Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə48/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   44   45   46   47   48   49   50   51   ...   109

113 
beynəlxalq  hüququn  əsas  məzmununu  əks  etdirən  və  yüksək  hüquqi  qüvvəyə 
malik ümumiləşdirilmiş normalardır. Diplomatik praktikada onları adətən, bey-
nəlxalq  münasibətlər  prinsipi  adlandırırlar.  Beynəlxalq  hüquq  çərçivəsində 
prinsiplərin müxtəlif növləri mövcuddur. Onların arasında prinsip-ideyalar mü-
hüm yer tutur. Onlara: sülh və əməkdaşlıq, humanizm, demokratiya və s. ideya-
ları aiddir. Bu prinsiplər BMT Nizamnaməsində təsbit edilmişdir. Onların məz-
munu, 1970-ci ildə Baş Assambleya tərəfindən, həmçinin 1975-ci ildə keçiril-
miş Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin Yekun aktında 
qəbul edilmiş, BMT Nizamnaməsinə uyğun dostluq münasibətləri və həmrəyli-
yə  aid  beynəlxalq  hüquq  prinsipləri  haqqında  Bəyannamədə  açıqlanır.  Müasir 
beynəlxalq münasibətlər mədəniyyətinin əsaslandığı etik-hüquqi prinsiplər Hel-
sinski razılaşmalarında da öz əksini tapmışdır.  
Müasir beynəlxalq münasibətlər və beynəlxalq idarəetmə  mədəniyyətini 
müəyyən edən başlıca prinsiplər bunlardır:  
1.
 
Güc tətbiq etməmə prinsipi. 
2.
 
Münaqişələrin sülh yolu ilə həlli prinsipi. 
3.
 
İnsan hüquqlarına hörmət prinsipi. 
4.
 
Suveren bərabərlik prinsipi. 
5.
 
Başqa dövlətlərin daxili işlərinə qarışmama prinsipi. 
6.
 
Ərazi bütövlüyü prinsipi. 
7.
 
Sərhədlərin toxunulmazlığı prinsipi. 
8.
 
Xalqların  hüquq  bərabərliyi  və  öz  müqəddəratını  təyin  etmə 
prinsipi. 
9.
 
Əməkdaşlıq prinsipi. 
10.
 
Beynəlxalq  hüquq  üzrə  öhdəliklərin  vicdanla  yerinə  yetiril-
məsi prinsipi. 
Güc tətbiq etməmə prinsipi, müharibənin bəlalarından gələcək nəsillərin 
xilasını silahlı qüvvələrin başqa cür deyil, yalnız ümumi məqsədlərdə tətbi-
qinə uyğun praktikanın qəbulunu əsas məqsəd kimi müəyyənləşdirən BMT 
Nizamnaməsində təsis edilmişdir. Nizamnamə  yalnız silahlı  qüvvələrin tət-
biqini  deyil,  ümumiyyətlə,  güc  tətbiqini  qadağan  etmişdir.  Bundan  əlavə, 
BMT məqsədlərinə uyğun olmayan hər hansı bir tərzdə hətta güc təhdidi be-
lə qadağan edilmişdir.  
Nizamnamə  güc  və  ya  hədə  tətbiqinin  mümkünlüyünü  yalnız  iki  halda 
nəzərdə tutur. Birincisi, sülh təhlükəsi, sülhün istənilən pozulması və ya tə-
cavüz aktı zamanı - Təhlükəsizlik Şurasının qərarı ilə. İkincisi, silahlı hücum 
zamanı  -  Təhlükəsizlik  Şurası  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  saxlan-
ması üçün zəruri tədbirlər qəbul edənədək, özünümüdafiə hüququnun həyata 
keçirilməsi qaydasında.  


114 
Münaqişələrin sülh yolu ilə həlli prinsipi tələb edir ki, hər bir dövlət baş-
qa dövlətlərlə beynəlxalq münaqişələrini sülh vasitələri ilə elə həll etsin ki, 
beynəlxalq  sülh,  təhlükəsizlik  və  ədalət  təhlükəyə  uğramasın.  Bu  prinsip 
BMT  Nizamnaməsinə  uyğun  1970-ci  il  beynəlxalq  hüquq  prinsipləri  haq-
qında  Bəyannamədə  ifadə  edilmişdir.  Prinsip  BMT  Nizamnaməsində  və 
beynəlxalq  hüquq  prinsiplərini  şərh  edən  bütün  beynəlxalq  aktlarda  təsbit 
edilmişdir. Ona Baş Assambleyanın bir sıra qətnamələri həsr olunmuşdur ki, 
onların arasında beynəlxalq munaqişələrin sülh yolu ilə həlli haqqında 1982-
ci il Manil bəyannaməsini fərqləndirmək olar. Bu prinsipi müəyyən edən ilk 
çoxtərəfli akt Millətlər Cəmiyyətinin Statutu olmuşdur.  
İnsan hüquqlarına hörmət prinsipi bir sıra beynəlxalq sənədlərdə - BMT Ni-
zamnaməsi,  insan  haqlarının  1948-ci  il  Ümumi  bəyannaməsində  və  1966-cı 
ilin: “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hü-
quqlar haqqında” iki paktında möhkəmləndirilmişdir. Konkret aspektlər üzrə də 
bir sıra konvensiyalar imzalanmışdır: “Soyqırım cinayəti və ona görə cəza təd-
birləri  xəbərdarlığı  haqqında”  (1948),  “İrqi  ayrı-seçkiliyin  bütün  formalarının 
ləğv edilməsi haqqında” (1966), “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formala-
rının ləğv edilməsi haqqında” (1979), “Uşaq hüquqları haqqında” (1989) və s.  
Suveren bərabərlik prinsipi bütün dövlətlər üçün bərabər olan əsas hüquq 
və vəzifələri, o cümlədən öz siyasi, sosial, iqtisadi və mədəni sistemini azad 
seçmək  və  inkişaf  etdirmək,  öz  qanunları  və  inzibati  qaydalarını  tətbiq  et-
mək  kimi  suveren  hüququ  nəzərdə  tutur.  Bu  prinsipə  görə,  beynəlxalq  hü-
quqla  uyğunlaşma  ilə  bütün  dövlətlər  bir-birinin  suveren  bərabərliyinə  və 
özünəməxsusluğuna,  başqa  dövlətlərlə  münasibətlərini  öz  nöqteyi-nəzərinə 
görə müəyyən etmək və həyata keçirmək hüququna hörmət etməlidirlər.  
Başqa dövlətlərin daxili işlərinə qarışmama prinsipi BMT-yə, mahiyyət-
cə hər hansı bir dövlətin daxili səlahiyyətlərinə aid olan işlərə qarışma hüqu-
qu  vermir  və  Nizamnamə  qaydasında  həlli  üçün  belə  işləri  təqdim  etməyi 
üzv-dövlətlərdən tələb etmir. BMT Nizamnaməsi, əhəmiyyətli məsələlər da-
irəsi  üzrə,  məsələn,  həyat  səviyyəsinin  yüksəldilməsinə,  əhalinin  tam  məş-
ğulluğuna, insan hüquqlarına ümumi hörmətə yardım kimi sırf daxili xarak-
terli əməkdaşlığın inkişafını nəzərdə tutur.  
Ərazi  bütövlüyü  prinsipi,  dövlətlərin  ərazi  toxunulmazlığına  qarşı  güc 
təhdidi və ya onun tətbiqi təhlükəsindən çəkinmək öhdəsini qoyan BMT Ni-
zamnaməsi ilə şərtlənmişdir. Ərazi dövlətin maddi əsasıdır, onun mövcudlu-
ğunun zəruri şərtidir. Buna görə də dövlətlər onun bütövlüyünün təmin edil-
məsinə  xüsusi  diqqət  ayırırlar.  Millətlər  Cəmiyyəti  Statutu  üzv-dövlətlərin 
ərazi bütövlüyünə hörmət edilməsinə və hər cür xarici hücuma qarşı onu qo-
rumağa məcbur edir.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə