Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə49/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   45   46   47   48   49   50   51   52   ...   109

115 
Sərhədlərin toxunulmamazlığı prinsipi beynəlxalq hüquq prinsipləri haq-
qında Bəyannamədə ifadə olunmuşdur ki, burada güc tətbiq etməmə prinsipi 
haqqında  bölmədə  yazılıb:  “Hər  bir  dövlət  digər  dövlətin  mövcud  beynəl-
xalq sərhədlərinin pozulması məqsədi ilə güc təhdidindən və ya beynəlxalq 
münaqişələr, o cümlədən dövlətlərin sərhədlərinə aid olan ərazi mübahisələ-
ri və məsələlərinin həlli vasitəsi qismində onun tətbiqindən çəkinməlidir”.  
Xalqların  hüquq  bərabərliyi  və  öz  müqəddəratını  təyin  etmə  prinsipi 
BMT Nizamnaməsində ifadə olunmuşdur ki, burada Təşkilatın məqsədlərin-
dən  biri  kimi  göstərilib:  “Xalqların  hüquq  bərabərliyi  və  öz  müqəddəratını 
təyin etmə prinsipinə hörmət əsasında millətlər arasında dostluq münasibət-
lərini  inkişaf  etdirmək,  habelə  ümumdünya  sülhünün  möhkəmləndirilməsi 
üçün digər müvafiq tədbirlər görmək”. Prinsipin məzmunu ilk dəfə beynəl-
xalq hüquq prinsipləri haqqında Bəyannamədə açıqlanmışdır: “Bütün xalq-
lar, xaricdən müdaxilə olmadan, öz siyasi statusunu sərbəst surətdə təyin et-
mək, öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirmək hüququna ma-
likdir və BMT Nizamnaməsinə uyğun olaraq hər bir dövlət bu hüquqa hör-
mət etməlidir”.  
BMT Nizamnaməsində təcəssüm olunmuş hərtərəfli əməkdaşlıq ideyası-
nı  əks  etdirən  əməkdaşlıq  prinsipi,  beynəlxalq  hüquq  prinsipləri  haqqında 
Bəyannamədə ifadə olunmuşdur. Bu prinsip siyasi, iqtisadi və sosial sistem-
lərin fərqindən asılı olmayaraq bir-biri ilə əməkdaşlıq etməyi dövlətlərin öh-
dəsinə  qoyur.  Həmçinin,  əməkdaşlığın  əsas  istiqamətləri  müəyyən  edilmiş-
dir: sülhün və təhlükəsizliyin qorunması; insan hüquqlarına ümumi hörmət; 
suveren bərabərlik və bir-birinin daxili işlərinə qarışmama prinsipinə uyğun 
olaraq, iqtisadi, sosial, mədəni, texniki və ticarət sahələrində beynəlxalq mü-
nasibətlərin həyata keçirilməsi; BMT ilə əməkdaşlıq və onun Nizamnaməsi 
tərəfindən nəzərdə tutulan tədbirlərin görülməsi; bütün dünyada, xüsusən in-
kişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa yardım etmə.  
Beynəlxalq  hüquq  normalarının  hüquqi  qüvvəsinin  tanınması  haqqında 
dövlətlərin razılığını möhkəmlədən beynəlxalq hüquq üzrə öhdəliklərin vic-
danla yerinə yetirilməsi prinsipi zəruri hüquq kateqoriyasına aiddir. Suveren 
dövlətlər üçün hüquqi zəruri normalar yaradılmasının yeganə üsulunun on-
ların  razılaşması  olması  haqqında  ümumi  müddəa  bu  prinsip  üçün  öz  əhə-
miyyətini saxlayır. Bu prinsipsiz beynəlxalq hüquq - hüquq olmazdı və bey-
nəlxalq hüququn hüquqi qüvvəsi məhz ondadır.  
Beynəlxalq  hüquq  normalar  formasında  mövcuddur.  Normaların  hüquqi 
məzmunu  davranış  qaydasıdır.  Əgər  normalar  beynəlxalq  hüququn  möv-
cudluğunun zəruri daxili formasını təmsil edirsə, onda onun xarici forması
yəni  ifadə  tərzi  -  adət,  müqavilə  və  beynəlxalq  təşkilatların  hüquqyaradıcı 


116 
qərarlarıdır. Beynəlxalq-hüquqi normaların bu rəsmi-hüquqi mövcudluq for-
ması beynəlxalq hüquq mənbələri adlanır. Müqavilə və adət hüquqi qüvvəsi 
ümumi beynəlxalq hüquqdan irəli gələn universal mənbələrdir. Təşkilatların 
hüquqyaradıcı qərarları hüquqi qüvvəsi müvafiq təşkilatların təsisedici aktı 
ilə müəyyən edilən xüsusi mənbədir.  
Beynəlxalq hüquq siyasi normalara zidd olmamalıdır. Təbiətinə görə siyasi 
normalar  dövlətlərin  razılaşdırılmış  iradəsini  ifadə  edir  və  bu  mənada  beynəl-
xalq hüquq normaları ilə eyni xassəyə malikdir. Onlar beynəlxalq hüquq nor-
malarından onunla fərqlənirlər ki, qanunların məzmununu razılaşdırılaraq, döv-
lətlər ona hüquqi deyil, siyasi məcburi qüvvə vermişlər. Siyasi normalar aydın 
ifadə olunmuş,  məsələn, bəyannamələrdə,  birgə bəyanatlarda, rəsmi  məlumat-
larda, həmçinin yazılmamış normalar, siyasi adətlər və “oyun qaydaları” forma-
sında mövcud olurlar. Siyasi normaların pozulması zamanı sanksiyalar dövlət-
lərin, beynəlxalq təşkilatların bu normaların pozulmasına qarşı mənfi reaksiya-
sında özünü göstərir. Normaları pozan dövlət mövcud siyasi sistemdən irəli gə-
lən faydalardan istifadə etmək imkanından məhrum edilə bilər.  
Sayzız-hesabsız beynəlxalq orqan və təşkilatların meydana çıxması, onla-
rın qərarlarında ifadə olunan və onların fəaliyyətini nizamlamağa qadir olan 
çoxlu sayda təşkilati və ya inzibati normaları yaratdı. Bu qəbildən olan nor-
maları qətnamələrdə ifadə olunan və dövlətlərin iştirakı ilə münasibətləri ni-
zamlamaq iqtidarında olan normalardan fərqləndirmək lazımdır. Sonuncular 
tövsiyə  xarakteri  daşıyır.  Təşkilati  normalar  beynəlxalq  təşkilatların  daxili 
hüquqi normalarıdır. 
Dövlətlərin beynəlxalq münasibətlər praktikası prosesində hüquqi qüvvə-
si olmayan beynəlxalq normalar - adətlər və ya ənənələr  yaranır. Müəyyən 
bir qayda uzun müddət gözlənilirsə, onda o, adətə və ya ənənəyə çevrilir və 
onda onu gözləmək düzgün, ondan kənara çıxmaq isə səhv hesab edilir. Qə-
dim  əxlaq  qaydası:  hamının  riayət  etdiyi  qaydalardan kənara çıxmaq  lazım 
deyil. Hüquqi qüvvə kimi qəbul edilən adət, beynəlxalq hüququn adi norma-
sına çevrilir.  
Beynəlxalq hüquqla yanaşı beynəlxalq nəzakət də mövcuddur. Bu - bey-
nəlxalq ünsiyyət iştirakçılarının hüquqi qüvvəyə malik olmayan xeyirxahlıq, 
ədəb, təmkinlilik, diqqət və qarşılıqlı hörmət qaydalarıdır. Nəzakət normala-
rının  gözlənilməməsi  etiraz  formasında  cavab  reaksiyasına  səbəb  ola  bilər, 
lakin  digər  cavab  tədbirləri  də  tətbiq  edilir.  Məlumdur  ki,  retorsiya  (cavab 
reaksiyası), hüquq çərçivəsindən kənara çıxmamış olsa da, qərəzli hərəkətlə-
rə cavab tədbirini ifadə edir.  
Beynəlxalq  hüququn  bir  sıra  funksiyaları  vardır  ki,  bu  funksuyalarda 
onun ictimai rolu ilə müəyyən olunan sosial mühitə təsirinin əsas istiqamət-


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə