Fizika-2 fənnindən kollokvium suallarının cavabları



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə35/57
tarix02.04.2022
ölçüsü1,74 Mb.
#84987
1   ...   31   32   33   34   35   36   37   38   ...   57
Fizika-2-cavablarAZ

interferometrlər

  adlanan  optik  cihazların  iş  prinsipini 

təyin  edir.  Başqa  sözlə  desək,  interferometrlərin  ümumi  iş  prinsipi  koherent  işıq  dalğalarının 

alınması və interferensiyasına əsaslanır. 

 

İnterferometrlərdən uzunluğun və bucaqların kiçik dəyişmələrini ölçmək, mühitin sındırma 



əmsalınını  təyin  etmək,  cisimlərin  səthlərinin  keyfiyyətinin  hamarlığını  yoxlamaq  və  s.  məq-

sədlərlə  istifadə  olunur.  İnterferometrlər  böyük  həssaslığa  malik  olduğuna  görə,  interferensiya 

edən  şüaların  optik  yollar  fərqi  çox  cüzi  dəyişdikdə  interferensiya  mənzərəsi  kəskin  surətdə 

dəyişir.  Ona  görə  də  interferometrlər  vasitəsilə  çox  incə  işlər  görülür.  Məsələn,  linzaların  və 

güzgülərin  cilalanmış  səthlərinin  hamarlığını,  bərk  cisimlərin  xətti  genişlənmə  əmsalını, 

ferromaqnitlərin  maqnit  sahəsində,  seqnetoelektriklərin  elektrik  sahəsində  ölçülərinin 

dəyişməsini yalnız interferometrlər vasitəsilə qiymətləndirmək olar. Rele interferometri maye və 

qazların  şüasındırma  əmsalını  yüksək  dəqiqliklə  təyin  etməyə  imkan  verir.  Sındırma  əmsalı 

maddənin  kimyəvi  tərkibindən  asılı  olduğundan  interferensiya  refraktometri  vasitəsilə  mühitin 

kimyəvi  tərkibində  baş  verən  dəyişiklikləri  aşkar  etmək  mümkündür.  Məsələn,  kömür 

şaxtalarinda  bu  qaz  alışaraq  partlayışa  səbəb  ola  bilər.  Ona  görə  də  metan  qazının 

konsentrasiyasına nəzarət edilir. Astronomiyada interferometrler vasitəsilə ulduzların bucaq dia-

metri  təyin  edilir.  Bu  məqsədlə  ayırdetmə  qabiliyyətli  Maykelson  interferometrindən  təqribən 

yüz  dəfələrlə  yüksək  olan  radiorefraktometrdən  istifadə  edilir.  Şüaların  spektral  tərkibini 

öyrənmək üçün də interferometrlərdən geniş  istifadə olunur.  Müasir spektral  cihaz olan Furye-

spektrometrində  Maykelson  interferometrinin  optik  sxemi  tətbiq  edilir.  Bu  cihazla  zəif  spektrı, 

xüsüsilə onun infraqırmızı oblastını tədqiq etmək olur. Fabri-Pero interferometrindən ayırdetmə 

qabiliyyəti yüksək olan spektral cihazlarda spektr xətlərini etalon mənbəyin xətləri ilə müqayisə 

etmək üçün istifadə olunur 

İnterferometrlər 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə