57
özünüzü
də haqlı hesab edərsiniz.
İstisnasız qəbul edirsiniz ki, uşağı xilas etməyə çəkdiyimiz xərclərin ümumi
dəyəri «insan ömrünün qiyməti»ndən dəfələrlə azdır. Çünki insan ömrü cəmiyyət
üçün
qiymətsizdir. Başqa bir hala baxaq. Tutaq ki, həmin resursların köməyi ilə bir
yox, bir
neçə insanın həyatını xilas etmək mümkündür. Bəs onda necə, insan
ömrünün
qiyməti aşağı düşmürmü? Axı bizim öyrəndiyimiz iqtisadiyyat elmi sübut
edir ki, resurslar
məhduddur. Məsələn, iki müxtəlif yerdən təcili tibbi yardım çağrışı
daxil
olmasına baxmayaraq, yalnız bir sərbəst maşını olan təcili tibbi yardım
stansiyasının işçiləri seçim qarşısında qalır. Çünki, bu maşınla bir xəstənin ünvanına
getmək olar, bu halda isə ikinci xəstəyə baş çəkmək mümkün deyil. İstənilən halda
kiminsə həyatı təhlükədə qalır. Onda, təcili yardım maşınını hansı xəstənin ünvanına
göndərməli?
Axı, resursların (təcili tibbi yardım maşınlarının) məhdudluğu ucbatından
biz
kiminsə həyatını qurban vermək (hətta insan ömrü qiymətsiz olsa da belə)
məcburiyyətindəyik.
Son vaxtlar tez-tez
eşidirik ki, hansısa ölkədə həyat şəraiti bizdəkindən yaxşıdır,
orda
insanların qayğısını daha çox çəkirlər. Bəs, bu fərqləri necə izah etmək
mümkündür?
Bir
neçə statistik göstəricilərə nəzər yetirsək, görərik ki, insan ömrü daha çox
hansı hallarda təhlükəyə məruz qalır? Alimlərin hesablamalarına görə, dünya
əhalisinin hər milyonunun aviaqəzadan ölüm ehtimalı 0,3, infarktdan 0,6, ildırım
vurmaqdan 1,0,
avtoqəzadan 200, siqaret çəkməkdən 6250 nəfərdir.
Göründüyü kimi,
risklər əhəmiyyətli dərəcədə fərqlənirlər və onların heç birində
ölüm eh
timalı sıfıra bərabər deyil.
İnsanlar öz həyatlarını daha çox pul ödəməklə, hava, su üçün təmizləyici
qurğular, təhlükəsiz maşınlar, mənzillər almaqla qoruyurlar. Bunun üçün onlar
ölüm riskinin
aşağı salınması məqsədilə qabiliyyətləri və imkanları çərçivəsində
xərc çəkməyə hazırdırlar. Bəs, insan ömrünün qiyməti neçəyədir? Bəlkə, bunu
müəyyənləşdirmək üçün, insan orqanizmini təşkil edən kimyəvi maddələrin,
elementlərin dəyərini hesablamaq lazımdır. Gəlin, bu məqsədlə insanın bədənini
tərkib hissələrə bölək: oksigen,
hidrogen, karbon, maqnezium , dəmir, sink və sair.
Hər bir elementin miqdarını müəyyənləşdirib kimyəvi maddələrin orta bazar
qiymətinə vuraq və alınan məbləğləri toplayaq. Bu, insan ömrünün qiymətini təyin
etməyin bir üsuludur.
Başqa bir yanaşma ilə orqanizmin ayrı-ayrı orqanlarının dəyərini
qiymətləndirək. Orqanizmin bir çox hissələrinə (qana, ürəyə, böyrəyə və s.)
transplantasiya (
köçürmə ) məqsədilə tələb əmələ gələcək və beləliklə onun bazar
qiyməti formalaşacaq.
İnsan ömrünü qiymətləndirməyin digər üsulu hər bir insanın özünü sığortalamaq
istədiyi haqqla da ölçülə bilər. Məsələn, populyar aktyor Demi Mur həyatını 1
milyard dollar
məbləğində sığortalayıb. Başqa bir misala müraciət edək: bu günlərdə
keçirilmiş hərracda populyar caz ulduzu mərhum Elvis Preslinin 1 dişi 100 dollara