Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

aktivlərə  nəzarət  edir.  İş  başa  çatan  kimi  virtual  təşkilat
mövcudluğunu  dayandıra  bilər,  lakin  onun  müstəqil  üzvləri
sürətli  şəkildə  fərqli  kombinasiyada  birləşərək  yeni  virtual
təşkilatın əsasını qoya bilərlər.
Şəbəkə Təşkilatı bir sıra müstəqil təşkilatların və ya şəxslərin
(məsələn, dizayner, istehsalçı və təchizatçılar) ümumi məqsəd
naminə bir-biri ilə əməkdaşlıq etməsi kimi təsvir oluna bilər. Bu
termin müxtəlif hissələrin ənənəvi iyerarxik struktur ilə müqayisədə,
nisbətən təbii və müstəqil şəkildə qarşılıqlı təsirdə olduğu daha
böyük təşkilatı xarakterizə etmək üçün də istifadə oluna bilər.
Üçyarpaq Yonca (Shamrock) Təşkilatı termini Çarlz Hendi
18
tərəfindən müəyyən edilmişdir və 3 hissəni - əsas işçilər, layi -
hənin  ştatdankənar  əməkdaşları  və  subpodratçı  firmaları
birləşdirən biznesi xarakterizə edir.
Red İstehsal Şirkəti
bu
mode lin  uğurlu  nümunəsidir.  Azsaylı  əsas  işçi  personalın
köməyi lə o, teledramların istehsalı üçün tələb olunan yüzlərlə
ştatdankənar əməkdaşı işə cəlb edir və merçandayzinq kimi
vəzifələrin icrasını xüsusi müştərək müəssisəyə həvalə edir.
Üçyarpaq  yonca  (shamrock)  modelinə  istinad  etmək
Klub
Sendviç  (Club  Sandwich)  Təşkilatı 
anlayışının  əsasını
təşkil edir. Sözügedən təşkilat:
A.
"klub üzvləri"nin qarşılıqlı sosial münasibətlər və vasitələrinə
ehtiyac duyan yaradıcı insanlara xüsusi diqqət yetirir,
B.
əsas işçi personalı, ştatdankənar əməkdaşları və subpodratçı
firmaları özündə birləşdirən üç "təbəqə"ni istiarə kimi təqdim
edir, habelə
C.
klub Sendviçin müxtəlif tərkibə malik içlikləri ilə müqayisə
oluna bilən üç hissə arasındakı qarşılıqlı asılılığı və müxtəlif
əlaqə səviyyələrini əks etdirir.
Korporativ strukturlar ilə bağlı məsələlərin diqqətlə düşünülüb
təhlil edilməsi yaradıcı müəssisənin fəaliyyətinin ilk günlərində
əhəmiyyətsiz əngəl kimi görünə bilər, lakin biznes düsturunun
məhz bu hissəsi düzgün dərk edilərsə, siz sonrakı mərhələdə
çoxsaylı  problemlərin  yaranmasının  qarşısını  ala  və  uğura
gedən  yolunuz  boyu  sizinlə  birgə  addımlayan  bir  köməkçi
qazana bilərsiniz.
Yekun olaraq qeyd olunmalıdır ki, təşkilati strukturlar haqqında
qəbul  edilən  qərarlar  biznes  strategiyanızı  idarə  etməməli,
onu dəstəkləməlidir.
76
Klub Sendviç 
(Club Sandwich) Təşkilatı
Gerçəkləşən İdeyalar 
— 
səhifə 78-ə baxın


77
Əsas Məqamlar
1
     Maliyyə öhdəliyinizi dərk edin.
    Maliyyə öhdəliklərinizi məhdudlaşdırmaq üçün şirkətin
əsasının qoyulmasının üstünlük və çatışmazlıqlarını
nəzərdən keçirin.
    Biznes risklərinin bərabər paylanması məqsədilə müxtəlif
fəaliyyət və layihələr üçün ayrı-ayrı şirkətlərlə işləməyi
nəzərdə tutun.
    Hansı istiqamətə gedəcəyinizi dəqiq müəyyən edin.
"Lifestyle" biznes ilə məşğul olmaq yoxsa son nəticədə satışa
çıxara biləcəyiniz bir müəssisəyə sahib olmaq istədiyinizi
qərarlaşdırın. Biznes strategiyanızı dəstəkləmək üçün
müxtəlif strukturlardan istifadə edin - strukturun biznes
fəaliyyətinizin istiqamətini diktə etməsinə yol verməyin.
    Sosial müəssisələr İctimai Maraqlar Naminə Fəaliyyət
Göstərən Şirkət olmaq variantını nəzərə almalıdır..
    Korporativ strukturun ilkin mərhələdə düzgün qurulması,
sizi sonrakı mərhələdə meydana gələ biləcək çoxsaylı
əngəllərdən qoruya bilər.
    Strukturunuza imic və brendinq baxımından - müştərilərin
nöqteyi-nəzərindən yanaşın.
    Zərurət olduqda, biznes konsultantı və ya mühasibdən
mütəxəssis məsləhəti alın.
    Virtual təşkilatlar vasitəsilə tərəfdaşlıq münasibətlərini
nəzərdən keçirin.
10   Müəssisənizin fəaliyyətinin hansı aspektlərinin
müəssisədaxili qaydada həyata keçirilməli olduğunu və ya
həvalə edilməli olduğunu qərarlaşdırın.


Gerçəkləşən İdeyalar
Red İstehsal Şirkəti
Teledramların İstehsalı Şirkəti
78
İş gününün sonu (Clocking Off), İkinci gəliş
(Second Coming) və Kazanova (Casanova)
mükafata layiq görülmüş Red İstehsal Şirkəti
tərəfindən çəkilmiş teledramların yalnız bir
neçəsidir. “Red” şirkətinin əsası Cimmi
Makqovernin ssenari müəllifi olduğu Hillsboro
(Hillsborough) filmi kimi bir sıra ekran işləri ilə
yüksək nailiyyətlər qazanmış Nikola Şindler
tərəfindən qoyulduqdan sonra Rassel T Devisin
ssenarisi əsasında çəkilmiş Yaxın Dostlar
(Queer as Folk) teleserialı onların ilk uğuru
oldu.
"Tele-istehsal sahəsi müstəqil bir dünyadır",
idarəedici direktor Endryu Kritçli qeyd edir.
Bu səbəbdən "Red" şirkəti istehsal
ehtiyaclarına uyğun olaraq genişlənmək və
kiçilmək məqsədilə ştatdankənar işçiləri cəlb
edir. "Red" şirkəti cəmi 8 nəfərdən ibarət
personal və Teleyayım şirkətində icarəyə
götürdüyü ofis sayəsində sabit xərclərini
minimum həddə saxlayır. Klassik "layihə
təşkilatı" hesab olunan "Red" şirkəti müxtəlif
televiziya filmlərinin istehsalı üçün yüzlərlə
insanı ştatdankənar əsasda işə cəlb edir.
Endryu Kritçlinin sözlərinə görə, yaradıcılıq
və kommersiya nöqteyi-nəzərindən uğurlu
müəssisə kimi qiymətləndirilən "Red" şirkətinin
rentabelli fəaliyyətini onun gəlirlilik göstəriciləri
deyil, miqyası şərtləndirir. Cəmi 5%-lik gəlirlilik
dərəcəsi ilə 5 milyon funt-sterlinq məbləğində
istehsal 0.25 milyon funt-sterlinq dəyərində
gəlir gətirir.
Şirkət hər bir istehsal prosesi üçün məhdud
məsuliyyətli cəmiyyətlər yaradır, həmin
"xüsusi təyinatlı obyektlər" (XTO) isə "Red"
şirkətinə hər bir müəssisə ilə bağlı yaranan
biznes risklərini ayrı-ayrı hissələrə bölmək
imkanı verir. Red İstehsal Şirkəti
(www.redproductioncompany.com,
www.ind dvd.co.uk) Second Coming Ltd, Linda
Green Ltd, Bob and Rose Ltd kimi bir sıra
digər törəmə şirkətlər üçün mərkəz rolunu
oynayır və müvafiq istehsal prosesi ilə bağlı
təsis edilmiş ayrı-ayrı şirkətlərə (XTO)
malikdir. Hər bir şirkət ona həvalə olunmuş
istehsal prosesini bütünlüklə həyata keçirir və
XTO-lar isə onların müvafiq ekran işləri ilə
bağlı hüquqların, formatın və DVD disklərin
satışından əldə olunan cari gəlir axınlarının
cəmləşdirilməsi məqsədilə aktiv fəaliyyətini
davam etdirir.
Tele-istehsal sahəsinin biznes mühitinin ticarət
şərtlərində baş verən dəyişikliklər istehsal
olunan televiziya filmləri ilə bağlı əqli
mülkiyyət hüquqlarının böyük hissəsini
özündə qoruyub saxlayan müstəqil
istehsalçılara daha böyük üstünlüklər verir.
Bu vəziyyət Pact
19
ticarət assosiasiyasının
müdaxiləsi və Ofcom
20
telekommunikasiya
idarəsinin normativ-hüquqi aktlarındakı
dəyişikliklər səbəbindən meydana gəlir.
Bu dəyişikliyə cavab olaraq və yeni
imkanlardan faydalanaraq, "Red" şirkəti
hüquqların, formatın (məsələn, Yaxın Dostlar
(Queer as Folk) teleserialının formatının
ABŞ-ın kabel şəbəkəsinə satılması) və şirkətin
istehsalı olan teleserialların yazıldığı DVD
disklərin satışı vasitəsilə öz ekran işlərində əqli
mülkiyyətdən getdikcə daha çox istifadə edir.
Marketinq və merçandayzinq fəaliyyətinə
DVD etiketi "inD" ("inD DVD Ltd" şirkətinin
təsis edilməsi üçün müxtəlif istiqamətli
istehsal şirkətlərinin iştirakı ilə yaradılmış
müştərək müəssisə) vasitəsilə nail olunur.
www.redproductioncompany.com
www.ind-dvd.co.uk.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə