Fizika-2 fənnindən kollokvium suallarının cavabları



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə38/57
tarix02.04.2022
ölçüsü1,74 Mb.
#84987
1   ...   34   35   36   37   38   39   40   41   ...   57
Fizika-2-cavablarAZ

Linza 

Ekr

an

 

Ş

ə



kil26.19 




İşığm dalğa təbiətli olmasına əmin olmaq üçün onun düzxətli yayılmasının dalğa nəzəriyyəsi 

ilə izahı tələb olunur. 

Frenel dalğavari nəzəriyyə əsasında işığın bircins mühitdə düz xətt boyunca yayılmasmın ilk 

dəfə aydın izahını vermişdir. 



 

Hüygens–Frenel prinsipi 

 

Dalğanın  yayılmasının  xarakterik  xüsusiyyəti  ondan  ibarətdir  ki,  hər  bir  dalğa  yayılarkən 



maneə arxasına keçmək qabiliyyətinə malikdir. 

Dalğanın difraksiyasının baş verməsi dalğa uzunluğuna nisbətən maneənin hansı xətti ölçüyə 

malik  olmasından  asılıdır.  Məsələn,  suyun  səthi  üzrə  yayılan  iri  dalğalar  bütünlüklə  dönüb 

dirəyin  arxasına  keçir.  Kiçik  ləpə  isə  dirəyin  arxasında  yaxşı  görünən  –  kölgə-sahəsi  əmələ 

gətirir. 

İnterferensiya hadisəsi və bu hadisəyə əsaslanaraq çoxlu sayda təcrübi faktların izahı işığın 

dalğa  xarakterli  olmasını  təsdiq  edir.Belə  olduqda  işığın  bircins  mühitdə,  düz  xətt  boyunca 

yayılması  və  kiçik  manlələrə  rast  gəldikdə  düzxətli  yayılma  istiqamətindən  kənara  çıxması 

hadisələri  də  dalğa  nəzəriyyəsinə  əsasən  izah  edilməlidir.Lakin  Hüygens  prinsipi  bu  suallara 

cavab  verə  bilmədi.  Belə  ki,  müxtəlif  istiqamətlərdə  yekun  dalğa  intensivliyinin  müəyyən 

edilməsi  məsələsi  Hüygens  prinsipinə  görə  həll  edilməmiş  qaldı.  Frenel  ikinci  dalğaların 

koherentliyini nəzərə alaraq Hüygens prinsipini interferensiya prinsipi ilə tamamladı və qarşıya 

çıxan  yuxarıda  qeyd  etdiyimiz  çətinliyi  həll  etdi.  Bu  səbəbdən  də  Hüygens  prinsipi  Hüygens–

Frenel prinsipi adlanır. 

Hüygens–Frenel prinsipi işığın difraksiya hadisəsini bütün təfsilatı ilə izah edir. Bu prinsipin 

Hüygens prinsipində formal olaraq daxil edilmiş dalğaların qurşayanına dərin fıziki məna verdi. 

Belə  ki,  Hüygens  prinsipi,  dalğa  cəbhəsinin  əvvəlki  anda  hər  bir  nöqtəsi  yanında  əmələ  gələn 

elementar dalğalara qurşayan çəkərək cəbhənin yeni vəziyyətini qurmağa imkan yaradır. Burada 

qurşayan  səth  elementar  koherent  dalğaların  qarşılıqlı  interferensiyası  nəticəsində  intensivliyin 

böyük qiymətlərinə müvafıq olan nöqtələrin həndəsi yeri kimi başa düşülür. 

Frenelin ideyasına  görə  istənilən anda dalğa səthi  yalnız sadəcə ikinci  dalğaların qurşayanı 

yox, onların interferensiyasının nəticəsidir. 

 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə