FöVQƏladə hallarin idarə olunmasi ” fənnindən sərbəst iş


Riyazi modellərin qurulması



Yüklə 83,85 Kb.
səhifə3/6
tarix11.12.2023
ölçüsü83,85 Kb.
#143837
1   2   3   4   5   6
Bayramov Orxan FHİO serbest is (1)

Riyazi modellərin qurulması. Riyazi modellarin qurulması, tətbiqi və reallaşdırılması idarəetmə qərarlarının qəbulu prosesinin vacib tərəflərindən birini təşkil edir. Əsas diqqət idarəçilik təsirinə məruz qalacaq mürəkkəb sistemin riyazi təsvirinə, həmçinin lazım olan materialların əldə edilməsi və toplanmasına yönəldilir. Demək olar ki, riyazi model özündə tədqiq olunan sistemin xüsusiyyətləri haqqında kodlaşdırılmış məlumatları cəmləşdirir. Deyilən informasiya kodlarını açmaq və həmin məlumatları bu və ya digər qərarların aqibətlərini təhlil etmək yalnız riyazi üsullarla mümkündür. Riyazi model riyazi üsulların toplusunu əhatə edə bilər, sonrakı müvəffəqiyyət isə modelin real məqsədə nə dərəcədə uyǧun olmasından asılıdır. Model öz mahiyyətinə görə yaxınlaşdırılmış, uyǧunlaşdırılmış xarakter daşıyır. Bir tərəfdən, problemin bütün vacib tərəflərini əks etdirmək üçün modeli kifayət qədər detallaşdırmaq lazımdır. Digər tərafdən, müvafiq qərarın tapılmasını həddindən artıq çətinə salmamaq üçün model çox da mürəkkəb olmamalıdır.
Müasir kompüter texnologiyalarından istifadə. Qərarların qəbulunun riyazi modellərinə, bir qayda olaraq, çoxsaylı parametrlər daxildir ki, optimal məqsədə nail olmaq üçün onlar idarə olunmalıdır. Bela məsələlərin həlli çox böyük hesablama çətinlikləri yaradır ki, onların da öhdəsindən yalnız müasir kompüterlər gələ bilir. Modelin testləşdirilməsi və təshihi, rəqəmli sınaqların keçirilməsi, böyük həcmdə olan məlumatların toplanması, saxlanılması və işlədilməsi, hesablama prosedurlarına əsaslanan idarəetmə və nəzarət sistemlərinin yaradılması, informasiyaların qrafik təsviri və digər analoji məsələlər gündəlik təcrübədə kompüter texnologiyalarından fəal istifadəni tələb edir. Müasir informasiya texnologiyaları idarəetmə məsələlərin həlli üçün çox geniş imkanlar yaradıb.
Digər əlaqəli sahələrdəki üsullardan və biliklərdən yararlanma. Bu və ya digər strateji qərarın qəbul edilməsi üçün təkca miqdar (kəmiyyət) təhlilinin nəticələri heç vaxt yetərli əsas kimi götürülə bilməz. Mürəkkəb şəraitlərdə qərarların qəbulu məsələlərinin təhlili yalnız riyaziyyatçılar tərəfindən tam dolǧunluǧu ilə həyata keçirilə bilməz. Bir qayda olaraq, ciddi idarəetmə problemləri iqtisadi, ekoloji, texniki, biloji, psixoloji, sosioloji və sair müxtəlif aspektlari əhatə edir. Ona görə də idarəetmə qərarlarının tədqiqatında istifadə olunan standart fənd və vasitələrlə yanaşı araşdırılmalara biliklərin digər müxtəlif sahələrindəki yeni üsulların cəlb edilməsi və müvafiq mütəxəssislərlə əlavə məsləhətləşmə aparılması zərurəti yaranır. Bu səbəbdən mürəkkəb idarəetmə məsələlərinin təhlili fənlararası xarakter daşıyır.


Yüklə 83,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə