Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   29   30   31   32   33   34   35   36   ...   47
    Bu səhifədəki naviqasiya:
  • Alban

 
122
saq, aşağıdakı qarşılaşdırmada türkcə olan örnəklərdən yalnız 
Tarqu şəhərinin Dağıstanda, Tiberda çayının Karaçay elində 
(Tatarstanda  Timer çayı var) olduğunu nəzərə alsaq, yerdə 
qalan adların Azərbaycanda, Xəzərdən Doğu Anadoluyacan 
uzanan bölgələrdə olduğunu görərik: 
  QAFQAZ-AZƏRBAYCAN           İTALİYA 
Alban   (yeradı, boyadı) 
Albana   (çayadı) 
Arpa  (toponim) 
Araz  (çayadı, teonim) 
Aras-pican (etnotoponim) 
Arsaq  (etnotoponim) 
Ermen  (etnotoponim) 
Çiloy  (ada) 
Tiber  (çayadı) 
Kamər  (yeradı, boyadı) 
Kapan  (etnotoponim) 
Karadon-lu (etnotoponim) 
Kaspi  (etnotoponim) 
Kür  (çayadı) 
Ordu-bad  (yeradı) 
Subar  (etnotoponim) 
Tarqu  (etnotoponim) 
Alban  (yeradı, boyadı) 
Albina  (çayadı) 
Arpi  (toponim)  
Arezzo (etnotoponim) 
Aras-ena  (etnotoponim) 
Artsak-ena (Sardinyada yeradı) 
Arimin  (toponim) 
Cilo  (ada) 
Tibr  (çayadı) 
Kameriya  (şəhər) 
Kapen  (şəhər) 
Kortona  (şəhər)  
Kasperia  (şəhər) 
Kuri  (şəhər) 
Orte  (şəhər) 
Sibaris  (şəhər) 
Tarquini    (şəhər) 
Göründüyü kimi, həm Qafqaz (Azərbaycan), həm də İta-
liyada eyni etnotoponimlər vardır və bunların kökündə araz, 
subar, alban, arsaq, ermən, kamər, kapan, kaspi kimi türk 
boyadları durur. Yuxarıda bugünkü durumla bağlı qafqazdilli 
kimi verilən Udi, Çeçen etnotoponimlərin və rutul etnoni-
minin o dönəmlərdə qafqazdilli söz olduğunu sübut edəcək 
 
122


 
123
əlavə bəlgələr yoxdur, əksinə, Udi və Çeçen adları daha çox 
doğu türk ellərində işlək adlardır. Eneyin də rutul boyları ilə 
savaşda öldüyünü yazan Appian rutulları tirren boylarından 
biri kimi verir (΄Ρουτούλων τών Τυρρηνών). Bəzi antik çağ 
yazarlarına görə isə, İtaliya əhalisi içində ən çox etrusklarla 
barışda olub dostluq edənlər sibar boyları idi.
60
Etruskların, daha doğrusu, protoetruskların Azərbaycandan 
Anadolunun batı bölgələrinə, oradan da İtaliyaya köçməsini 
təsbit etmək üçün öncə köç olayının tarixini və həmin köçün 
hansı adı daşıyan boylara aid olmasını ortaya çıxarmaq gərə-
kir. Etruriyaya miqrasiyanın Troyadan və Lidiyadan müxtəlif 
tarixdə olması Qafqaz-Troya və Qafqaz-Lidiya yolunu keçən 
köçlərin də  fərqli tarixlərə aid olmasını ortaya çıxarır. Belə 
ki, Troya savaşından öncə baş vermiş Qafqaz-Troya köçünün 
tarixi m.ö. XIII əsrdən əvvəlki çağlara aiddirsə, Qafqazdan 
Lidiyaya köçün tarixi də m.ö.VIII əsrdən əvvələ aiddir.  
Strabon qeyd edir ki, yunanlarla savaşdan öncə 9 sancağa 
bölünən Troya Priamın vaxtında vahid ölkə kimi idarə olu-
nurdu.
61
 
Savaşdan sonra burada Eneyə qoşulub İtaliyaya üz 
tutan köçmənlərin içində türklərin də ola biləcəyini göstərən  
bəlgə əsasən onomastik sozlərdir. Belə ki, burada türk izini 
əks etdirən İdı və Qarqar dağları (oronimləri), Tarna bölgəsi 
vardı, türk ellərində yayğın olan Dardan, Eney, Priam (Pirim, 
Piryam), Askaniy (Azkan), Paris (Barıs), Alber (Alpər), Prok 
(Pörük) və Amuliy (Amulca) kimi şəxsadları (antroponim) 
işlənirdi. Etruskların Turan dediyi Afroditanın Troyada epi-
teti Bayana idi.  
Azərbaycanla Troya və Etruriya arasındakı  əsas bağ isə 
as boyu, Asar (Azər) teonimidir. Etruskologiyada yayğın fi-
kirlərdən biri də budur ki, etrusk yazılarında işlənən eis//ais 
                                                           
60
 Немировский, 1983, 57. 
61
 Strabon, XIII. I. 7. 
 
123


 
124
sözü “tanrı”anlamındadır və aiser (tanrılar), aislu (tanrısal) 
sözlərinin kökündə də həmin ais sözü durur. Bəzi skandinav 
xalqlarında da eyni durumla qarşılaşırıq. Yuxarıda islandca 
tanrı anlamında æs [au:s] sözünün, cəmdə isə æsir  sözünün 
işlənməsindən danışmışdıq. İndisə bu sözün Skandinaviyaya 
haradan aparılmasını göstərən qaynağa baxaq.
 
Snorri Sturluson 1225-də bitirdiyi “Kiçik Edda” əsərini 
Skandinav saqaları əsasında yazmış, Avropanın quzeyinə as 
boyunun Troyadan gəlməsini özəllikə vurğulamışdır. Yazar 
əsərində Troya ilə bağlı bu deyimləri işlədir: 
62
Troya türk ölkəsidir (səh.10). Türklərin olkəsini tərk edib (səh.11), 
Avropaya gələn aslar buraya türk gələnəkləri gətirdi və burada türk 
törələri tətbiq olundu (səh.12).   
Göründüyü kimi, həm etrusk, həm də island dilində olan 
ais//as teonimi Troyadan aparılmış as boyadı ilə bağlıdır. Bu 
boy isə azər etnoniminin və Azər teoniminin kökündə duran 
qədim aslardır ki, bunlar da Göytürk yazılarında adı keçən 
türk boyudur. Dolayısı ilə, Azərbaycandan Troyaya, oradan 
da  İtaliya və Avropanın quzeyinə  as, aser sözlərini aparan 
türklərdir.
63
 
 
Troya və Lidiyadan İtaliyaya köçən türk boyunun və ya 
boylarının adını öyrənmək üçün önçə etruskların öz adına və 
onlara kənardan verilən adlara baxmaq lazımdır. Hələ antik 
çağ yazarlarından Halikarnaslı Dionisi etruskların özlərinə 
rasena (ρασεννα) dediklərini qeyd etsə də, adın yorumunu, 
sözün anlamını verməmişdir.
  
                                                           
62
 Младшая Эдда, 1970; Geniş məlumat üçün bax: Azər xalqı, 2000. 
63
 Asiya qitəsi adının mənşəyini izah edən Heredot bu adın Prometeyin arvadı Asi-
yanın adından yarandığını qeyd edir və bir Lidiya rəvayətinə görə də Asiya adının 
Kotinin oğlu, Manesin torunu Asienin adından törədiyini və başkənd Sardın bir mə-
həlləsinin də Asiad adlandığını yazır (Herodot, IV. 45). 
 
 
124


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə