54
pul
formasında çıxış etmir, ona insanların mükafat kimi qəbul etdiyi hər bir şey aid
oluna
bilər.
4.
İnsanlar iqtisadi sistemləri yaradır ki, o da fərdi seçim və stimulları
h
ərəkətə gətirir. Qanun və qaydalar hər dəfə dəyişərkən alternativlər çoxalır və
yaxud
əksinə məhdudlaşır ki, bunun da nəticəsi olaraq stimullar dəyişir. Müxtəlif
iqtisadi
sistemlər iqtisadi fəaliyyətin ayrı-ayrı növlərini fərqli qaydada
mükafatlandırır.
5.
İnsanlar könüllü mübadilədən fayda əldə edirlər. Adətən, iki nəfər
mübadilə edərkən onlardan hər biri nisbətən az dəyərli nəyisə qurban verir ki, daha
çox
dəyərli bir şey ala bilsin. Mübadilə başa çatdıqdan sonra məlum olur ki,
hər bir
iştirakçı ayrı-ayrılıqda onlar üçün böyük dəyəri olan nə isə əldə edib. Deməli,
müb
adilə hər iki iştirakçı və bütövlükdə iqtisadiyyat üçün əlavə dəyər (sərvət)
yaradıb.
6. Seçim
insanları özünü gələcəkdə büruzə verən məqsədlərə çatdırır.
Məsələn: əgər məktəbli dərsinə hazırlaşmaq əvəzinə televizorda dedektiv filmə
baxırsa, onda bu seçim özünü gələcəkdə hansısa qaydada göstərəcək. Mümkündür
ki,
şagird növbəti dərsdən qeyri-kafi qiymət alsın və yaxud, ola bilər ki, bir neçə
ildən sonra şagirdin vaxtı ilə öyrənmədiyi məşğələ ona yaxşı iş tapmaqda mane
olsun. Bu
prinsipləri, həmçinin "qərar qəbulu addımları"nı öyrəndikdən sonra bir
neçə "İqtisadi tapmacaya" cavab axtarmağa cəhd edək.
1.
Nəyə görə dünyada balinaların sayı az, toyuqların sayı isə çoxdur?
2.
Nəyə görə insanlar cəzalandırılacaqlarını bilə-bilə yenə cinayət edirlər?
3.
Nə üçün Azərbaycan Yaponiya ilə müqasiyədə daha çox təbii ehtiyatlara
malik
olduğu halda dünyanın kasıb ölkələri siyahısına salınır?
4.
Nə üçün Bakıda sovet dövründə tikilmiş binaların xarici görünüşü və
girişi səliqəsiz olduğu halda, mənzillərin içi təmiz və səliqəlidir?
Belə tapmacaların sayını çoxaltmaq olar. 1 və 4-cü tapmacanın cavabına açar
rolunda «xüsusi
mülkiyyət", 3-cü sualda "səmərəlilik" çıxış edir. Bəs ikinci sualın
cavabı necədir? Bildiyimiz kimi, insanlar özlərinin sonsuz istəkləri ilə məhdud
im
kanlarını uzlaşdıra bilmirlər. Belələri cinayət etməyə qərar verərkən hesab
edirlər ki, onun uduşu cəzalanmaq şansından xeyli dərəcədə çoxdur.
BAÇARIN DAYANIQSIÇLIQ HALLARI
Müasir iqtisadiyyatda
müəyyən funksiyaları yerinə yetirmək məqsədilə bir çox
q
ərarları "bazar" diktə edir. Adətən bazarın funksiyası 5 qrupa bölünür:
1.
Qiymətqoyma;
2.
İnformasiya;
3.
Vasitəçilik;
4.
Tənzimləmə;
5.
Sağlamlaşdırma.
Bu funksiyalar
hansı əlamətlərinə görə fərqləndirilir və bazar onları hansı
formada h
əyata keçirir?
Qiymətqoyma. Tələb və təklif qanununa müvafiq olaraq qiymət bazarda təyin