159
XIX əsrin sonu - XX əsrin əvvəllərində Avropanın səs yazma
şirkətləri Azərbay -
can muğam ifaçılarının səsini qrammofona yazarkən valın üzərinə “male sonq”,
yəni “kişi səsidir” ifadəsini yazmağı da unutmurdular. Bunu ona görə yazırdılar ki,
avropalı dinləyici zildə oxuyan kişi xanəndəsinin səsini yanlış olaraq qadın səsi
kimi qəbul etməsin. Qeyd etmək lazımdır ki, o zaman yalnız xanəndə Cabbar
Qaryağdıoğlunun 97 müx təlif ifası qram mofon valına ya zılmışdır. Mu ğa mın
dirçəlmə si və in ki şafı
üçün YUNES KO -nun
və İSESKO-nun xoş-
mə ramlı səfiri
Meh ri -
ban xanım Əliyeva
çox böyük işlər gö rür.
Onun təşəb bü sü ilə
Ba kıda respublika və
bey nəl xalq dərəcəli muğam müsa biqələri və festi valları
keçirilir. Bütün muğam irsi müasir tələblər səviy yəsində
yazılmış, muğamın nəzəriyyəsinə aid kitablar nəşr
edilmiş,
Qarabağ xanəndələri muğam albomu bu ra -
xılmışdır. Azərbaycan muğam ustalarının çıxışı dünya nın
hər yerində rəğbətlə qarşılanır.
Muğam teatrı üçün xü-
susi
bina tikilmiş və Aşıqlar evinin tikintisinə baş
-
lanmışdır. 2004-cü ildə Azərbaycan klassik musiqi irsinin
qo run ması, inkişafı sahəsində xidmət lə ri nə görə
Mehr i -
ban Əliyeva YUNESKO-nun
xoşməramlı səfiri fəxri
adına layiq görülmüşdür.
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və
YUNESKO-nun baş direktoru Koişiro Matsuura Bakıda.
160
İnfrasəs (latınca
infra - aşağı, alt) - tezliyi
eşidilə bilən səs tezliyinin aşağı sər hədinin
aşağıda olan adi səs dal ğa larıdır. Bu
dal ğa -
ların tezliyə gö rə yuxarı sərhədi
16 - 25 Hs
aralı ğına düşür. Onun aşağı sərhəd dinin isə
şərti olaraq
0,001 Hs o l duğu qəbul edil -
mişdir. İnfra səslərin yaranma və yayılma
qanunları eşidilən səslərlə təx mi nən ey nidir.
Lakin mü hit tərə fin dən zəif udulmaya mə -
ruz qaldığı üçün infrasəslər suda, ha vada və
Yerin daxilində
mən bədən da ha uzaq məsa -
fəyə yayıla bilir.
Dənizin səsi dedikdə gü clü
tufan zamanı dəniz sət hində əmə lə gələn
dalğaların yaratdığı in frasəs başa düşülür.
Dalğa uzunluğu böyük oldu ğundan in -
fra səs dalğalarının difra ksiyası özü nü kəs -
kin şəkildə göstərir. Belə ki, o daha böyük
ölçülü maneənin arxasına keçə bilir. Ki fa -
yət qədər böyük gücə malik olan dalğaları
insa nın əhvalına
mənfi təsir göstərir, ürək-
damar, nəfəs alma və əsəb sisteminin
fəaliy yətini pozur. Bu zaman insanda baş -
ağ rısı, qulaqlarda uğul tu yaranır, diq qət və
iş qabiliyyəti zəifləyir, tarazlıq itir, qorxu və həyəcan hissləri baş qaldırır. Müəyyən edilmişdir ki, insanın müxtəlif
bədən üzvlərinə infrasəsin müxtəlif təsiri onun tezliyindən asılıdır.
XX əsrin 30-cu illərində London teatrlarının birində tarixi bir pyesin tamaşasına hazırlıq gedirdi.
Rejissor
çalışırdı ki, keçmişin qeyri-adi həyat tərzinin bəzi nümunələrini tamaşaçılara çatdırmaq üçün yeni bir səhnə
effektindən istifadə etsin. Ona görə də tez-tez səhnənin işıqlanmasını dəyişdirmək, gurultulu musiqi
səsləndirmək və bu kimi hamının bilib-gördüyü üsullardan fərqli, tamam yeni bir üsul axtarırdı. Bu zaman
məşhur fizika alimi professor Robert Vud rejissorun köməyinə gəlir və ona infrasəsdən istifadə etməyi
məsləhət görür. O, rejissoru inandırır ki, infrasəs eşidilməyəcək, lakin tamaşaçıda
qeyri-adi hisslər yara -
dacaqdır. Rejissor professorla razılaşır və bu işin təşkilini onun öhdəsinə buraxır. O zaman hələ infrasəsli
musiqi aləti olma dığından professor özü belə bir musiqi aləti yaratmağa məcbur olur. Tezliklə o, nəhəng
bir orqan borusu yaradıb rejissora təqdim edir. Məşqlərin birində onlar musiqi alətini yoxlamaq qərarına
gəlirlər. Alət səslənən zaman yaranan mənzərəni hadisənin şahidi olmuş bir nəfər London jurnalisti belə
təsvir etmişdir: “Qeyri-adi və dəhşətli bir effekt yarandı. Sanki güclü bir zəlzələ baş vermişdi. Qapı və
pəncərələrdən, şüşə çilçıraqlardan qopan gurultulu və iniltili səslər bir-birinə qarışmışdı. Salonda olan
insanların sifətini dəhşət və qorxu hissləri bürümüşdü. Qonşu binada yaşayan insanlar binalarının
titrəməsindən qorxuya düşüb küçələrə qaçışırdılar”. Rejissor gözləmədiyi bu hadisədən qorxuya düşüb
fikrindən vaz keçir və dünyada yeganə musiqi aləti olan orqanın məhvinə göstəriş verir. Güclü infrasəs
mənbəyi olan, insanlarda qorxu hisslərini oyadan orqan musiqi alətini kilsələrdə yerləşdirən xristian din
İnfrasəs
Kərənay hərbi orkestrdə. Azərbaycan orta əsr miniatüru.
http://ru.wikipedia.org/wiki//Инфразвук
xadimləri isə, görünür, iba dətə gələnlərdə bu his sləri yaratmaqla on la rın Allaha bağlanmasına
və Allaha
inamın artma sına ümid etmişlər.
Fransanın Marsel şəhərində fizika
la bora toriyasının professoru Qavro in -
fra səslərin tədqiqi ilə məşğul olmağa
baş layır. Laboratoriya binasının qar şı -
sında nəhəng bir zavod binası tikilib
işə salındıqdan az sonra laborato ri yada
işçilərin sayı kəskin şəkildə azalmağa
başlayır. Əməkdaş la rında
yaranan diq -
qə tin zəifləməsi, yorğunluq və hal sız lıq
onların kütləvi şəkildə işdən çıx ma ları
ilə nəticələnir. Məlum olur ki, buna sə -
bəb zavodda quraşdırılmış,
7 Hs tez-
likli infrasəs generasiya edən hava tə -
mizləmə qurğusunun işə salınmasıdır.
Orqan musiqi aləti.
Kərənay musiqi alətində ifa.
161