Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

Ideas in Action
JAB Design Konsaltinq Agentliyi
Sənaye Məhsulunun Hazırlanması
70
JAB Design beynəlxalq mükafata layiq görülmüş
istehsal şirkətidir və kommersiya nöqteyi-nəzərindən
yeni uğurlu məhsulların hazırlanması üçün
innovatorlar və istehsalçılar ilə əməkdaşlıq edir.
Şirkət tibbi cihazların, işıqlandırma, mebel,
laboratoriyanın avtomatlaşdırılması avadanlıqlarının,
məxaric materiallarının, elektronika malları üçün
korpusların və bir sıra digər məhsul növlərinin
hazırlanması üzrə təcrübəyə malikdir.
İdarəedici Direktor vəzifəsini icra edən Conatan
Batters belə deyir: "Yalnız bir sahədə ixtisaslaşmaq
əvəzinə biz bütün ənənəvi istiqamətlər üzrə fəaliyyət
göstəririk. Çünki bu, onlar arasındakı qarşılıqlı təsir
sahəsidir və maraqlı, habelə yaradıcı xarakter
daşıyır. Məsələn, biz adətən peşəkarlar tərəfindən
istifadə olunan tibbi avadanlığı istehlak malları
sahəsindəki təcrübəmizə əsaslanaraq elə düzəldirik
ki, ehtiyacı olan xəstələr onlardan evdə müstəqil
surətdə istifadə edə bilsinlər. Analoji olaraq,
psixologiya və mühəndislik və ya elektronika və
sosiologiya arasındakı qarşılıqlı əlaqə də yeni
kreativ dizaynların hazırlanmasına səbəb olur".
"Özü üçün işləyən dizaynerin yaratdığı eqosentrik
dizayn heç vaxt yaxşı sayıla bilməz. Dizayn bir
prosesdir," o vurğulayır. "Dizayn prosesi fərqli
maraqlara malik müxtəlif icmaların, o cümlədən
son istifadəçinin və məhsulun satışı, qorunub
saxlanılması və reallaşdırılması üzrə məsuliyyət
daşıyan şəxslərin ehtiyaclarının qarşılanması
məqsədilə müştəri ilə dialoqun qurulmasını nəzərdə
tutur." Uğurlu dizaynerlər müştərilərin istəklərini
anlayırlar. Onun sözlərinə görə, yaradıcılıq sahəsinin
Karavacco (Caravaggio) və Da Vinçi (Da Vinci) kimi
dahiləri bədii cəhətdən təcrid olunmaq əvəzinə
müştərilər üçün işləməyə üstünlük vermiş və bədii
təfəkkür ilə müştərilərin tələbləri arasında ziddiyyət
yaratmadan daxili aləmlərinin bir hissəsini
əsərlərində əks etdirməyi bacarmışlar.
Mühəndislik sahəsində təcrübəyə malik olan
Conatan biznesə 1999-cu ildə fərdi sahibkar
olaraq başlamış, 2001-ci ildə isə biznesə dəstək
agentliklərinin, o cümlədən "Creative Business
Solutions" şirkətinin köməyi ilə yeni şirkət üçün
biznesin inkişafı strategiyasını işləyib hazırlamışdır.
Onların biznes planı əsas diqqətin yönəldilməli
olduğu inkişaf istiqamətlərini (məsələn,
biotexnologiya, tibbi və xilasetmə avadanlıqları)
müəyyən etmişdir. Onlar hər bir sahədə uğurlu
məhsullar hazırlamışlar ki, bu da öz növbəsində
həmin sahədə çoxsaylı işlərin görülməsinə gətirib
çıxarmışdır. Conatan inkişaf metodunu "böyük balığın
tilova düşməsi üçün kiçik balıqdan istifadə olunması"
kimi xarakterizə edir.
Biznesin inkişafı borc vəsaitlərindən asılı idi,
bankların və digər sponsorların nəticə etibarilə
"risk etməyə meylli olmayan qrup"un tərkibində yer
aldığını aşkar etmək Conatanı məyus etdi (bu heç də
təəccüblü deyildi!). Conatanın şəxsi bankı onun
kredit almaq üçün etdiyi müraciətə rədd cavabı verdi
və digər müəssisələr də ilk baxışdan bu məsələyə
laqeyd yanaşdılar. O, riski bölüşməyə hazır olan
sponsorları tapa bilmək üçün şəxsi evini yenidən
girov qoyub verdiyi sözü gördüyü işlə sübuta
yetirənə qədər bu çətin  proses davam etdi.
"Sponsorlar əmin olmaq istəyirlər ki, siz problemin
bütün əzab-əziyyətini hiss edirsiniz və biznesin təşkili
üçün əlinizdə olanların hamısını qurban verməyə
hazırsınız." Təqribən 200 000 funt sterlinqdən ibarət
yekun maliyyə paketi Merseyside Xüsusi İnvestisiya
Fondundan, Kiçik Firmalar üçün Kreditlərə Zəmanət
Proqramından (Lloyds TSB vasitəsilə) alınmış borc
vəsaitlərindən və Conatanın şəxsi evini yenidən
girov qoymaqla əldə etdiyi kreditlərdən təşkil
olunmuşdu. Maliyyə paketinin tərkibinə Business
Link və Business Liverpool tərəfindən verilən qrant
vəsaitləri də daxil idi.
Həmin vaxtdan sonra JAB Design 9 əməkdaşdan
ibarət personal, 20 müştəri və illik təqribən 750 000
funt sterlinq məbləğində dövriyyə ilə çiçəklənən
biznesə çevrilmişdir.
Conatan personalı işə götürməzdən əvvəl  şirkətin
əmək müqaviləsinin müfəssəl şəkildə hazırlanmasını
www.jabdesign.co.uk


təmin etmək üçün hüquqi məsləhətlərə sərmayə
yatırdı. Bundan sonra şirkət müasir tələblər
səviyyəsində hazırlanmış əmək müqavilələrinin
mövcudluğu səbəbindən apelyasiya və əks iddialara
imkan yaratmadan müvafiq prosedurlara riayət
etməklə personal ilə bağlı bəzi məsələlərin
öhdəsindən gəlməyi bacardı.
Artıq bir nəfərlik orkestr kimi fəaliyyət göstərməyən
Conatan hal-hazırda işin icrasına deyil, idarə
olunmasına daha çox vaxt sərf edir və bu prosesi
"daha yüksək mövqe tutmaq" adlandırır. Onun
personalı qabaqcıl texnologiyadan (SolidWorks 3D
CAD proqram təminatı) istifadə etməklə əsas diqqəti
dizayn işinin təşkilinə yönəldir və Conatan isə
özünün dediyi kimi, "ən üst hissəyə keyfiyyətli təbəqə
əlavə edərək" bütün layihələrə nəzarət edir. Onun
başlıca vəzifələrindən biri müştərilərlə əlaqələrin
qurulmasından ibarətdir. Sözügedən prosesin
tərkibinə xülasələrin və texniki spesifikasiyaların
yazılması, işin mərhələlərinin müştəri ilə
razılaşdırılması və müştərilərin gözləntilərinin
formalaşdırılması daxildir. Conatanın fikrincə, bütün
bunlar üçün "bəzən BMT səviyyəsində təşkil
olunmuş diplomatiya" tələb olunur.
Şirkətin Ticarət Şərtləri (şirkətin veb saytı vasitəsilə
tanış olmaq mümkündür) erkən mərhələdə
mütəxəssislərin iştirakı ilə hazırlanmışdır və Conatan
həmin mərhələni mühüm addım kimi qiymətləndirir.
Konkret müştərilər tərəfindən qaldırılmış bəzi
məsələlərin aydınlaşdırılması məqsədilə Ticarət
Şərtlərinə həmin vaxtdan etibarən iki dəfə dəyişiklik
edilmişdir. Bundan sonra JAB Design ilə müştəri
arasında ciddi mübahisə yaransa da şirkət ticarət
şərtləri və qaydalarının etibarlı və əsaslandırılmış
xarakteri səbəbindən həmin mübahisəni
məhkəmədən kənar qaydada həll etməyi
bacarmışdır.Ən mühüm bəndlər isə əqli mülkiyyətin
müştəriyə ötürülməsi ilə bağlıdır. Qeyd etmək
lazımdır ki, əqli mülkiyyətin ötürülməsi haqqında
bu bəndlər nağd pul axınını təmin edən müştəri
ödənişləri ilə əlaqəlidir. Sonuncu layihələrdə
JAB Design dizayn haqlarındakı azalma müqabilində
məhsul satışından əldə olunan qonorarlar vasitəsilə
ödənişlər barəsində razılığa gəlmişdir.
Conatan şirkətin dəyərləri barəsində danışarkən
belə deyir: "Bizi mənasız əşyalar deyil, həyatın
keyfiyyətini yüksəldən məhsullar maraqlandırır.
Tibbi və xilasetmə avadanlıqları bizim üçün xüsusi
əhəmiyyət kəsb edir, keyfiyyətli həyata idman və
istirahət üçün məhsullar da daxildir. Biz hərbi
sifarişlər qəbul etmirik." JAB Design şirkətinin digər
layihəsi - dərin sularda balıq ovu üçün nəzərdə
tutulan və il ərzində 50 insanın həyatını xilas
edəcəyi proqnozlaşdırılan yeni, daha təhlükəsiz
avadanlığı sifariş edən müştərinin məxfiliyi nəzərə
alınır. Dəyişiklikləri izləyin!
Kitabda yer alan müvafiq ideya və mövzulara keçidlər:
      Yaradıcı Kimyagərlik
(səhifə 8-ə baxın)
      Biznes – müştərilərlə dialoq vasitəsi kimi 
(səhifə 38-ə baxın)
      İşlək biznes yox, idarə olunan biznes
(səhifə 81-ə baxın)
      Maliyyə vəsaitlərinin cəlb edilməsi və dəstək agentliklərinin
xidmətlərindən istifadə olunması 
(səhifə 66-ya baxın)
      Əqli Mülkiyyətə sahiblik və onun müştərilərə ötürülməsi 
(səhifə 56-ya baxın)
 Dəyərlər 
(səhifə 11-ə baxın)


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə