51
İqtisadi azadlıq dedikdə bazar münasibətləri iştirakçılarının sərbəstliyi
başa düşülür.
Daha
doğrusu:
- isteh
lakçılar vəsaitlərini hara və necə xərcləməyi sərbəst surətdə və
müstəqil olaraq həll edirlər;
-
işçilər iş yerlərini sərbəst surətdə seçmək və dəyişmək imkanına malik
olurlar;
- insanlar
qazanclarının hansı hissəsini yığıma yönəltmək, nə qədərini
h
ansısa işə qoymaq seçimində müstəqil hüquqa malikdirlər və s.
Haqqında bəhs etdiyimiz azadlıqlar insanların bir çoxuna öz-özlüyündə sanki
belə də olmalıymış kimi görünə bilər. Lakin, unutmayaq ki, ölkəmizin çox da uzaq
olmayan
tarixində hökmranlıq etmiş inzibati-amirlik iqtisadiyyatında sadalanan
azadlıqların heç biri yox idi.
İqtisadi səmərəlilik - bunu texniki səmərəliliklə qarışdırmayın. Gəlin,
"kvadrat
təkərlər" misalını yadımıza salaq. Xatirinizdədirsə biz məqsəd kimi texniki
səmərəlilik məsələsini qarşıya qoymuşduq və bizdən az xərclə keyfiyyətli məhsul
istehsal
etmək tələb olunurdu. Lakin, istehlakçılar bu məhsula maraq göstərmədiyinə
və dairəvi təkərlərə üstünlük verdiyinə görə kvadrat təkərlərin istehsalını iqtisadi
baxımdan səmərəli hesab etmək olmaz.
İqtisadi bərabərlik
Kimin düzgün
və ya yalan, eləcə də vicdanlı və ya vicdansız olduğunu dəqiq
müəyyənləşdirmək çox çətindir. İnsanların düşüncəsində ədalət sözünə münasibətin
özü
də kəskin fərqlənir. Lakin iqtisadi sistemlərin fəaliyyətini qiymətləndirən zaman
nə qədər insanın varlı və ya yoxsul yaşadığını tədqiq etmək mümkündür. Məsələn,
h
ökumətin hansısa fəaliyyətinin nəticəsi olaraq bəzi məhsulların qiyməti dəyişə
bilər: bir məhsulun qiyməti ucuzlaşdığına görə burda istehlakçılar, hansısa malın
qiyməti bahalaşdığından isə istehsalçılar udurlar. Birinci məhsulun qiymətinin aşağı
düşməsinə gətirib çıxaran qərara görə, istehsalçılar hökumətin fəaliyyətini ədalətsiz,
isteh
lakçılar isə ədalətli hesab edirlər.
Adətən insanlar hökumətin siyasətinə biganə qalmır və hər bir fəaliyyətə
münasibətdə istənilən insanın şəxsi mövqeyi formalaşır. Onları düşündürür ki,
h
ökumətin yeritdiyi siyasət nə dərəcədə ədalətlidir.
Buna
görə də biz iqtisadi bərabərlikdən danışarkən, ilk növbədə bilməliyik ki,
söh
bət gəlirlərin və sərvətlərin bölgüsündən gedir: bu bölgüdə kimisi uduzur və
kimlər isə udur?
İmkanların və nəticələrin bərabərliyi iqtisadi bərabərliyi daha dəqiq
müəyyənləşdirməyə şərait yaradır.
İqtisadi təhlükəsizlik
Bu çox vacib sosial
məqsədlərdən sayılır. Burda məqsəd insanların istəklərinin
52
iqtisadi
risklərdən nə dərəcədə qorunmasına nail olmaqdan ibarətdir.
Soruşa bilərsiniz ki, "iqtisadi risk" nədir?
İqtisadi risklərə işsizlik, inflyasiya, yoxsulluq, müəssisələrin, bankların
müflisləşməsi və sairə aid edilir. Əlbəttə ki, harda insanlar ömrü boyu vəsait yığır,
orda risk
aşağı düşür. Eyni zamanda dövlətin işsizliyə görə müavinəti, çoxuşaqlı
ailələrə maliyyə köməkliyi, qaçqınlara maddi yardımı və sair də iqtisadi riski
azaldır. Lakin, bəzən dövlət də elə vəziyyətdə olur ki, vətəndaşlarına lazımi
səviyyədə sosial qayğı göstərə bilmir.
Tam
məşüulluq və qiymətlərin sabitliyi
"Tam
məşğulluq" termini əsasən əhalinin məşğulluğuna aid edilir. Lakin bunu
elə başa düşmək lazım deyil ki, bütün insanlar işləyir. Adətən əhalinin uşaqlardan,
qocalardan
ibarət təbəqəsi əmək qabiliyyəti olmayanlar hesab olunur. Mövcud
qanunvericiliyimizə görə, 16 yaşdan yuxarı insanlar əmək qabiliyyətlilər sayılırlar.
Lakin
onların arasında elələri də var ki, ümumiyyətlə işləmək istəmirlər! Bir çox
dövlətlərdə işləmək istəməyənlər işsiz hesab olunmurlar. İşləməyi bacaran və
işləmək istəyənlərinsə, bir hissəsi işləyir, digər hissəsi isə iş axtarır. Belə olan halda,
məhz sonuncular işsiz sayılırlar.
Gerçək həyatda qiymətlərin sabitliyi az ehtimal olunur. Burda söhbət ondan gedir
ki,
qiymətlər həmişə az da olsa dəyişir, "üzür". Belə olan halda baş verən dəyişiklik,
əhalinin həyat səviyyəsinə ciddi təsir göstərmir.
İqtisadi sistemlərin sosial məqsədləri mövzusundakı söhbətlərimizi başa
çatdırarkən, onu da qeyd etməliyik ki, bütün bu məqsədlərə eyni zamanda çatmaq
mümkün deyildir.
Diqqət yetirdinizsə, bəzi məqsədlərə yönələn fəaliyyətlər hətta
bir-
birilə ziddiyyət təşkil edir. Əgər onlar eyni vaxtda tətbiq olunarsa, onda daha pis
vəziyyət yarana bilər. Ona görə də bu fəaliyyətləri həmişə ölçüb-biçmək gərək olur.
Belə olanda da biz tez-tez seçim etmək məcburiyyətində qalırıq. İnanın ki, bu, asan
deyildir!
Məsələn, əgər minimum əmək haqqını birdən-birə bir neçə dəfə artırsaq, onda
bəzi firmalar işçilərinin bir hissəsini işdən qovacaqlar. Nəticədə, kimlərsə işsiz
qalacaq.
Və yaxud, fərz edək ki, atmosferin çirklənməsinin qarşısını almaq üçün hökumət
bütün
avtomobillərdə xüsusi təmizləyici qurğunun quraşdırılması barəsində qərar
qəbul edir. Təbii ki, bu bizlər – avtomobilsiz vətəndaşlar üçün faydalı olacaq. Çünki,
ekoloji
baxımdan nisbətən təmiz hava udacağıq. Lakin, hökumətin bu qərarı
avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bu isə avtomobil
sahiblərinin narazılığına səbəb olacaq. Hər hansı bir iqtisadi məqsədlərə yönələcək
qərar qəbul edərkən cəmiyyətin və konkret fərdin bundan nə qədər udacağından və
itirəcəyindən çıxış etmək lazımdır. Bu isə, həmişə kompromis seçim tələb edir.
Q
ƏRAR QƏBUL EDƏRKƏN ATILAN ADDIMLAR
Kompromiss seçim
tələb olunan daha tənqidi düşünməyi və qərar qəbul etməyi
Dostları ilə paylaş: |