Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

Biznes planda müfəssəl təsvir etməzdən əvvəl biznes düsturunun
düzgün dərk edilməsi son dərəcə əhəmiyyətlidir. 
Mando Group
da  JAB  Design 
kimi biznes planı əsasında çoxsaylı ssudalar
almışdır.
Proqnozlar risklə müşayiət olunur və proqnozlaşdırma dərəcəsi
investorun riskə münasibətindən asılı olur. İnvestorlar əksər hallarda
risk etməyə meylli olmur və aktivlərinizə görə ödəmə tələb edir.
Hər kəsə məlumdur ki, əqli mülkiyyət kimi qeyri-maddi aktivləri
təminat  qismində  istifadə  etmək  olduqca  çətindir.  Banklar
biznes aktivləriniz və ya şəxsi əmlakınız əsasında zəmanətləri
qəbul edərək, riskin qismən sizə aid olduğunu təkidlə bildirdiyi
təqdirdə, vençur kapitalı firmaları bir qayda olaraq, öz üzərinə
daha  çox  risk  götürəcək,  lakin  müəssisənizin  böyük  paya
malik olması baxımından daha çox geri ödəmə tələb edəcək.
Ayrı-ayrı  regionlarda  biznesin  konkret  növlərinin  ilkin  start
qrantları və ya ssudalarla təmin edilməsi üçün çoxsaylı me -
todlar mövcuddur. Onlar o qədər tez-tez dəyişirlər ki, bura da
konkret olmağa ehtiyac qalmır. Kreditlərə zəmanət proqramlarına
mü raciət  etmək,  vergi  güzəştlərinin  üstünlüklərindən  fay -
dalanmaq və ya tərəfdaşlığın maliyyələşdirilməsinə nail olmaq
üçün  mütəxəssislər,  müşavirlər,  dostlar  və  dəstək  agen t -
liklərindən maliyyə məsləhəti alın. Qeyd etmək lazımdır ki,
Birləşmiş Krallığın Gəlirlər və Gömrük İdarəsi (HMRC) vergilərin
yığılması ilə yanaşı, hərtərəfli yardım və məsləhət də təqdim
edir. Biznesə dəstək agentlikləri müasir tələblərə cavab verən
məsləhətlərlə təmin olunacaq və onlarla əlaqə üçün məlumatları
veb  saytda  tapa  biləcəksiniz 
(Kitabın  sonunda  verilmiş
Əlavə Məlumat bölməsinə nəzər salın).
Eyni  zamanda  vurğulanmalıdır  ki,  qrantların  və  ssudaların
verilməsi  həmişə  müəyyən  şərtlərdən  asılıdır  və  müraciət
prosesi müəyyən qədər vaxt apara, bəlkə də layihələr üzərində
işi  ləngidə  bilər.  Müşahidələrim  göstərir  ki,  ən  pis  halda
münasib olmayan qrant yardımı təşkilatları yanlış istiqamətə
yönəldir. Bəzən müəssisələr qrant və ssudalar almaq üçün
kömək  istəyirlər.  Əslində  isə  həmin  an  onlara  daha  güclü
mövqe nümayiş etdirmək və qrant yaxud ssudalardan daha
az  asılı  olmaq  üçün  əvvəlkindən  fərqlənən  biznes  modeli
hazırlamaq  lazımdır.  Bu  səbəbdən  qrant  və  ssudalar  üçün
müraciət  edib-etməməyə  qərar  verməzdən  öncə  onların
üstünlük və çatışmazlıqlarının qiymətləndirilməsi məqsədəuyğun
hesab olunur.
Maliyyə Nəzarəti Paneliniz
67


Эюзцнцзц
рентабеллийи вя
наьд пул 
ахыныны
эюстярян
эюстяриcилярдян
айырмайын


Əksər  hallarda,  maliyyə  və  mühasibat  yaradıcı  insanlar
tərəfindən biznesin cansıxıcı tərəfi kimi qiymətləndirilir, lakin
onlara  əhəmiyyət  verməyən  şəxslər  bizneslərinin  gələcək
taleyi nə  nəzarət  etmək  iqtidarında  olmurlar.  Bu  sanki  cihaz
panelinə baxmadan avtomobili idarə etməyə bənzəyir. Uğurlu
sahibkarlar müfəssəl maliyyə məlumatlarını bütünlükdə nəzərdən
keçirməyə ehtiyac duymasalar da, başlıca maliyyə tədbirlərinə
nəzər  yetirməlidirlər.  Bu,  avtomobilin  sürət,  yanacaq  və  yağ
təzyiqi kimi vacib məlumatları əks etdirən cihazlar paneli ilə
eynilik  təşkil  edir.  Maliyyə  ekvivalentləri  dedikdə,  rentabellik
(hər layihə üzrə və ümumilikdə), nağd pul axını və xalis aktivlər
nəzərdə tutulur.
Hər bir müəssisənin biznesin idarə edilməsi zamanı həmişə
göz qabağında olan sadə, lakin effektiv 
Maliyyə Göstəriciləri
Panelinə 
ehtiyacı vardır. Hərtərəfli tədbirlər sırasına maliyyə
sahəsindəki təmayüllər və maliyyə əmsalları daxil edilir. Əgər
siz gözünüzü rentabelliyi və nağd pul axınını göstərən gös tə -
ricilərdən ayırmırsınızsa, o zaman sürət zolağındakı hərəkətiniz
qəza və ya yanacaq çəninin boşalması ilə nəticələnə bilər.
Daha  müfəssəl 
Biznes  Göstəriciləri  Panelində
xüsusi
əhəmiyyətə malik digər göstəricilər, habelə başlıca maliyyə
tədbirləri nəzərə alınacaqdır.
Maliyyə Təminatının Yaradılması
Maliyyə təminatına fasiləsiz əmək fəaliyyətinizdən asılı olmayan
gəlir axınlarının yaradılması yolu ilə nail olunur. Sözügedən
gəlir  axınları  fəaliyyətsiz  qaldığınız  zaman  cərəyan  edən
axınlardır. Həmin nağd pul axınını meydana gətirən məhsullar
vaxt  ötdükdən  sonra  da  satıla  bilər.  Tamamilə  aydındır  ki,
yaradıcılıq sahələrində buna, əqli mülkiyyətinizin istifadəsi və
istismarı nəticəsində nail olunur. Məharətlə idarə olunan əqli
68
Maliyyə Göstəriciləri Paneli
Biznes Göstəriciləri Paneli
səhifə 99-a baxın


69
Əsas Məqamlar
1     Arzuolunan məbləğdə pula sahib olacağınız günü
gözləməyin - o gün gəlməyə də bilər.
    Biznes maliyyənizə üç müxtəlif nöqteyi-nəzərdən
yanaşmaqla, onun mahiyyətini dərk edin.
    Biznesinizə nəzarət etmək və onu planlaşdırmaq
üçün artıq baş vermiş hadisələr haqqında maliyyə
hesabatlarından yox, idarəetmə hesabatlarından da
istifadə edin.
    Sabit xərcləri nəzarət altında saxlayın.
    Maliyyə vəsaitlərini cəlb etmək üçün biznes
düsturunuz vasitəsilə dayanıqlı gəlir axınlarının necə
yaradıldığını nümayiş etdirməlisiniz.
    Nəyin qiymətləndirilməli olduğunu qərarlaşdırın,
bundan sonra maliyyə göstəriciləri panelini hazırlayın
ki, vəziyyəti nəzarət altında saxlaya biləsiniz. Sürət
zolağında qəza törətməmək və yanacağı
tükətməmək üçün gözünüz həmişə göstəricilərdə
olmalıdır.
    Mühasibdən vergiqoyma, ƏDV və digər məsələlər
barədə peşəkar məsləhət alın.
    Söhbət yalnız müəssisənin gəlirlərindən getmir –
sosial müəssisələr izafi dəyər də yaratmalıdır.
    Qrantların və ssudaların verilmə şərtləri ilə tanış olun.
10   Əqli Mülkiyyətinizdən istifadə etməklə maliyyə
təminatı yaradın.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə