62
olunur.Yoxsulluq faktiki olaraq
fərdlərin şəxsi tələbatlarını qarşılaya bilmədiyi,
sosial-iqtisadi
tərəqqi üçün imkanlara çıxışın məhdud olduğu şəraitdə geniş yayılır.
Dünya
ölkələri sırasında daha çox inkişaf etməkdə olan ölkələr, o cümlədən də
keçid iq
tisadiyyatlı dövlətlər üçün xarakterik olan bu problemin yaratdığı obyektiv
və subyektiv çətinliklər Azərbaycan Respublikasında da qabarıq görünür.
2003-2005-ci
illərdə Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf
üzrə Dövlət proqramının icrası ilə əlaqədar birinci mərhələdə nəzərdə tutulan işlərin
gedişi haqqında hesabatda göstərilir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-
ci
ildəki 49 % səviyyəsindən 2002-ci ildəki 46.7 % və 2003-cü ildəki 44.7%-ə
qədər azalıb. Göründüyü kimi, 2001-ci ilə nisbətən 2003-cü ildə yoxsulluğun
səviyyəsi 4.3% bənd aşağı düşüb. Yeri gəlmişkən, müqayisə üçün qeyd edək ki,
1996-
cı ildə Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda yoxsulluq
səviyyəsi 61% olub.
Azərbaycanda yoxsulluğun səviyyəsi Dövlət Statistika Komitəsinin «Ev
Təsərrüfatlarının Müayinəsi» layihəsi üzrə 5000 ev təsərrüfatı arasında sorğuların
nəticəsində müəyyənləşdirilir. Bu zaman müqayisəyə gələn göstəricilər ev
təsərrüfatlarının orta aylıq gəlirləri ilə istehlak səbətinin dəyəri hesab olunur. Belə
ki,
rəsmi statistik məlumatlara görə 1996-2001-ci illərdə istehlak səbətinin aylıq
dəyəri orta hesabla 120 min manat, 2002-ci ildə 175 min manat, 2003-cü ildə 180
min manat olub.
Dünya
Bankı tərəfindən qəbul edilmiş populyar istehlak yanaşmasına görə,
gündəlik qazancı ABŞ dollarının 1985-ci il məzənnəsi ilə 1 dollardan aşağı olanlar
yoxsul
sayılırlar. Hazırda bir sıra ölkələrdə bu göstərici minimum yaşayış indikatoru
olaraq
qəbul edilmişdir. Bununla belə bu göstərici özündə qeyri-dəyər
göstəricilərinin əhəmiyyətini əks etdirə bilmir və yalnız kalorik yanaşma əsasında
qurulur.
Məsələn, yaşayış standartlarına daxil olan həyatın psixoloji keyfiyyəti,
özünəhörmət və s. bu kimi göstəricilər nəzərə alınmır. Yoxsulluğun
müəyyənləşdirilməsi ilə bağlı olan obyektiv və subyektiv baxışlarda ehtiyac
içərisində yaşamağın müxtəlif aspektləri qabardılır.Bura insanın minimal inkişafı,
sosial
ayrı-seçkilik, yaşayış vasitələrinin dözülməzliyi, zəif qabiliyyət göstəriciləri
daxildir.
Yoxsulluq
səviyyəsini xarakterizə etmək üçün göstəricilərdən biri də sosial
bərabərsizlik əmsalıdır. Sosial bərabərsizliyi ölçmək üçün Cini indeksindən istifadə
olunur.
Cini indeksi -
jəmiyyətdə gəlirlərin bölgüsünün qeyri-bərabərliyini əks etdirən
statistik
göstəricidir.
Cini
indeksindən cəmiyyətdə gəlirlərin diferensasiya dərəcəsini
qiymətləndirmək üçün istifadə olunur. Onu gəlirlərin təmərküzləşməsi əmsalı da
adlandırırlar.
Cini indeksinin
qiyməti sıfırla vahid arasında dəyişir. Hər bir sosial qrup
cəmiyyətin ümumi gəlirlərində özünün sayına proporsional paya malik olduqda Cini
indeksi 0-a
bərabər olur və bu, ideal variant sayılır. Cini indeksinin qiymətinin 0-
63
dan
uzaqlaşıb 1-ə yaxınlaşması cəmiyyətdə sosial bərabərsizliyin dərinləşməsini əks
etdirir.
İnkişaf etmiş ölkələrdə bu indeksin qiymətinin 0-a yaxınlaşma meyli
üstünlük
təşkil edir. Tədqiqatlar göstərir ki, Azərbaycanda Cini indeksinin qiyməti
1990-
cı ildəki 0,346-dan 1997-ci ildə 0,703-dək artıb. Deməli, Azərbaycanda sosial
bərabərsizlik dərəcəsi yüksək əmsalla ifadə olunur. Bu halda dövlət nə etməlidir?
Problemi
necə çözməli?
Dövlət yoxsul təbəqənin problemlərini pensiya və sosial təminat sistemi
vasitəsilə həll edir. Belə olanda dövlət vergi şəklində topladığı vəsaitdən istifadə
edərək yoxsullara maddi yardım edir. Beləliklə də gəlirlərin yenidən bölgüsünü
h
əyata keçirir.
4.
İctimai əmtəə və xidmətlərin buraxılışı
Alıcılar bazarda satılan əmtəə və xidmətlərə olan tələbatlarını ödəmək üçün
konkret mallar
alırlar. Lakin, elə mallar da var ki, ona hətta kəskin tələbin olmasına
baxmayaraq, onun isteh
salı xüsusi mülkiyyətçi tərəfindən təşkil olunmur. Siz nə
vaxtsa
özəl şirkətinişıqfor quraşdırılması ilə məşğul olmağı ilə rastlaşmısınızmı?
Çox güman ki, yox!
Özəl bölmə nəyə görə belə xidmətləri göstərmir? Cavab
s
adədir! Həmin sahələrdə görülən işin haqqını almaq imkanları yox dərəcəsindədir.
Misal üçün,
götürək küçələrin işıqlandırılmasını; onun haqqını kimdən və nə
qədər almalı? Avtobus sürücüsündənmi, sərnişindənmi, yoxsa həmin küçədən
təsadüfən keçən piyadadanmı? Hansı qaydada, bəlkə hər bir sütunun yanında xəzinə
aparatı quraşdırılmalıdır? Axı biz bilirik ki, sahibkar mənfəət naminə bizneslə
məşğul olur. Əgər gəlir əldə etmək mümkün deyilsə, onda belə fəaliyyətlə kim
məşğul olacaq. Buna görə də bu cür xidmətləri dövlət göstərir.
İstehlak zamanı istisnasızlıq və yoxluğu ilə xarakterizə olunan mal və
xidmətlər ictimai mallar və xidmətlər adlanır.
Rəqibinin yoxluğu xüsusiyyətinə malik olan məhsulun bir şəxs tərəfindən
isteh
lakı onun başqalarına çatan miqdarını azaltmır. İstisnasızlıq dedikdə isə hətta
h
aqqını ödəməyənlərin də həmin məhsulun istehlakından kənarlaşdırılmasının
mümkünsüzlüyü
başa düşülür. Beləliklə, əmtəə və xidmətlər xüsusi və ictimai
olurlar. Xüsusi mallar bir
nəfər tərəfindən bir dəfə əldə oluna və istehlak edilə bilər.
Onun h
aqqını ödəməyənlər ondan heç vaxt istifadə edə bilməzlər. Məsələn, biletsiz
kinoya
girmək, avtobusa, qatara, təyyarəyə minmək mümkün deyildir. İctimai
məhsullar isə o mallardır ki, ondan eyni zamanda hamının istifadə etməsi
mümkündür. Bu zaman
başqaları üçün də əlverişli olan malların miqdarı azalmır.
Soruşa bilərsiniz ki, bu necə ola bilər? Gəlin dənizdə mayakları yada salaq.
Məgər ondan istifadəyə görə gəmilər haqq ödəyirlərmi? Və ya svetofor! Yüzlərlə və
ya
minlərlə piyada və sürücülər bu xidmətdən istifadə edirlər. İctimai mallardan
istifadəyə görə ayrı-ayrı adamlar könüllü haqq ödəmək istəyində olmur. Onlarda
belə malların haqqını ödəmək üçün stimul azdır, bu zaman çoxları "başqasının
h
esabına gəzməkdə" maraqlıdırlar. İnsanlar ictimai məhsul və xidmətlərdən milli
müdafiə, polisin, yolların və körpülərin saxlanılması məqsədilə haqqının ödənib
Dostları ilə paylaş: |