Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə35/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

 
128
Latın çağında Romulus adlanan, italyanların Romolo de-
diyi adın  Urumulu (Urmulu) şəklində  bərpası mümkündür. 
Anadoludan gələn etruskların içində asur-urartu qaynaqla-
rından bəlli olan urumu  (urme) boyu Van gölünün quzey-
batısında yaşayan boylardan idi. İndiki Muş ovalığında olan 
Urman kəndinin adını Subar bəyliyi çağından qaldığını vur-
ğulayan N. V. Arutyunyan yazır: “Düşünmək olar ki, Urartu 
qaynaqlarında Urme, Asur qaynaqlarında isə İç Urumu kimi 
verilən ölkə (bölgə) urum boyunun adından yaranmışdır”.
 
72
Azərbaycan-Etruriya və türk-etrusk əlaqələri təkcə dil və 
onomastika ilə deyil, paralel mifoloji motivlərdə, etnoqrafik 
bəlgələrdə də görünür. Örnəyin, başqa xalqların inancına gö-
rə göy 3, 7, 9 qatlara bölünür, lakin etrusklarda və şamanist 
(qamçı) türklərdə isə göy 16, 17 bölümə ayrılır ki, bunlar da  
yaxın rəqəmlərdir. Etrusk və türk inancında evrənin vertikal 
3 bölgüsü də uyğun gəlir: göy, yerüzü, yeraltı dünya. Bunla-
rın birindən digərinə keçid qapıları olan yol etrusklarda və 
altun (dəmir) kazıq isə türklərdə eyni mifik görüşlə bağlıdır.
 
Etruskların baş tanrısı Tin mühüm qərar verəndə 12 tanrı 
ilə  gənəşir.  İbn Fadlan başqord türklərinin baş tanrısı olan 
Göy tanrısının yaz iyəsi, qış iyəsi, su iyəsi  kimi  12  iyə ilə 
anlaşmada olduğunu qeyd etmişdir. Oğuzların 12-lik sağ-sol 
boy sistemi etruskların 12 boy (şəhər-dövlət) qurumuna uy-
ğun gəlir. Papaqları qırmızı olan türk qamlarının da qırmızı 
(qızılı) rəngi qutsal sayması etrusk gələnəyində  təkrar olu-
nur, zəfər simvolu sayılırdı. Burada qızılbaşlar yada düşür.  
Azərbaycandan doğuya gedən türklərdə Baq (bağa) iyəadı 
zamanla Bağa, Bayat teoniminə çevrilmişdir. Etruskca Paxa 
teonimini göytürk yazılarındakı Bağa tengri deyimilə müqa-
yisə etmək olar. Hər iki teonimin qaynağı bugünəcən Büsu-
tun (qədim Baqastan) adında qalan Man, Mad elləri çağında 
                                                           
72
 Арутюнян, 1970, 169-170. 
 
128


 
129
qədim Azərbaycanda işlənmiş Baq (Baqa) teonimidir. Baqa 
adı ilə bağlı etrusklarda bir də tanrılarla ilgisi olan Beqoya// 
Peke xanım (qadın) adı vardır ki, bu da Bəyim, Bikə anlamı-
na uyğun gəlir. Bəzi ədəbiyatda bu xanımı etrusk törələrini 
təbliğ edən peyğəmbər kimi verirlər, lakin o, baş rahibə ola 
bilərdi, çünki heç bir xalqda qadın peyğəmbər olmamışdır.  
Tit Liviy yazır ki, rəvayətə görə Romada seçkidən öncə 
başına qartal qonmuş Lutsiy Tarkviniy hökmdar seçilmişdir. 
Azər türkcəsində “başına dövlət quşu qondu” deyimi vardir. 
Qartalın qam deyimlərində “tanrı quşu” adlanması göstərir 
ki, qartal tanrının iradəsini, istəyini insanlara çatdıran qutsal 
quş sayılmışdır.   
Yeni il tanrısı Nortia uğur və taleh hamisi idi. Hər Yeni il 
gələndə onun  adına divara bir mıx çalarmışlar. Azərbaycan 
türk boylarında evə bir müddət görünməyən yaxın adamın 
gəlməsini sevinclə “durun divara bir çöp (mıx) çalın” - deyə, 
qarşılayırlar. 
Etrusk boyları hər il mart ayında gənəşmək üçün bir yerə 
toplaşıb toy-bayram (qurultay) keçirirdi.
73
 
Bu törən qədim 
türk törəsinə, azər türklərinin Yaz (Yeni ıl) bayramına uyğun 
gəlir. Etrusk ölübasdırma gələnəyində kurqan kulturu, ölənin 
əlində kasa-cam və sair özəlliklər türk gələnəyilə üst-üstə dü-
şür. Etrusk heykəl və rəsmləri incələyən tatar yazarı F. Latı-
pov onların görkəmcə azər türklərinə oxşadığını yazır.
 
74
Urmu hövzəsinin güney bölgələrində m.ö.II minilin ortala-
rında yaranan atçılıq nəsnələrini ətraf ölkələrə yayan saqalar 
onları daha da təkmilləşdirdi. Örnəyin, yüyənin öncə tək olan 
ağızlığı (gəm) sonra bozqır yaşamına keçən saqalarda qoşa 
gəm forması almışdır, lakin etruskların İtaliyaya apardıqları 
gəmin ilkin forması orada uzun müddət davam etmişdir. Saqa 
                                                           
73
 Немировский, 1983, 112. 
74
 Латыпов, 1991, 116. 
 
129


 
130
təsviri sənətində heyvan motivi (añ üslubu) adlanan üsulun 
öncə Urmu yaxasında formalaşıb və buradan Sibirə, Altaya, 
Azaq dənizi yaxalarına daşınması yozumu artıq sənətşünaslıq 
elmində mübahisə doğurmur. 
Artıq bu da bəllidir ki, Urmu 
hövzəsindən İtaliyaya da añ üs-
lubu ilə yanaşı bir sıra başqa 
motivlər aparılmışdır. Örnəyin, 
türklərdə Tulpar, avropalılarda 
Peqas adlanan qanadlı at moti-
vi Azərbaycanda m.ö.XI-X əsrə 
aid kasa üzərində qabardılmış-
sa, Etruriyada ona yalnız 5-6 
əsr sonra rast gəlmək olur. 
Koroğlu obrasının prototipi 
haqqında sonrakı bölmədə bilgi 
veriləcəyini nəzərə alaraq bu-
rada Qıratın da bir tulpar oldu-
ğunu vurğulamaq gərəkir. 
Romalıların hər il fevralın 
18-də qurd-keçi (lupus-hirkus
ilə  luperkaliy adlı törən keçir-
məsi türklərin  gökbörü oyunu 
ilə çox yaxındır, hər ikisində 
keçi dərisindən istifadə olunur.  
Qurdla bağlı bir neçə motiv 
üzrə etrusk-türk paralelləri var. 
Bunların sırasında atılmış kör-
pələri dişi qurdun əmizdirməsi, 
bozqurdun savaş simgəsi kimi seçilməsi, yeni yurd salmağa 
aparan yolun bələdçisi olması, göydən işıqla düşüb bakirə-
liyi qorunan qızı hamilə buraxması önəmli yer tutur. Sadala-
 
130


 
131
nan bu dörd motivdən burada geniş danışmaq imkanı olmasa 
da, bəzi bəlgələri yada salmaq olar. Rus alimi D. Q. Savinov 
Sibirdə qayaüstü rəsmlər içində rast gəlinən qurd (it) cizgi 
şəkillərinin mənşəyini Qafqaz-
la bağlayır.
75
 Araşdırmalar bu 
doğru müşahidənin Etruriyada 
ortaya çıxan qurdla bağlı şəkil, 
heykəl və  rəvayətlər üçün də 
keçərli olduğunu göstərir. 
Qay Yuli Sezar kimi Romanın məşhur Qay ailəsi özlərini 
troyalı Eneyin soyundan sayırdı. Etrüsk əfsanəsində Eneyin 
törəmələri olan Romul və Remin sahibsiz qaldıqda onları bir 
dişi qurdun əmizdirib saxlamasından bəhs olunur. Bu olayın 
türklərin qayı boyunda da olması bəllidir. Hər iki olay təkcə 
sözlü qaynaqlarda deyil, həm də aşağıdakı türk və etrusk abi-
dələri olan bəngüdaşlarda əks olunmuşdur:  
 
131


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə