FöVQƏladə hallarin idarə olunmasi ” fənnindən sərbəst iş


Şəkil 1. İdarəetmədə fəaliyyət



Yüklə 83,85 Kb.
səhifə4/6
tarix11.12.2023
ölçüsü83,85 Kb.
#143837
1   2   3   4   5   6
Bayramov Orxan FHİO serbest is (1)

Şəkil 1. İdarəetmədə fəaliyyət.
2.İdarəetmə fəaliyyətində rəhbərin əməyi

İdarəetmədə bazanın formalaşması əsasən rəhbər tərəfindən həyata keçirilir. Müasir rəhbərin fəaliyyət dairəsi olduqca çoxşaxəli və əhatəlidir. O, təşkilatçı mütəxəssis, tərbiyəçi və ictimai xadim rollarında çıxış edir. əgər başqaları iş bölgüsünə müvafiq olaraq əsasən bir növ əmək vərdişləri ilə məşǧul olurlarsa, rəhbərin geniş diapozonlu zəhmətini birmənalı qiymətləndirmək olmaz. Xidməti funksiyalarını icra edərkən kollektivin lideri müxtəlif məsələlərin optimal həllini axtarır və belə olan halda onun əməyi ixtiraçılara, səmərələşdiricilərə məxsus yarardıcı xarakter alır. Şəxsi biliklərinin istehsalata tətbiqində mütəxəssis kimi çıxış edir. Tərbiyəçi kimi nümunə göstərdikdə isə onun cəhdlərində pedoqoji elementlər mövcud olur va s. və i.a. Əsl peşəkarın idarəçilik fəaliyyətində elmi yanaşma və insanlarla qarşılıqlı, etibarlı ünsiyyət yaratmaq bacarıǧı, bütün hallarda vəhdət təşkil etməklə belə bir deyimin həyatiliyini tasdiq edir: “İdaraetmə ən qədim incəsənət və ən yeni (daim yeniləşən) elmdir”.


Əgər müəllimlik peşəsi insanın gələcək dünyagörüşünü formalaşdırırsa, həkim saǧlamlıǧımızın keşiyindədirsə, alimlərimiz cəmiyyətimizin inkişaf yollarını işıqlandıraraq bizə bələdçi olurlarsa, rəhbər peşəsi də siyasi-psixoloji əmin-əmanlıǧımızın və maddi güzəranımızın yaxşılaşdırılmasına xidmət edir. Düzdür, keyfiyyətlərin kombinasiyası, harmoniyası eyni cür olmasa da, bütün hallarda vəzifəli şəxslərin əsl rəhbər kimi formalaşmasının ölçü meyarı birdir: fəaliyyətin nəticəsi. Məzh buna görə də rəhbərlik etmək daim axtarışda olmaq, öyrənmək və eyni zamanda öyrətmək elmidir.
Mülkiyyət növündən və həcminin böyük-kiçikliyindən asılı olmayaraq hər bir əmək kollektivi qarşısına qoyduǧu məqsədə nail olmaq üçün öz imkanlarını idarəetmə vasitələrinin köməyi ilə səfərbər edir, cari və perespektiv fəaliyyətini mövcud şəraitdən asılı olaraq tənzimləyir. İcra mexanizmi prosesində ən mürəkkəb, “ən aǧrılı” həlqə, bizcə, xidməti maraqların daha çox kəsişdiyi, fərdi xasiyyətləri tez-tez toqquşduǧu “rəhbar-icraçı” münasibətləridir (subordinasiya əlaqələri).
Bacarıqlı və qabil iş adamı iqtisadiyyatın aparıcı qüvvəsi olmaqla onun güzgüsü hesab olunur. Çünki idarəetmə fəaliyyətinin formalaşmasında daha böyük əhəmiyyət kəsb edir. Əksinə, səriştəsiz biznesmenin fəaliyyəti isə ziyankarlıqla müşaiyət olunur. Bu barədə amerikalı hüquqşünas və biznesmen Ouen Yunq sərrast fikir söyləyib: “İşini bilməyən səmimi biznesmen fırıldaqçıdan daha çox təhlükəlidir”.



Yüklə 83,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə