Muğam bütün dövrlərdə yaşayıb və səslənib, siyasi,
ictimai və iqtisadi durumdan asılı olmayaraq
mədəniyyətimizdə öz yerini qoruyub - saxlayıb.
Muğamın sirlərinin nəsillərdən- nəsillərə
ötürülməsində muğam ustalarımızın rolu çox
böyükdür.
Mehriban Əliyeva
Muğam
Azərbaycan klassik musiqisi muğamın
yaranma tarixi çox
qədim dövrə gedib çıxır. Muğamın öyrənilməsi xanəndədən
böyük əmək və bacarıq tələb etmiş, ona görə də ancaq istedadlı
sənətkarlar tərəfindən ifa olunmuşdur. Əvvəllər muğam dini
mərasimlərdə, sonradan isə şahların, xanların və bəylərin qonaq qəbul etdiyi və xüsusi təşkil etdikləri musiqi
məclislərində ifa olunmuşdur. Azərbaycanda və bütövlükdə Yaxın və Orta Şərqdə musiqi nəzəriyyəsinin XIII - XV
əsrləri əhatə edən inkişaf dövrü azərbaycanlı alim və musiqiçi Səfiəddin Urməvi və onun davamçisı
Əbdülqadir
Marağayinin adları ilə bağlıdır. Marağayinin yaratdığı əsərlər Azərbaycan musiqi nəzəriyyəsinin inkişafında
müstəsna əhəmiyyət daşımışdır. İngilis şərqşünas alimi Henri D.Fermer Marağayini orta əsr musiqi elminin so-
nuncu klassiki adlan dırmışdır. 1397-ci ildə Teymurləng xüsusi fərmanı ilə Marağayini bütün musiqi bilicilərinin
padşahı elan etmişdir. 2003-cü ildə YUNESKO muğamı bəşəriyyətin qeyri-maddi sərvəti elan etmişdir.
Azərbaycan muğamı özünəməxsus xüsusiyyətləri ilə yanaşı, özündə bir çox Şərq musiqi növləri, o cümlədən türk
taksimi, İran
dəstgahı, uyğur
mukamı, özbək-tacik
şaşmakı, ərəb
nubamı, hind
raqaları və s. ilə doğmalıq əks
etdirir. Muğam Azərbycanda xalqın milli şüurunu müəyyənləşdirən əsas mədəni dəyərlərdən biridir.
Müasir dövrdə Azərbaycan muğamı dedikdə ona yeddi əsas muğam—
Segah,
Çahargah,
Rast,
Bayatı-Şiraz,
Şur,
Humayun,
Şüştər və onların çoxsaylı tonu ilə seçilən variantları —
Bayatı-Qacar,
Xaric segah,
Orta
segah,
Mirzə Hüseyn segahı,
Yetim segahı,
Mahur,
Dügah və s. və doqquz zərbi muğamı -
Qarabağ şikəstəsi,
Arazbarı,
Kəsmə şikəstə,
Ovşarı,
Mənsuriyyə,
Heyratı,
Kərəmi,
Mani və
Simayi-şəms daxildir. Azərbaycanda
muğam tarzən, kamançaçı və qavalçalandan ibarət üçlüyün müşayiəti ilə ifa olunur. Əksər hallarda muğam oxu-
yan xanəndə özü həm də qavalçalan vəzifəsini yerinə yetirir. Muğam sözləri məhəbbət və fəlsəfə məzmunlu
qəzəllərlə məhdudlaşır. Qəzəllər əsasən
Nizami, Xaqani, Füzuli, Nəsimi, Hafiz, Sədi Şirazi, Molla Pənah Vaqif,
Vidadi, Seyid Əzim Şirvani, Əliağa Vahid və bu kimi Azərbaycan və Fars ədəbiyyatı klassiklərinin əsərlərindən
seçilir. Muğam ifaçısı
xanəndə, onu müşayiət edən musiqiçilər isə
sazəndə adlanır. Azərbaycanın məşhur muğam
ifaçıları sırasına
Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, Bülbül, Yaqub Məmmədov, Hüseynqulu
Sarabski, Z ü l f ü Adıgözəlov,
Ələs gər Abdullayev, Mirzə Sət -
tar, Mirtağı Mirbabayev, Məcid
Beh budov, Hacı Hüsü, Məşədi
İsi, Əbül həsən Xan Azər İqbal,
Mirzə Mux tar Məmməd zadə,
Bül bülcan, Ağa seyid Ağa bala -
oğlu, Keçəçioğlu Məhə mməd,
İs lam Abdullayev, Məşədi Məm -
məd Fərzəliyev, Həqiqət Rzaye -
v a , Sürəyya Q a c a r , R ü b a b ə
Mu ra dova və
bu kimi xanən də -
lər daxildir.
Azərbaycanda fizika alim lə -
rini və boğaz həkim lərini hə mişə
xanəndələrin çox yüksək tonda
oxumaları heyrətlən dir mişdir.