Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə27/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

 
102
Başqa bir daş qutu üzərində isə bu sözlər yazılmışdır: la-
ris vel kazna mini muluvanike menervas.   
 
 
 
 
 
 
 
 
 
Başdaşı yazılarının əksərində ölənin yalnız adı və soyadı 
qeyd olunur. Belə epitafiyalar adətən th, ath, arth hərflərilə 
başlanır ki, bunun qədim türk epitafiyalarında olduğu kimi 
ad, ər ad olacağını düşünmək olar. Bu baxımdan, bəzi yazı-
ların başında gələn  arnth sözünü də  ərən ad kimi yozmaq 
mümkündür. Örnəyin,  
ETP 236: ath : sethrna : cracias  (Ad  Seturna Kraki-as)  
ETP 237: ath : sethrna : clanti (Ad Seturna oqlanti) 
 
102


 
103
ETP 313: arnth · vipina · cuφre (Ərən ad  Vipina Kubre
Bəzi başdaşı yazıları bütöv cümlə şəklində olur. Örməyin, 
m.ö.VI əsrin sonuna aid epitafiya (ETP 333) belə yazılmışdır:
 
larth laucies thamequ larecesi ka iserithesi celeniarasi mi-
ni zinece vethur kam artethi  (Ol əradla ukies tama qulare 
keşika içeritesi keleni arasi, məni ineke getur, kam ar tedi). 
Başdaşı yazılarında ölənin yaşı  avil  (yıl) sözü və bugün 
rum rəqəmləri dediyimiz etrusk rəqəmləri ilə qeyd olunur. 
Örnəyin, (Ta1.20-21): 
pinies. laris. lartal apunal-k avil-s XIX  
(Pinies. Laris. Lartal Apunal-k, ili 19
pinies. vel lartal apunal tanqvil-us clan avil-s XXX  
(Pinies. O, Lart Apunal Tanqvil oğlu, ili 30) 
Bəzi qab-qacaq, nəsnələr üzərindəki yazı mi (mən), mini 
(məni)  əvəzliyilə başlanır və yazılı  nəsnənin kimə  məxsus 
olması, kim tərəfindən yapılması və ya kimə sunulması bil-
dirilir. Bu tür yazılara başdaşı üzərində də rast gəlmək olur:   
TLE 247: mi larises telathuras suthi (Mən - Laris Teletura qəbri)  
TLE 154: mi lartha (Mən Lartınam
ETP 341: 
mi cailes cutus (Mən - Kaylenin qutusu)     
TLE 338: mi mamerces: artesi  (Mən Mamerkenin artesiyəm) 
TLE 35:  mini muluvanece Avile Vipiiennas (Məni ərmağan etdi    
Avile Vibiyenna )  
İkidilli yazılar (bilingva). Etrusk dili sirrinin açılmasında 
ikidilli yazıların əhəmiyəti böyükdür. Belə yazıların sayı isə 
azdır. Azsaylı sözləri olan ikidilli yazılarda daha çox şəxsin 
adı, soyadı və əvəzlik işlənir. Əsasən etrusk-latın dillərində 
olan ikidilli yazılar m.ö. II-I əsrlərə aiddir ki, bu da etrusk 
dilinin artıq əriməyə başladığı çağlardır. Klusium bölgəsində 
basırıqlarda tapılan lövhələrin yazıları bunu aydın göstərir.  
 
 
103


 
104
TLE 521:
   
Etrusk:  arth  canzna varnalisla        
 
Latın:    c. caesius  c. f. varia nat 
Göründüyü kimi, etrusk variantından fərqli yazılan latın 
variantında caesius sözü və iki qısaltma c. hərfi vardır. Qı-
saltmalardan biri canzna sözünü əvəz edirsə, o biri də bəlli 
cae (kayı) soyadı olmalıdır. Bu halda yazının etruskca bütöv 
variantı belə bərpa oluna bilər:
 
arth.  cae canzna caesi var-
nalisla   Əradı: Kayı Kanzı varnalı kayısı (soyundan).  
TLE 661: Etrusk: vel . canzi . c. clan                      
Latın:  c. cassius c. f. saturninus           
Bu yazının da latın variantında cassius, saturninus sözləri 
əlavə olunmuş, qısaltma ilə verilən c(aius) sözü vel sözünü 
(III şəxs əvəzliyi ol, o) əvəz etmişdir. Bu baxımdan, etrusk-
canın tam variantını belə bərpa etmək olur: 
vel (=cae). cassi. canzi cae. clan     
O (Kayı), Kassi Kanzi Kayı Saturnın oğlu 
Adriatik dənizi yaxınlığında Pezaro (qədim Pisarium) bası-
rığında tapılan daşın üzərində m.ö. I əsrə aid yazının ilk iki 
sırası latınca, üçüncüsü isə etruskcadır.
  
TLE 697: Latın: [l.ca]fatius.  l. f. ste. haruspe[x] fulguriator 
Etrusk: cafates. lr. lr. nets'vis. trutnut. frontac 
Hər iki sətirdəki 
qısaltmaları tam ya-
zanda təxminən bu 
oxunuş alınır: 
 
Laris 
Kavat uluq (lucius) 
Laris oğlu, Stellatin-
li baxıcı  (haruspek, 
turutrnut) falçı-qam 
(fulguriator, burontaq). 
 
 
104


 
105
II B
ÖLÜM
 
 
ETRUSKLARIN SOYKÖKÜ  
XIX  əsrdə Etruskların mənşəyi problemi qabarıq  şəkildə 
gündəmə gəldi, çünki bu dönəmdə hindavropa dilli xalqların 
vahid dil ailəsinə mənsub olması yeni yaranmış tarixi-müqa-
yisəli diçilik elmilə sübut olunmuşdu. Avropa mədəniyətinin 
kökündə duran etrusklarin dili isə bu ailəyə girmirdi. Buna 
görə, etrusk sorununu çözmək istəyi aktuallaşmışdı. Həllini 
gözləyən məsələlərsə etruskların mənşəyi və etrusk yazılarını 
oxumaq idi. 
Etruskologiyada daban-dabana zidd yorumlar nəticəsində 
etruskların dili kimi, soykökü də çözülməz hala gəlmişdir. 
Ancaq ziddiyətli yorumlar arasında gerçək durumun çözü-
münə yardım edən fikirlər də vardır. Hələ XIX əsrdə Corc 
Dennis etruskları qarışıq etnos kimi öyrənməyin əhəmiyətli 
olacağını qeyd etmiş,  ən azından yerli uruqlarla qaynayıb-
qarışmasının quşqu yaratmadığını söyləmişdir. Etruskların 
soykökü probleminə bu yanaşma doğrudur, çünki etruskca 
yazılmış mətnlərin qramer özəlliyi də qarışıq dil elementləri 
ilə diqqəti çəkir. Belə qarışmanın etrusklar hələ Anadoluda 
ikən başlandığını düşünə bildiyimiz kimi, onların  İtaliyaya 
köçündən sonra gerçəkləşə biləcəyini gözardı etmək olmaz. 
Apennin yarımadasında m.ö. XIII əsrdə ölübasdırma adə-
tinin ölüyandırma (kremasiya) ilə əvəz olunması göstərir ki, 
bu basırıq kulturunu daşıyan quzey boyları artıq gəlib İtali-
yada məskunlaşmışdı. Orta Avropadan gəlib burada yerləşən 
həmin boylar torpaq və ağacdan düzəltdikləri alaçıqlarda ya-
şayırdı. Əsasən əkinçiliklə barınan Villanova kulturu daşıyı-
cıları olan boylardan qalmış arxeoloji bəlgələr aydın göstərir 
ki, onlar metalişləmə ilə də tanış idilər. Villanovalılar ölənin 
 
105


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə