170
Biz
hər gün televiziya ekranlarında nümayiş etdirilən onlarla reklamlarda xarici
malların təbliğ edildiyinin şahidi oluruq. Biz, bununla yanaşı həmçinin
qonşularımızın, dost və tanışlarımızın maşın alarkən əvvəlkitək rus modelinə deyil,
alman, yapon, koreya, amerikan
və digər ölkələrin avtomobillərinə üstünlük
verdiyini
də görürük. Qəzetlərdə də tez-tez xarici firma və şirkətlərin ölkəmizdə
fəaliyyət göstərdiyi, filiallar və nümayəndəliklər açdığı haqqında məlumatlarla
rastlaşırıq.
Belə xəbərlər bəzən bir qrup adamları qıcıqlandırır, narahat edir. Lakin
iqtisadçılar bir az fərqli düşünür və hesab edirlər ki, beynəlxalq ticarət ölkələr üçün
faydalıdır. Heç bir ölkə özünü dünyadan tədric etməklə yaşaya bilməz.
Buna
oxşar siyasəti Sovetlər Birliyi Stalinin hakimiyyəti dövründə aparırdı.
Lakin
belə siyasət iqtisadi cəhətdən səmərəli deyil. Axı ayrı-ayrı ölkələr iqlim
şəraitinə, təbii ehtiyatlarının zənginliyinə, vətəndaşlarının təhsil səviyyələrinə və
digər cəhətlərinə görə biri-birindən fərqlənir. Ona görə də ölkələr arasında
beynəlxalq əmək bölgüsünün nəticələri əsasında ticarət mübadiləsi hökm sürür.
Beləliklə də beynəlxalq və ya xarici ticarət qurulur. Ölkənin göndərdiyi malların və
xidmətlərin məbləği onun ixracını, kənardan gətirdikləri isə idxalını təşkil edir.
(
Təəccüblənməyin xidməti də idxal eləmək mümkündür. Məsələn, əgər xarici
nəqliyyat şirkəti Azərbaycan firmasına öz məhsullarının digər ölkəyə daşınması
işini təşkil edirsə, bu artıq xidmətin idxalı sayılır ).
İdxal və ixracın cəmi xarici ticarət dövriyyəsini təşkil edir.İdxal və ixrac
arasındakı fərqə xarici ticarətin saldosu (qalığı) deyilir. Əgər ixrac idxaldan
çoxdursa saldo
müsbət və ya aktiv, əksinə olduğu halda, yəni ixrac idxaldan az
olduqda saldo
mənfi və ya passiv adlanır.
Saldonun
müsbət və ya mənfi olmasına istinadən ölkənin inkişaf səviyyəsinə
qiymət vermək düzgün deyil.
Tələb və təklif qanunu xarici ticarət sferasında da fəaliyyətdədir. Əgər ölkədə
xarici
ticarət siyasəti tələb və təklifə əsasən qurulursa və bu siyasət təşkilatlararası
münasibətlər sistemindən ibarət olaraq minimum dövlət müdaxiləsinə məruz qalırsa,
onda
belə siyasəti azad ticarət (free trade) siyasəti adlandırırlar. Əksinə gedən
proseslər isə himayəçilik prinsiplərinə əsalandığından ona xarici ticarətdə
himayədarlıq siyasəti deyilir.
Himayədarlıq (proteksionizm) dövlətin tarif və qeyri-tarif tənzimləmə alətlərinə
söykənərək, yerli firmaları xarici şirkətlərin rəqabətindən qorumaq məqsədilə
apardığı xarici ticarət siyasətidir.
Bəs, görəsən xarici ticarətə qoşulmaq, beynəlxalq əmək bölgüsündə iştirak
etmək üçün ölkə hansı siyasətə üstünlük verməli və hansı məhsulların istehsalı üzrə
ixtisaslaşmalıdır?
171
Adam Smit hesab edir ki, bu suala bazar cavab
verə bilər, lakin bu zaman hər bir
ölkənin təbii və qazanılmış üstünlüklərini nəzərdən qaçırmaq olmaz. Belə ki, hələ
vaxtilə Smit də əsərlərində sübut edirdi ki, əgər ticarət məhdudlaşdırılmırsa
azaddırsa, onda hər bir ölkə rəqabətdə üstünlük qazandığı malların istehsalı üzrə
ixtisaslaşır. Beləliklə də bu ölkələrin resursları rentabelli sahələrə axır və nəticədə
ölkə qeyri-rentabelli sahələrlə rəqabət apara bilmir.
Bu
sualın cavabını taparkən ilk növbədə müxtəlif malların istehsalı ilə əlaqədar
olan
məsrəflərə nəzər yetirməli və o məhsulu seçmək lazımdır ki, onun həmin
ölkədə buraxılışı ucuz başa gəlir. Məsələn, biz hamımız təsdiq edərik ki,
Azərbaycanda ananasın istehsalına çəkilən xərc Ekvadordan xeyli çoxdur. Çünki,
ananası Azərbaycanda yalnız istixanalarda yetişdirmək olar ki, bu da çoxlu xərc və
xüsusi qulluq
tələb edir. Amma Ekvadorda ananas təbii yetişir. Bu o deməkdir ki,
Ekvador ananas
istehsalında mütləq üstünlüyə malikdir. Azərbaycanın isə Ekvador
qarşısında mütləq üstünlüyü neft hasilatı hesab olunur. Bu çox sadə haldır. Deməli,
isti tropik
ölkələrə biz neft, sənaye məhsulları ixrac edə, ordan isə banan, ananas və
digər tropik meyvələr gətirə bilərik. Bunu ilk dəfə olaraq məhşur ingilis iqtisadçısı
David Rikardo
müqayisəli üstünlüklər vasitəsilə sübuta yetirmişdir.
Beləliklə, Adam Smitin əsasını qoyduğu bu nəzəriyyəni sonradan David Rikardo
inkişaf etdirərək müqayisəli üstünlüklər nəzəriyyəsini yaratdı. O təsdiq edirdi ki,
ticarətdə onsuz da uduş var, lakin bunun üçün ölkə daha effektiv məhsulların
istehsalı üzrə ixtisaslaşmalıdır.
Mütləq üstünlüklər
Bir
ölkə digər ölkə ilə müqayisədə resursların miqdarından asılı olaraq daha çox
məhsul istehsal edə bilər.
Nisbi üstünlük
Bir
ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul istehsal
edə bilər.
İqtisadçılar müqayisəli üstünlüklər barəsində danışarkən ayrı-ayrı insanların
müxtəlif qabiliyyətlərindən misal gətirirlər.
Təsəvvür edin ki, kiçik bir şəhərdə ən yaxşı ixtisas sahibləri olan menecer eyni
zamanda
yazı maşınında sərbəst işləməyi hamıdan yaxşı bacarır.
Menecerin texniki assistent
işini yerinə yetirməsinin iqtisadi mənası varmı?
Əlbəttə ki, yox. Menecer enerjisini öz işinin yerinə yetirilməsinə sərf etməklə
daha çox pul qazana
bilər, lakin bu zaman mütləq ixtisaslı işçini –referenti işə
götürmək tələb olunur.
Təbii üstünlüklər
Ölkə təbii resurslarına və iqlim şəraitinə minnətdar olaraq təbii üstünlüklərə nail
ola
bilər.
172
Qazanılmış üstünlüklər
İstehsalatda –texnoloji üstünlüklərə və imkanlara söykənərək müxtəlif və
mürəkkəb məhsullar hazırlamaq qabiliyyətidir. Məsələn, Yaponiya poladın iki əsas
komponenti olan
dəmir və kömürü idxal etməsinə baxmayaraq dünyanın ən iri polad
ixracatçısıdır. Bu müvəffəqiyyətin əsas səbəbi onunla bağlıdır ki, Yaponiyanın
poladəritmə zavodları yüksək effektli texnoloji proseslər tətbiq edir, əməyə və
materiala
qənaətlə yanaşır.
Oxşar olaraq ölkələr də ticarətdə o vaxt udur ki, öz resurslarını daha effektiv
istehsalatda
cəmləyə bilsinlər.
İndi isə gəlin üstünlüklər nəzəriyyəsinin aparıcı xəttini təşkil edən resurslardan
effektiv
istifadə ilə bağlı vəziyyəti iki ölkənin timsalında nəzərdən keçirək.
Fərz edək ki, iki dövlət (ABŞ və Şri-Lanka) çay və buğda istehsalı üçün eyni
miqdarda resurslara (torpaq, kapital,
əmək resurslarına) malikdir.
İstehsalat imkanlarını misallarla aydınlaşdıraq.
Tutaq ki,
ABŞ Şri-Lanka ilə müqayisədə çay və buğda istehsalında daha
effektiv imkanlara malikdir. Bu o
deməkdir ki, ABŞ hər iki məhsulun istehsalında
mütləq üstünlük daşıyır.
Hər iki ölkənin eyni miqdarda -100 resursu vardır. Əgər adı çəkilən məhsulların
istehsalını qurmaq üçün ölkələrdən hər biri öz resurslarının yarısını istifadə edirsə,
onda
aşağıdakı şəkildə cədvəl tərtib edək:
Cədvəl 19
ABŞ
Şri-Lanka
1.Bütün
resursların miqdarı
100
100
2.
Məhsulların miqdarı (çay və buğda)
2
2
3.
Hər bir məhsulun istehsalı üçün istifadə edilən
resursların miqdarı
50
50
4. 1 ton
buğdanın istehsalı üçün lazım olan
resursların miqdarı
4
10
5. 1 ton
çayın istehsalı üçün lazım olan resursların
miqdarı
5
10
Göründüyü kimi,
ABŞ-da 1 ton buğdanın və ya çayın istehsalı üçün lazım olan
resursların miqdarı xeyli aşağıdır. Bu isə həmin məhsulların istehsalının səmərəli
qurulmasına işarədir. Belə ki, yuxarıdakı cədvəl məlumatlarından göründüyü kimi,
ABŞ mövcud resurslar hesabına 10 ton çay (50 resurs: 1 ton çayın istehsalı üçün
tələb olunan 5 ədəd resursa) və 12,5 ton buğda (50 resurs: 1 ton buğdanın istehsalı
üçün
tələb olunan 4 ədəd resursa), Şri-Lanka isə 5 ton çay (50 ədəd resurs : 1 ton
çayın istehsalı üçün tələb olunan 10 ədəd resursa) və 5 ton buğda (50 ədəd resurs : 1
ton
buğdanın istehsalı üçün tələb olunan 10 ədəd resursa) istehsal edə bilər. İndi isə
bu
şəraitdə istehsalın nəticələrinə nəzər salaq. Bu məqsədlə növbəti cədvəl tərtib
edək.
Cədvəl 20
173
çay
buğda
1.
Şri-Lanka
5
5
2.
ABŞ
10
12,5
Cəmi:
15
17,5
Şri-Lanka qarşısında ABŞ çay və buğda istehsalında üstünlüyə malikdir. Lakin
bununla
yanaşı, ABŞ-da buğda istehsalında nisbi üstünlük mövcuddur. Bu onunla
bağlıdır ki, çayla müqayisədə buğda istehsalı üzrə üstünlüklər nisbətən yüksəkdir.
Göründüyü kimi, onlar
bütövlükdə 17,5 ton buğda istehsal edə bilər. Bu
məqsədlə buğda istehsalının hamısı ABŞ-da təşkil olunardısa, onda bu ölkə 70 ədəd
resurs (17,5 x 4)
istifadə edər. Yerdə qalan 30 ədəd resursu isə 6 ton çayın
istehsalına (30:5) yönəltmək mümkündür.
Yox,
əgər çay istehsalının hamısı Şri-Lankada təşkil olunardısa, onda bütün
resurslardan
istifadə etməklə 10 ton çay istehsal edə bilər.
Belə olan halda hər iki ölkədə buğda istehsalının birlikdə həcmi 17,5 ton olacaq,
çay
istehsalı isə 15 tondan 16 tonadək (6 ton ABŞ çayı+10 ton Şri-Lanka çayı)
yüksələcək.
Bu
hesablamanı əksinə də aparmaq olar, onda çay istehsalını dəyişməz saxlayıb,
bütün
resursları buğda istehsalına yönəltmək lazımdır.
İ q t i s a d i f i k i r t a r i x i n d ə n
David Rikardo (1772-1873)
İngilis iqtisadçısı David Rikardo klassik siyasi
iqtisad elminin
görkəmli nümayəndələrindən
sayılır. O, Londonda birja maklerinin ailəsində
doğulub. D.Rikardo əmək-dəyər nəzəriyyəsini
yaradıb. Onun fikrincə, məhsulun dəyərinin yeganə
mənbəyi işçinin əməyi hesab olunur, onun da
əsasında cəmiyyətin müxtəlif siniflərinin gəlirləri
durur. Buradan da
əmək haqqı ilə kapitalistin gəliri
arasında tərs mütənasibliklə asılılıq qanunu
formalaşır.
Davidin 12
yaşı olanda atası onu Amsterdama dayısının yanına göndərir.
O, burada iki il
ticarət məktəbində təhsil alır və atasının yanına qayıdandan
sonra onun birja
və ticarət əməliyyatlarına kömək edir.
16
yaşlı David yenidən Hollandiyaya qayıdır və Amsterdamda birja
əməliyyatlarının dövriyyəsindəki rəqəmlərlə işləmək bacarığına malik olur.
174
Belə ki, XİX əsrdə London birjasının Avropada oynadığı rolu XVIII əsrdə
Amsterdam
birjası oynamışdır. Bu şəxsi səfər Rikardonun həyatını dəyişir və
onun
biliklərini xeyli dərəcədə zənginləşdirir.
Rikardo bir müd
dət atasının yanında çalışandan sonra sərbəst şəkildə
maklerlik edib,
maliyyə imkanlarını xeyli yaxşılaşdırıb. Riyaziyyatın tədrisi ilə
məşğul olub, iki dəfə şerif vəzifəsinə seçilib. 1819-1823-illərdə ingilis
parlamentinin üzvü
olduğu dövrdə özünün iqtisadi baxışlarını təbliğ etməyə
başlayıb, parlament tribunasından həmişə azad ticarətin müdafiəsinə qalxıb,
proteksionizmin
əleyhinə çıxış edib. Onun tədqiqatının nəticələri Rikardonun
40
yaşı olandan sonra işıq üzü görüb. Belə ki, o, 1817-ci ildə əsas elmi əsərini
– «Siyasi
iqtisadın əsasları və vergi qoyuluşu» kitabını dərc etdirib. Rikardo
dövlətin pul-kredit siyasətinə də xüsusi diqqət yetirib. Azad ticarətin lehinə
xeyli
arqumentlər gətirən Rikardo müqayisəli üstünlüklər nəzəriyyəsinin
inkişafında xüsusi xidmətlərə malikdir.
Xülasə
1.
Beynəlxalq ticarətin əsası –ixtisaslaşmadır. Nə vaxt ki, insanlar və ya
ölkələr onların ticarət tərəfdaşlarına nisbətən aşağı alternativ dəyərlə məhsul
istehsal
edirsə, bu o deməkdir ki, ticarət onlar üçün sərfəlidir.
2.
Zəngin təbii resurslarına və əlverişli iqlim şəraitinə görə bir ölkə digər
ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun təbii
üstünlüyü hesab olunur.
3.
İstehsalatda –texnoloji üstünlüklərə və imkanlara söykənərək bir ölkə
digər ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun
qazanılmış üstünlüyü hesab olunur.
4.
Resursların miqdarından asılı olaraq bir ölkə digər ölkə ilə müqayisədə
daha çox
məhsul istehsal edə bilirsə, bu onun mütləq üstünlüyü hesab olunur.
5. Bir
ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul
istehsal
edə bilirsə, bu onun müqayisəli üstünlüyü hesab olunur.
Müzakirə üçün suallar
1.
Yaşadığımız ölkənin timsalında beynəlxalq ticarətin zəruriliyini
əsaslandırın və əhəmiyyətini izah edin. Bir anlığa təsvir edin ki, ölkəmiz
xaricdən nə mal alır və nə də ki, kənara mal göndərir. Belə olan halda hansı
nəticələrə malik olduğumuzu qiymətləndirin.
2.
Beynəlxalq ticarətin üstünlüklərini sadalayın və müzakirələr aparın.
3.
Üstünlüklər nəzəriyyəsinin fərqli cəhətlərini aşkar edin və onun hər
birini
yaşadığımız ölkənin timsalında müxtəlif məhsul növləri üzrə
qiymətləndirin.
?
175
Test
11.1.
Aşağıdakı təriflərdən hansı beynəlxalq ticarət sferasını daha
dəqiq müəyyənləşdirir.
a)
dövlət təşkilatları səviyyəsində qarşılıqlı təsərrüfat münasibətləri
b)
müxtəlif ölkələrin özəl təşkilatları səviyyəsində qarşılıqlı təsərrüfat
əlaqələri
c) iki
və ya daha çox ölkələrlə aparılan istənilən təsərrüfat əməliyyatları
11.2 Dünya
ticarəti sferasında dəyişikliklərə səbəb olan başlıca
amillər hesab olunur:
a) texnologiya
b) iqtisadi
şərait
c)
müharibə və üsyan
d) siyasi
münasibətlər
e) bütün
göstərilənlər
11.3.
Sizcə, aşağıdakılardan hansıları xarici avtomobillərin idxalından
udur:
1) yerli avtomobil
istehsalçıları
2) avtomobilin
alıcıları
3) xarici avtomobil
şirkətlərinin dilerləri
4)
dövlət
Cavab
variantları
a) 1-
cilər
b) 1
və 2-cilər
c) 2 , 3
və 4-cülər
d)
hamısı
Testlərin cavabları
1.1.
d
4.1.
c
8.1.
b
1.2.
b
4.2.
d
8.2.
a
1.3.
b
5.1.
a
8.3.
d
1.4.
b
5.2.
a
8.4.
a
2.1.
b
5.3.
d
9.1.
c
2.2.
c
5.4.
d
9.2.
d
2.3.
d
5.5.
a
9.3.
c
2.4.
c
5.6.
d
9.4.
a
2.5.
c
6.1.
a
10.1.
b
2.6.
a
6.2.
d
10.2.
c
2.7.
b
6.3.
b
10.3.
b
?
!
176
2.8.
b
7.1.
c
11.1.
c
2.9.
b
7.2.
d
11.2.
e
3.1.
d
7.3.
c
11.3.
c
3.2.
e
7.4.
c
Tövsiyə olunan ədəbiyyatların siyahısı
1. Липсиц Игорь, Экономика без тайн, Экспериментальный учебник для
10-
11 классов общеобразовательных школ, М., Вита-Пресс, 1994.
2. Липсиц И.В., Экономика, История и современная организация
хозяйственной деятельности, Учебник для 7-8 классов общеобразовательных
школ, М., Вита-Пресс, 1999.
3. Экономика, под общей редакцией Л.Б.Азимова, Д.А.Петрина, Учебное
пособие для старших классов общеобразовательных учреждений, М., Олимп:
ООО «Фирма «Издательство АСТ» 1999.
4. Автономов В.С. Введение в экономику: Учебник для 9, 10 классов
общеобразовательных учреждений, М.: Вита-Пресс, 1998
5. Азимов Л.Б., Преподавние курса «Введение в экономику»: Пособие для
учителья, М.: Вита-Пресс, 1998
6. Азимов Л.Б. , Журавская Е.В. Уроки экономики в школе: Активные
формы преподавания - М.: Аспект –пресс, 1995.
7. Макарова О.Ю., Раев В.А. Тесты по экономике.- М.: Вита- Пресс, 1995.
8. Мицкевич А.А. Сборник заданий по экономике.- М.: Вита- Пресс, 1996.
9.
Равичев С.А., Григорьев С.Э., Протасевич Т.А., Свахин А.С. Сборник
тестовых заданий по экономике.- М.: МЦЭБО, 1997.
10. Носова С.С. Основы экономики: Учеб. для студ. образоват. учреждений
сред. проф. образования. – М.: Гуманит. изд. центр ВЛАДОС, 2002.- 272 с.
177
Redaktor:
Azər MEHTİYEV
Texniki redaktor:
Samir
ƏLİYEV
Korrektor:
Aysel SÜLEYMANOVA
Operator:
Sona
MƏMMƏDOVA
Yığılmağa verilib 10.07.2004
Çapa
hazırlanıb 12.09.2004
Format 60x84 1/8
Həcmi 25 şərti ç.v.
Kağız 75 qr. Ofset
Tiraj 1000
Kitab “Nurlan”
mətbəəsində çap olunub.
Document Outline - А
- D
- D
- D
- S
- İ
- Şəkil 14. Tələbin azalması
- Şəkil 16. Təklifin azalması
- Gəlin nəzərə alaq ki, yoxsulluq hər yerdə yayılmasına baxmayaraq, özünü müxtəlif ölkələrdə fərqli şəkildə büruzə verir. Bu aşağı gəlir, kəskin insani mərhumiyyətlər, resurslarla pis təminat, imkanların reallaşdırıla bilinməməsi və s. xarakterizə olun...
- Bazarın növləri və onların xarakterik əlamətləri
- Beləliklə, fərdi müəssisənin üstünlüklərinə aid edilir:
- TR
- Цмуми мящсул
- Son hədd məhsulu (əmək vahidinə)
- Baza ili ilə müqayisədə 3 adda məhsulun qiymətləri (manatla)
- Ширкятляр
- Ев тясяррцфаты
- Дювлят
- фирмалар
- Б
- А
- Д
- Е
- Г
- Ъ
- Nisbi üstünlük
Dostları ilə paylaş: |