77
Əsas Məqamlar
1
Maliyyə öhdəliyinizi dərk edin.
2 Maliyyə öhdəliklərinizi məhdudlaşdırmaq üçün şirkətin
əsasının qoyulmasının üstünlük və çatışmazlıqlarını
nəzərdən keçirin.
3 Biznes risklərinin bərabər paylanması məqsədilə müxtəlif
fəaliyyət və layihələr üçün ayrı-ayrı şirkətlərlə işləməyi
nəzərdə tutun.
4 Hansı istiqamətə gedəcəyinizi dəqiq müəyyən edin.
"Lifestyle" biznes ilə məşğul olmaq yoxsa son nəticədə satışa
çıxara biləcəyiniz bir müəssisəyə sahib olmaq istədiyinizi
qərarlaşdırın. Biznes strategiyanızı dəstəkləmək üçün
müxtəlif strukturlardan istifadə edin - strukturun biznes
fəaliyyətinizin istiqamətini diktə etməsinə yol verməyin.
5 Sosial müəssisələr İctimai Maraqlar Naminə Fəaliyyət
Göstərən Şirkət olmaq variantını nəzərə almalıdır..
6 Korporativ strukturun ilkin mərhələdə düzgün qurulması,
sizi sonrakı mərhələdə meydana gələ biləcək çoxsaylı
əngəllərdən qoruya bilər.
7 Strukturunuza imic və brendinq baxımından - müştərilərin
nöqteyi-nəzərindən yanaşın.
8 Zərurət olduqda, biznes konsultantı və ya mühasibdən
mütəxəssis məsləhəti alın.
9 Virtual təşkilatlar vasitəsilə tərəfdaşlıq münasibətlərini
nəzərdən keçirin.
10 Müəssisənizin fəaliyyətinin hansı aspektlərinin
müəssisədaxili qaydada həyata keçirilməli olduğunu və ya
həvalə edilməli olduğunu qərarlaşdırın.
Gerçəkləşən İdeyalar
Red İstehsal Şirkəti
Teledramların İstehsalı Şirkəti
78
İş gününün sonu (Clocking Off), İkinci gəliş
(Second Coming) və Kazanova (Casanova)
mükafata layiq görülmüş Red İstehsal Şirkəti
tərəfindən çəkilmiş teledramların yalnız bir
neçəsidir. “Red” şirkətinin əsası Cimmi
Makqovernin ssenari müəllifi olduğu
Hillsboro
(Hillsborough) filmi kimi bir sıra ekran işləri ilə
yüksək nailiyyətlər qazanmış Nikola Şindler
tərəfindən qoyulduqdan sonra Rassel T Devisin
ssenarisi əsasında çəkilmiş Yaxın Dostlar
(Queer as Folk) teleserialı onların ilk uğuru
oldu.
"Tele-istehsal sahəsi müstəqil bir dünyadır",
idarəedici direktor Endryu Kritçli qeyd edir.
Bu səbəbdən "Red" şirkəti istehsal
ehtiyaclarına uyğun olaraq genişlənmək və
kiçilmək məqsədilə ştatdankənar işçiləri cəlb
edir. "Red" şirkəti cəmi 8
nəfərdən ibarət
personal və Teleyayım şirkətində icarəyə
götürdüyü ofis sayəsində sabit xərclərini
minimum həddə saxlayır. Klassik "layihə
təşkilatı" hesab olunan "Red" şirkəti müxtəlif
televiziya filmlərinin istehsalı
üçün yüzlərlə
insanı ştatdankənar əsasda işə cəlb edir.
Endryu Kritçlinin sözlərinə görə, yaradıcılıq
və kommersiya nöqteyi-nəzərindən uğurlu
müəssisə kimi qiymətləndirilən "Red" şirkətinin
rentabelli fəaliyyətini
onun gəlirlilik göstəriciləri
deyil, miqyası şərtləndirir. Cəmi 5%-lik gəlirlilik
dərəcəsi ilə 5 milyon funt-sterlinq məbləğində
istehsal 0.25 milyon funt-sterlinq dəyərində
gəlir gətirir.
Şirkət hər bir
istehsal prosesi üçün məhdud
məsuliyyətli cəmiyyətlər yaradır, həmin
"xüsusi təyinatlı obyektlər" (XTO) isə "Red"
şirkətinə hər bir müəssisə ilə bağlı yaranan
biznes risklərini ayrı-ayrı hissələrə bölmək
imkanı verir. Red İstehsal Şirkəti
(www.redproductioncompany.com,
www.ind dvd.co.uk)
Second Coming Ltd, Linda
Green Ltd, Bob and Rose Ltd kimi bir sıra
digər törəmə şirkətlər üçün mərkəz rolunu
oynayır və müvafiq istehsal prosesi ilə bağlı
təsis edilmiş ayrı-ayrı şirkətlərə (XTO)
malikdir. Hər bir şirkət ona həvalə olunmuş
istehsal prosesini bütünlüklə həyata keçirir və
XTO-lar isə onların
müvafiq ekran işləri ilə
bağlı hüquqların, formatın və DVD disklərin
satışından əldə olunan cari gəlir axınlarının
cəmləşdirilməsi məqsədilə aktiv fəaliyyətini
davam etdirir.
Tele-istehsal sahəsinin biznes mühitinin ticarət
şərtlərində baş
verən dəyişikliklər istehsal
olunan televiziya filmləri ilə bağlı əqli
mülkiyyət hüquqlarının böyük hissəsini
özündə qoruyub saxlayan müstəqil
istehsalçılara daha böyük üstünlüklər verir.
Bu vəziyyət Pact
19
ticarət assosiasiyasının
müdaxiləsi və Ofcom
20
telekommunikasiya
idarəsinin normativ-hüquqi aktlarındakı
dəyişikliklər səbəbindən meydana gəlir.
Bu dəyişikliyə
cavab olaraq və yeni
imkanlardan faydalanaraq, "Red" şirkəti
hüquqların, formatın (məsələn, Yaxın Dostlar
(Queer as Folk) teleserialının formatının
ABŞ-ın kabel şəbəkəsinə satılması) və şirkətin
istehsalı olan teleserialların yazıldığı DVD
disklərin satışı vasitəsilə öz ekran işlərində əqli
mülkiyyətdən getdikcə daha çox istifadə edir.
Marketinq və merçandayzinq fəaliyyətinə
DVD etiketi "inD" ("inD DVD Ltd" şirkətinin
təsis edilməsi üçün müxtəlif istiqamətli
istehsal şirkətlərinin iştirakı ilə yaradılmış
müştərək müəssisə) vasitəsilə nail olunur.
www.redproductioncompany.com
www.ind-dvd.co.uk.