Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

Xoşxasiyyət
— səlahiyyətli, əlaqələndirici
Dinləyici 
— konsultativ, demokratik
Qəhrəman kişi/qadın 
— sürətli iş tempini təyin edir
Təlimatçı 
— digər insanları təlimatlandırır və inkişafına kömək
edir.
Bu  işin  sirri  bütün  liderlik  üslublarından  istifadə  etmək  və
bunun üçün ən uyğun zamanı seçmək bacarığında gizlənir.
Belə bir zarafatyana fikir mövcuddur ki, biznes öz müştəriləri
üçün normal xarakter daşıyır, lakin insanlarla işləmək olmasaydı,
liderlik və idarəetmənin təşkili daha asan olardı. Bu proses də
əməkdaşlar, tərəfdaşlar, müştərilər, müttəfiqlər, təchizatçılar
ilə yanaşı hər tipdə (kobud, tələbkar, hədsiz həvəsli, ağlını
itirmiş,  boşboğaz,  inadkar  və  ya  tamamilə  qeyri-rasional)
insana rast gəlmək mümkündür.
İnsanlarla yaxşı  işləmək  üçün  lazımi 
Emosional  İntellekt
dərəcəsinə malik olmaq kifayət qədər vacibdir. Emosional İn-
tellekti "özümüzün və digər insanların hisslərini anlamaqla,
habelə insanların xüsusiyyətlərimizə emosional və rasional
nöqteyi-nəzərdən yanaşdığını nəzərə almaqla, özümüzü və
digər insanlarla münasibətlərimizi effektiv şəkildə idarə etmək
bacarığı" kimi xarakterizə edərdim.
Təsadüfi deyil ki, müəssisələrinin və ya təşkilatlarının liderlərinə
çevrilməyə müvəffəq olmuş şəxslər ünsiyyət bacarıqlarına,
emosional intellektə, habelə, yaradıcı, akademik və texniki
qabiliyyətlərə sahib olan insanlardır.
Liderliyin müxtəlif növləri vardır. Liderlik yalnız xarizmatik kişi
stereotipinə  əsaslanmamalıdır.  Ən  yaxşı  liderlərin  bəziləri
şəxsən təvazökar olduqları halda şirkətləri barəsində hədsiz
dərəcədə  iddialı  danışırlar  –  bu  isə 
Səviyyə  5  Lider
22
adlandırılır.
Böyük  Britaniyada  Ticarət  və  Sənaye  Şöbəsi 
23
tərəfindən
həya ta  keçirilmiş  araşdırmanın  nəticələrinə  əsasən,  əksər
işçilərin  öz  rəhbərlərindən  almaq  istədikləri  ilhamı  məhz  il-
hamverici  lider lər  təmin  edir,  lakin  işçilərin  yalnız  11%-i
həqiqətən də ilham aldıqlarını söyləyir. Fərqli düşüncə tərzinə
malik liderlər dahiyanə ideyaları və ya yeni metodları aşkar
etmək üçün öz sahəsinin yaxud mədəniyyətinin hüdudlarından
kənarda  ideyaları  axtarır  və  onları  dinləyir,  sonra  isə
müəssisələrində həmin ideyaları yaradıcı şəkildə tətbiq edirlər.
83
Emosional İntellekt
Səviyyə 5 Lider


Beləliklə,  yaradıcılıq  sahələrində  fərqli  düşüncə  tərzinə
əsaslanan  liderlik  yaradıcılıq  sektorunun  hüdudlarından
kənarda ideyaları nəzərə alacaq, sonra isə sözügedən sahədə
həmin ideyaların istifadəsi ilə bağlı yaradıcı yanaşma tətbiq
edəcəkdir.
Dəyişiklikləri İdarə etmə
Dəyişikliklər özü-özlüyündə fasiləsiz olaraq mövcud olduğuna
görə  onların  idarə  edilməsi  işgüzar  baxımdan  daimi  vəzifə
xarakteri daşıyır. Lakin "dəyişikliklərin idarə edilməsi" termini
yanlışdır. "Dəyişikliklərə rəhbərlik edilməsi" terminindən istifadəyə
daha çox üstünlük verirəm, çünki dəyişikliklər idarəetmə qədər
rəhbərliyə də ehtiyac duyurlar, "dəyişiklikləri idarə etmə" termini
isə  dəyişikliyin  bir  qayda  olaraq  inzibati  və  ya  texniki  iş
olduğunu ifadə edir. Əslində o, insanların baxış istiqamətində
ruhlandırılmasını,  onlara  azadlıq  verilməsini  və  hədəfə  nail
olmaq üçün lazımi tədbirlərin dəstəklənməsini nəzərdə tutur.
İnsanların işə götürülməsi
İnsanların idarə edilməsi və onlara rəhbərlik edilməsi prosesi
əməkdaşlara  şamil  olunur,  lakin  biznesi  böyütməyin  və  ya
insanları idarə etməyin yeganə yolu personalın işə götürül -
məsindən ibarət deyil.
Frilanserlərin  cəlb  olunması  ilə  müqayisədə  insanların  işə
götürülməsinin üstünlük və çatışmazlıqlarının diqqətlə nəzərdən
keçirilməsi olduqca vacibdir, bəzi təşkilatlarda hər iki prosesin
uğurlu birləşməsindən istifadə olunur. Həm müqavilə ilə daimi
əsaslarla  işləyən  əməkdaşların,  həm  də  ştatdankənar  ya -
radıcı işçilərin əməyindən istifadə edən müəssisələrə misal
olaraq 
Peppered Sprout
şirkətini göstərmək olar. Yaradıcılıq
sektorunda şəbəkə biznesləri və virtual təşkilatlar üstünlük
təşkil edir – strukturlar haqqında müəyyən fikir sahibi olmaq
üçün nəzər salın: 
Fəsil 8: Yaxşı Şirkət Axtarışında.
İnsanların işə götürülməsinin başlıca üstünlüyü onların zamanına
və təcrübəsinə daimi və müstəsna çıxış imkanının olmasından,
habelə  onların  yaradıcı  əməyinə  sahiblənməkdən  ibarətdir
(Fəsil  6-ya  -  Yaradıcılığınızın  Müdafiəsinə  nəzər  salın).
Prosesin mənfi tərəfi isə sabit əmək haqqı xərcləri üzrə öhdəliyin
və işəgötürənin hüquqi öhdəliklərinin olması ilə izah edilir.
Ehtiyacınız  olduğu  təqdirdə,  frilanserlər  lazımi  bacarıqları
təmin edə bilərlər. Saathesabı tarif dərəcəsi yüksək olsa da,
sabit  xərclər  olmadan  bu  imkandan  faydalana  bilərsiniz.
84
Gerçəkləşən İdeyalar 
— 
səhifə 24-ə baxın


Яксяр
ишчиляр юз
рящбярлярин
дян мящз
илщам
алмаг
истяйир


Məsuliyyət  dərəcəsi  yüksək  deyil,  lakin  bununla  belə,  siz
onların vaxtına, mövcudluğuna və yaradıcılığına nəzarət edə
bilərsiniz.
Təkbaşına fəaliyyətdən personalın ilk üzvünün işə götürülməsi -
nə qədər qət etdiyiniz məsafə həlledici əhəmiyyətə malikdir
və  bu,  biznesin  işlək  biznesdən idarə  edilən  biznesə
keçdiyinizi göstərən dönüş nöqtəsi hesab olunur.
JAB Design 
çox erkən mərhələdə əmək müqaviləsi (habelə
ticarət  şərtləri)  barəsində  hüquqi  məsləhət  almışdır.  Əmək
qanunvericiliyi, vergilər və güzəştlər, habelə fəaliyyət göstərən
Gerçəkləşən İdeyalar 
— 
səhifə 70-ə baxın
85
Əsas Məqamlar
1     "Aviadispetçer" olmağa hazırsınızmı?
    İşlək biznes və ya idarə olunan bizneslə nə dərəcədə
məşğulsunuz?
    Lider, habelə rəhbər olun.
    Liderlərindən həqiqətən də ilham aldıqlarını söyləyən
həmin 11%-in tərkibinə sizin işçilər də daxildirmi?
    Fərqli düşüncə tərzinə malik olan, digər sahələrdən
öyrənməyi və onların ideyalarından istifadə etməyi
bacaran lidersinizmi?
    Özünüzlə personalınız və personal komandasının
üzvləri arasında ünsiyyət yaratmağa vaxt ayırın.
    Altı müxtəlif liderlik üslubunu öyrənin və onlardan
istifadə edin.
    İnsanlarla daha yaxşı işləyə bilmək üçün emosional
intellektinizi inkişaf etdirin.
    Frilanserlərdən istifadə ilə müqayisədə, insanların işə
götürülməsinin üstünlük və çatışmazlıqlarını diqqətlə
qiymətləndirin.
10    Əmək müqavilələrinizin və işə qəbul prosedurlarınız
ın
qüsursuz və müasir tələblər səviyyəsində
hazırlandığından əmin olun.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə