139
Stansiyada həyata keçirili rdi.
Stansiya
turist və kos monavt-
larla Yerətrafı orbitə çı
xıb
Yerin süni pey kinə çev rilirdi.
Turistlər bu elmi peyk də 10
günə qədər yaşayıb mü əy yən
tapşırıqları yerinə yetirdik dən
sonra baş qa bir
Soyuz'>Soyuz gə misi
ilə Yerə qayı dırlar.
Kosmosun birinci turist
qonağı
Amerika biznesmeni
D.Tito olmuşdur. O, 2001-ci
il aprelin 28-də
Soyuz TM-32
gəmisi ilə kosmosa uçmuş, 10
gündən sonra isə
Soyuz TM-
31-ə keçərək Yerə qayıtmış -
dır. Cənubi afrikalı biznesmen
Mark Riçard Şattlvort ikinci
turist kosmonavt olmuşdur.
Üçüncü turist amerikalı Q.Olsen
2005-ci ilin okt yabr ında
Soyuz
TMA-7 gəmisində kosmosa uçmuş, 10
gündən sonra Soyuz TMA-6 ilə Yerə qayıtmışdır.Nəhayət, kosmosun
dördüncü turist qonağı əslən Cənubi Azərbaycandan olan Amerika vətəndaşı, 40 yaşlı azərbaycanlı milyonçu
qadın Ənuşeh Ənsari olmuşdur. Ənuşeh Ənsari 18.09.2006-cı il tarixdə rusiyalı kosmonavt M.Tyurin və
amerikalı astronavt Maykl Aleqriya ilə
Soyuz TMA-9 gəmisində Baykonur kos modromundan Yerətrafı orbitə
yollanıb. O, kosmosda yaşadığı
10 gün 21 saat 5 dəqiqə ərzində 150 dəfə Yerin ətrafına dolanıb kosmosu seyr
etmiş, eyni zamanda mü hüm tapşırıqlar yerinə yetirərək bəşəriyyətə fayda ver mişdir. Ənuşeh
Soyuz TMA-8
gəmisi ilə Yerə qayıt mışdır. İki bakılı - Vitali Jolobov və Musa Manarov da kosmosda olmuşdur.
Vitali Jolobov 1976-ci ildə
Soyuz-21 kosmik gə -
misində bort mühəndisi kimi
Solyut-5 orbital stan s i -
yasına doğru kosmosa uçmuşdur. Musa Manarov 1987-ci
ildə
Soyuz TM-4 kosmik gəmisində və
Mir orbital komp -
leksində bort mühəndisi kimi 365 sutka 23 saat ərzində
kosmik uçuş yerinə yetirmişdir.
Bununla da kosmik
uçuşda dunya rekordu əldə edilmişdir.
1966-cı ildən başlayaraq SSRİ-nin pilotlu uçuşlar üzrə
Dövlət Komissiyasına azərbaycanlı Kərim Kərimov
rəhbərlik etməyə başladı və bu vəzifədə 25 il çalışdı.
Komissiya bütün pilotlu hava gəmilərinin dövlət qəbulu
ilə məşğul olurdu.
Dünyada ilk turist kosmonavt qadın Ənuşeh Ənsari.
Soyuz - Appollon-da birgə uçuş etmiş kosmonavtlar.
140
Hər il Yerətrafı orbitə müxtəlif məqsədlərə xidmət edən onlarca Yerin süni peyki (
YSP) çıxarılır. Bunların
içərisində kosmik naviqasiya, qlobal səmtlənmə, rabitə, ekologiya və faydalı qazıntı axtarışı
xidməti göstərən
peyklər xüsusi yer tutur. Geniş kosmik məsələlərlə dünyanın bir neçə ölkəsi məşgul olduğu halda, 40-dan çox
ölkə və şirkət özlərinin istehsal etdikləri və ya başqa ölkədən aldıqları daşıyıcı raketlərin köməyi ilə müxtəlif
məqsədli YSP-lərini kosmosa göndərir. Yaxın illərdə Azərbaycanın da kosmosda öz YSP-si olacağı gözlənilir.
Müasir dövrdə insanların həyatında belə peyklərin əhəmiyyəti günü-gündən artır. Belə peyklərin bəziləri ilə
yaxından tanış olmağa çalışaq:
Astronomik peyklər. Bunlar planetləri, qalaktikanı və Yerdən uzaqda olan
başqa göy cisimlərini tədqiq
etmək üçün nəzərdə tutulmuş peyklərdir.
Metereologiya süni peykləri. Bu peyklər hava şəraiti və Yer səthində iqlimin dəyişməsi haqqında
məlumatlar toplayıb lazım olan mərkəzlərə ötürür.
Naviqasiya peykləri. Bu peyklər qlobal səmtlənmə
GPS (
Global Positioning Sistem) qurğularına xidmət
edir.
GPS cihazlarının köməyi ilə gəmi, təyyarə, raket və hətta avtomobildə onun olduğu məkanı, dəniz
səviyyəsindən olan hündürlüyünü və hərəkət sürətini təyin etmək mümkündür. Naviqasiya sahəsində bu cihaz -
lar ən etibarlı və mükəmməl hesab olunur. Sistemin 24 süni peyki Yer üzərində və Yerətrafı orbitlərdə lazım
olan hərəkət vasitələrinin koordinatlarının ani qiymətlərini təyin etməyə imkan yaradır. Açıq hava şəraitində
təyin olunmuş koordinatların dəqiqliyi 10-12 metr təşkil edir. ABŞ və Kanada kimi ölkələrin ərazilərində
qəbuledici stansiyaların dəqiqliyi yüksək olub 1-2 metrə çatır. Xüsusi hallarda onu 10 sm-ə qədər azaltmaq
mümkün olur. Bu gün
GPS cihazlarından məişətdə də geniş istifadə edilir.
GPS qəbulediciləri ticarət
Zəhmətkeş peyklər
Meteorologiya suni peyki.
141
dükanlarında sərbəst satılır, onlar mobil telefonlara, nout-
buklara və s.-yə qoyulur. İstənilən anda istifadəçi elektron
kartına baxıb harada olduğunu müəyyənləşdirə bilir. O, elek-
tron kartının köməyi ilə özünə hərəkət
marşrutu seçə bilir, lazım olan binanın,
küçənin, avtovağzal və xəstə xana kimi mühüm
əhəmiyyət daşıyan yerlərin ünvanını
dərhal təyin
edir.
Rabitə peykləri. Bunlar Yer səthində düzünə
görüş imkanı olmayan iki nöqtə arasında radiosiqnal
ötürülməsini həyata keçirən Yerin süni peykləridir. Başı -
mızın üzərində uçan yüz lərcə belə peykin köməyi ilə tele-
fon, radio və televiziya siqnalları retran slya siya olunur.
Onlar əsasən ekvator üzərindən 36.000 km hündürlükdə tər -
pən məz
− geostasionar orbitdə yerləşir,
bir tam dövrünü
Yerlə eyni müddətdə - 24 saatda başa vurur. Elmi və nav-
iqasiya peyklərinin Yer səthindən hündürlüyü rabitə peyk -
ləri ilə müqayisədə çox kiçik olur.
Qlobal səmtlənmə sistemi Yerin 24 süni
peykindən ibarət olub Yer səthində və
Yerətrafı fəzada cismin hərəkət istiqamətini
və koordinatlarının
ani qiymətlərini təyin
etməyə imkan yaradır.
İkinci nəsil
Navstar-GPS peyki.
ABŞ Silahlı Qüvvələrinə məxsus rabitə peyki.
GPS siqnalı qəbuledicisi.
Yerətrafı orbitdə GPS peyklərinin yerləşməsi.