143
lənəyi bəllidir, Buğra xanın oğlanları da tegin ünvanını da-
şıyır. Türkmən dilində tegin (bəyoğlu, bəyzadə) anlamında
bekce sözü işlənir. Kolaksanın qardaşları adında da həmin
bekce sözü vardır: Li-bek-ce, Ər-bek-ce.
Beləliklə, Buğra xanın oğlanlarının adı ilə paralellik sərgi-
ləyən Targitayın oğlanlarının adını yunan əlifbasında c, ç, ö,
ə hərfləri olmadığını və il > li metateza hadisəsini nəzərə
alıb belə bərpa etmək mümkündür:
Oğuznamə
Herodot
İl - tegin
* İl - bəkcə > Lipok-sa
*(Ər) Bek - tegin
* Ər - bəkcə > Arpok-sa
* Köl - tegin
* Köl-əkcə > Kolak-sa
Bir saqa kurqanından çıxan gümüş qab üzərində Targitay
və üç oğlunun təsviri verilmişdir. Burada türk dövlətçilik gə-
lənəyinə uyğun olaraq Targitay hakimiyət simvolu olan yayı
kiçik oğlu Köləkcəyə verir:
143
144
İkinci soykökü mifində üç qardaşdan avxat, katiar, traspi,
paralat boyları törəyir və bunlar elliklə skolot (sakelatı) ad-
lanır. Hər iki mifdə adı keçən saqa boylarının etimologiyası-
na burada toxunmasaq da, örnək üçün birini gözdən keçirək.
Tirsen (etrusk) adından danışanda Targitay soyundan gələn
traspi ( tiras-pi) boyadı üzərində dayanmışdıq, indisə Roma
şəhərini salan Romulun anası Reyanın “meşəli” anlamında
olan silviya soyuna uyğun gələn aqathirs boyadına baxaq.
Herodot meşəlik (ağaçlıq) bölgədə yaşayan, qızıl nəsnələri
çox sevən aqathirs boyunun qonşuları traklara oxşadıqlarını
yazır. Sonrakı qaynaqlarda hunların içində “skit boyu” kimi
verilən akatsirlər (
′αкατζιροι) türkoloqların doğru olaraq
göstərdiyi kimi, türk yurdlarında çoxlu izi qalmış ağacəri bo-
yudur.
94
Göründüyü kimi, saqaların bu boyadı da yunan dili
süzgəcindən keçməsinə baxmayaraq bəzi türk elementlərini
saxlamışdır.
Göründüyü kimi, Herodotun saqaların özündən eşitdiyi bu
variantda adlar türkcədir.
∗
Herodotun qələmə aldığı hər iki
mifdəki saqa soykökü variantlarını belə sxemlə göstərmək
olar:
94
Гейбуллаев, 1991, 294; Zakiyev, 1998, 165.
∗
Bu etimoloji bərpa analoji paralellərlə və daha geniş yozumla “Qədim Türk elləri.
Saqa-qamər boyları” adlı kitabda verilmişdir ( Ağasıoğlu, 2007).
144
145
Türk və İran folkloru üzrə tanınmış uzman Xalid Koroğlu
yazır ki, Rüstəm və Koroğlu bars (pantera) dərisi geyinmiş
bahadırlardır.
95
Antik çağ sənət əsərlərində Herakl əlində
dəyənək, çiyninə aslan dərisi atmış şəkildə təsvir olunur. La-
kin yunanların yaşadığı bölgədə aslan yoxdur, onun adını
(* lew) avropalılar sami xalqlardan alıb işlədirlər. Bu
durumda Heraklın aslanla vuruşmasına, aslan dərisi gey-
inməsinə yorum vermək çətindir. Avropalı uzmanlar qeyd
edirlər ki, Herakl yunan mifologiyasına dışarıdan gəlmişdir.
Bəzi azər dialektlərində Aslan adı Asdan kimi deyilir və
bunu qazax-qırğız dilindəki arstan//arıstan formalarında da
görmək olur. Söz başında “ a” səsi olmayan rus dilinə keçən
Arıslan adı bu dildə Ruslan şəklinə düşür. Həmin ad “ l” səsi
olmayan qədim pers dilində də Rustan//Rustam formasını
almışdır. Əslində, Sakastan (Seistan) bölgəsində formalaşan
və Koroğlu ilə bağlanan Rüstəm obrazı da saqa (türk) bo-
yundandır.
Bu nədənlə onu V əsr hay yazarı M. Xorenatsi
saqcik, Təbəri isə bin türk (türkoğlu) adlandırır.
Koroğlu Dərbənd səfərində yatarkən atı itir. Onu tapdıqda
hökmdarın qızı ilə evlənir, ondan Qurdoğlu adlı oğlu olur və
Herakl kimi Koroğlu da doğulacaq oğluna əmanət buraxır.
Dastanda deyilir:
Koroğludu atan zatı,
Bazubəndi amanatı,
Çənlibeldə var busatı,
Allaha tapşırdım səni.
Göründüyü kimi, atın//inəyin itməsi olayı evlənmə, əma-
nət qoyma, oğlu doğulma zəncirinin başlanğıcıdır. Bu moti-
vin türk eposlarında önəmli yeri vardır. Xakas eposunda Çis
Sibildey adlı pəri Altın Çaqanın atlarını oğurlayıb onu özünə
cəlb etmək və Yeraltı dünyaya aparmaq istəyir. Belə paralel-
95
Короглы, 1983, 37.
145
146
lərin tipologiya ilə izahını mümkün saymayan M. İ. Borqoya-
kova görə buradakı motiv və süjetlərin, kiçik detalların belə,
bənzərlik və eyniliyini təsadüf hesab etmək olmaz.
96
Herodotun topladığı Targitay//Herakl variantlarında soy-
kökü motivi qabarıq verilir; hər ikisi saqa boylarının soyba-
basıdır. Lakin Koroğluda bu arxaik motiv bir-iki epizodik
elementdə qalmışdır. Oğlunun Qurdoğlu adlanması soykokü
mifilə bağlı etrusk və qədim türklərin bəlli bozqurd əfsanəsini
xatırladır. Folklor uzmanı Elxan bəyin mənə dediyinə görə,
mağarada qurdun Koroğlunun oğluna süd verməsi epizodu
folklorda vardır. Hər halda, üç minil öncə Koroğlu motivlə-
rini Kiçik Asiyadan İtaliyaya aparan etrusklar oğlana qurdun
süd verməsi mifini də oraya daşımışlar.
Poladlı boyundan toplanan “Qıratın qaçırılması” qolunda
söylənmiş “ Koroğlu dədədir, çıxma sözündən! Nəslimiz
kəsilər torpaq üzündən” deyimi Koroğlunun əcdad kultu ilə
bağlı olduğunu ortaya qoyur.
97
Eposda “ Adım Rövşən, so-
yum Koroğlu” deyimi də bunu təsdiq edir.
V. A. Karrıyevə görə, Azərbaycan-Qafqaz variantından
fərqli olaraq, Türkmən-Özbək variantında epos Koroğlunun
doğulması ( Qöroqlının döreyişi) motivi ilə başlanır. Yazar
epik qəhrəmanın qəbirdə doğulması epizodunun qədim dövr-
lərdən yerli epik motiv olduğunu da qeyd etmişdir.
98
Koroğlu eposunu türk-saqa boylarından alan xalqlarda bu
epos iki əsas varianta - Azərbaycan və Türkmən variantına
dayanır. Variantlar arasında ən önəmli fərq azər variantında
olmayan, lakin daha qədim motivləri saxlayan türkmən vari-
antında Koroğlunun doğumu və
ərsəyə çatıb yetgin bahadır
kimi tanınması səhnələrini əhatə edən birinci bölmədir.
96
Раевский, 1985, 214.
97
Vəliyev, 1979, 4.
98
Каррыев, 1968, 140; Goroğlu hamilə ikən ölən anasının qəbrində doğulur.
146
Dostları ilə paylaş: |