino, M. Alinei, R. Blok, H. Riks, rus 
alimlərindən A. Nemirovski, A. Kondratov,  B. İvanov, A. Xarsekin və başqa alim-
lərin etruskologiyanın inkişafında önəmli rolu olmuşdur.   
 
16


 
17
ROMA TARIXINDƏ ETRUSK DÖNƏMI 
 
Qədim dünya tarixində Roma imperiyasının önəmli yeri 
olmuşdur. Roma dövlətinin yaranmasında da Roma şəhərinin 
və bu şəhəri salan Anadoludan gəlmə boyların önəmli rolu 
vardı. Həmin boylar etrusk adı ilə tanınsa da, bu ad altında 
hansı soykökünə, hansı etnosa mənsub boyların olması o qə-
dər də aydın deyil. Olsun ki, Anadoludan İtaliyaya ayrı-ayrı 
çağlarda müxtəlif soylu boylar köçmüşlər. Qaynaqlar belə 
köçlərdən ikisi haqqında bilgi verir: Troya savaşından sonra 
Eneyin başçılığı ilə 12-ci əsrdə və Lidiyadan Tirsenin başçı-
lığı ilə 8-7-ci əsrlərdə. Yunan əlifbasında r/s hərflərinin ox-
şarlığı nədəniylə Tirsen adının bəzi qaynaqlarda Tirren kimi 
verilməsi geniş yayılmışdır. Maraqlıdır ki, etrusklar özlərinə 
tirren//tirsen deyil, aras deyirdilər, aras yurdlarını da Arasena 
adlandırır, Rasena, Rasna şəklində yazırdılar. 
 Etruskların qədim tarixi haqqında bilgi az olsa da, 8-ci 
əsrdən sonrakı çağlara aid arxeoloji və etnoqrafik bəlgələrdə, 
yazılı qaynaqlarda onlara aid xeyli məlumat vardır. Təəssüf 
ki, etruskların öz dilində olan minlərlə yazı hələ də susur və 
bu durum etrusk tarixinin öyrənilməsinə maneələr yaradır.   
İtaliyada minil davam edən etrusk tarixinin başlanma çağını 
bəzi antik cağ yazarları m.ö. 8-ci əsrin ortalarında salınan 
Roma  şəhərinin tarixindən üç əsr  əvvələ aid edirlər. Bu da 
Eneyin başçılığı ilə  İtaliyaya olan miqrasiya tarixinə yaxın 
dönəmdir. 
ENEYDƏN ROMULA   
Kiçik Asiyanın quzey-batısında Egey dənizinin yaxasında 
salınmış qədim Troya şəhərini yunan orduları m.ö. 1200-də 
dağıtdı. Homerin geniş təsvir etdiyi Troya-Yunan savaşının 
gerçək tarixə dayanması XIX əsrdən burada aparılan arxeo-
 
17


 
18
loji qazıntılar da təsdiq etdi. Troyanın yerləşdiyi bölgə İlion 
adlanırdı. Troya şəhərini salanlar özlərini Zevsin oğlu mifik 
Dardanın soyundan sayırdılar. 
Antik çağ yazarı Apollodora görə, Troya Dardanın nəvəsi 
Troy tərəfindən salınmışdır. Yunanlarla cavaşda ölən Troya-
nın son çarı Priamın və bu savaşda ona yardım edən Eneyin 
soybabaları Dardan idi. Dardan, Troy (Tur), Priam və Eney 
şəxsadları kimi, Troya ilə bağlı bir sıra toponimlər də türk 
onomastikasına yad deyildir. Həmin çağlarda batı türklərin-
dən olan subar, ermən, mitan, tiras (tirsa), qaşqay və urmu 
boylarının, daha əvvəllər dilində xeyli türk sözləri görünən 
hat boylarının Troya (İlion) ilə  əlaqəsini mümkün saysaq, 
onda belə türkizmlərin gerçək varlığı doğaldır.  
Troya şəhəri İdı dağının ətəində yerləşir. Homer Heranın 
bu dağın zirvələrindən biri olan Qarqar üzərinə qalxmasını 
yazır.
8
 
Buradakı Qarqar, İdı toponimləri qədim türk qarqar 
boyunun və türk onomastikasında yayğın “qutsal” anlamlı 
İdı dağadı ilə bağlıdır. Güney Azərbaycanda Qarqar bölgəsi, 
İdı dağadı m.ö. I minilin əvvəllərindən, Quzey Azərbaycanda 
isə qarqar boyları Alban eli çağından bəlli idi, Qazaxıstanda 
Qarqar dağı indi də vardır. Bu baxımdan, İtaliyaya köçənlər 
içində hansısa türk boyunun olması ehtimalı mümkün haldır. 
Romulun ulu babası kimi verilən Eney yunanca Afrodita
latınca  Venera adlanan tanrıcanın oğlu idi. Etrusklarda bu 
tanrıca  Turan adlanırdı. Yunan mifologiyasına görə  dəniz 
üzərində yığılmış köpükdən doğulan Afrodita gözəllik, sev-
gi, doğum və  məhsuldarlıq tanrıcası sayılırdı. Troya elbəyi 
Priamın soyundan olan Anxiz ilə Afroditanın izdivacından 
doğulan Eney Yunan-Troya savaşında Fetida adlı tanrıcanın 
oğlu, qüdrətli döyüşçü sayılan Axilə (Axilles) qarşı təkbətək 
döyüşə çıxa biləcək yeganə bahadır idi. 
                                                           
8
 «İlliada», XIV. 292-283.  
 
18


 
19
Savaşda yenilən Troya m.ö. 1200-də yağmalanıb dağıdıl-
mışdı. Hökmdar Priam ailəsilə öldürülmüş, Eneysə arvadını 
itirmişdi. Salamat qalan troyalıları toplayıb yeni yurd salmaq 
üçün bir neçə il ətraf ölkələri dolaşan Eney sonra gəmilərlə 
İtaliyaya keçdi. Burada başçıları Latın adlanan latın boyları 
yaşayırdı. Eney Latının razılığı ilə o vaxtlar Albula, troyalılar 
gələndən sonra isə Tibr adlanan çayın dənizə axdığı bölgədə 
yurd saldı.
9
  
Bu çağlarda latınlar güney qonşuları rutul boyları ilə sava-
şırdılar və bu savaşlarda yeni gələn troyalılar onlara yardım 
edirdi. Eney də artıq Latının qızı Lavinia ilə evlənmiş, Latın 
öləndə onun yerinə keçib latınlarla troyalıların hökmdarı ol-
muşdu. 
Eney öləndə Troyadan onunla gələn oğlu Askaniy (Askan) 
başçı olur. Lakin bu dönəmdə Eneyin Laviniadan da bir oğlu 
olmuş, Lavinia onun adını  Eney Silviy qoymuşdu. Latınca 
silviy sözü ağacəri boyadında olduğu kimi “ormanlı, meşəli” 
anlamındadır. 30 il hakimiyətdə olan Askaniy Alba-Lonqa 
adlı yeni şəhər salıb ora köçür. Askaniy öləndən sonra oğlu 
Yul baş kahin seçilir və bu vəzifə onun soyuna bağlanır, son-
rakı baş kahinlər bu soydan olur. Olsun ki, Roma böyükləri 
içində Yuli (Yuliy) soyadı daşıyanlar bu sülalədən idi.  
 Askaniydən sonra Eney Silviy hakimiyətə keçir və 400 il 
Silviy sülaləsinin hakimiyəti davam etdir. Romulun anası 
Reya Silviya da bu soydan idi. Beləliklə, atadan böyük oğu-
la keçən hakimiyətdə bir-birini əvəz edən Silviy soyunun 
başçıları Amuliyə  qədər  şəriksiz hakim idi, lakin Amuliy 
qanuni hökmdar olan böyük qardaşı Numitoru devirib onun 
taxt-tacına sahib olmuşdu. 
                                                           
9
 Эббот, 2004, 130;  Appian isə çayın əvvəlki adını Fibr kimi verir. Belə Təmir çay 
adları türklər olan ərazilərdə genş yayılmışdı.  
 
19


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə