FöVQƏladə hallarin idarə olunmasi ” fənnindən sərbəst iş



Yüklə 83,85 Kb.
səhifə1/6
tarix11.12.2023
ölçüsü83,85 Kb.
#143837
  1   2   3   4   5   6
Bayramov Orxan FHİO serbest is (1)


Fövqəladə Hallar Nazirliyinin Akademiyası “Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri” kafedrası

FÖVQƏLADƏ HALLARIN İDARƏ OLUNMASI ”


fənnindən sərbəst iş




Fənn müəllimi :b/l-nt Maya Qurbanova __________
Magistrant : b/l-nt Orxan Bayramov


BAKI-2023
PLAN


1.İdarəetmənin metodologiyası


2.İdarəetmə fəaliyyətində rəhbərin əməyi


3.Fövqəladə hadisələrin idarə edilməsi strategiyası


4.Nəticə


5.Ədəbiyyat siyahısı


İDARƏETMƏDƏ FƏALİYYƏTİN METEOROLOJİ BAZASININ FORMALAŞDIRILMASI


1.İdarəetmənin metodologiyası
İlk öncə idarəetmə terminini açsaq, birgə fəaliyyət zamanı seçilmiş və yaxud təyin olunmuş rəhbərlər tərəfindən həmin kollektivdə çalışan iş yoldaşlarına müəyyən qayda-qanun çərçivəsində şüurlu, məqsədyönlü təsiretmə yolu ilə onların hərəkətlərini nizamlamaq, istiqamətləndirmək və istənilən nəticələri əldə etmək üçün həyata keçirilən xüsusi peşəkarlıq və yaradıcılıq tələb edən intellektual əmək vərdişləri, atılacaq addımlar toplusudur.
Hər gün minlərlə müəssisə və təşkilətlarda idarəetmə fəaliyyətinin formalaşmasında on minlərlə mütəxəssis və vəzifəli şəxslər iştirak edir. Bu qərarların böyük hissasi lokal əhamiyyət daşıyır, lakin onların bir qismi bütün ölkənin iqtisadiyyatına həlledici təsir göstərir. Qəbul edilən qərarların keyfiyyətindən ölkənin və hər bir vətəndaşın taleyi asılı olur. İdarəetmə qərarlarının qəbul edilməsinin necə həyata keçirilməsi barədə onların reallaşdırılmasından əldə edilən nəticəyə görə mühakimə yürütmək olar. Bu mənada “idarəetmə qərarlarının qəbul edilməsinin müasir nəzəriyyəsinin və praktikasının kökündə hansı prinsipləri durur”, “idarəetmə elmi qərar qəbul edənə nə təklif edir” suallarına qısa cavab axtarmaǧa cəhd göstərək.
Beləliklə, qəbul ediləcək idarəetmə qərarlarının hazırlıǧı mərhələsində mütəxəssis və yaxud mütəxəssislər qrupu iqtisadi diaqnostika üsullarının köməyi ilə təcrübədə baş verən problemi təhlil edir, xüsusi vasitələrdən (statistik, ekonometrik, riyazi, kompüter və s.) istifadə edir, araşdırılan təşkilati sistemin sonrakı inkişafını və qəbul ediləcək qərarın aqibətini proqnozlaşdırır, hərəkət proqramının ən yaxşı tərzini və inkişafın optimal yollarını təklif edir. Belə ardıcıl fəaliyyətin özülündə aşaǧıdakı metodoloji prinsiplər durur:
- idarəetmə qərarlarının qəbul edilməsinə istiqamətlanmə;
- elmi üsulun tətbiqi;
- sistemli yanaşmanın tatbiqi;
- riyazi modellərin qurulması;
- elektron hesablama maşınlarından (EHM) istifadə;
- digər əlaqəli sahələrdəki üsullarından və biliklərdən yararlanma.

Yüklə 83,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə