Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

10
Biznes Fəaliyyətinin
Mümkünlüyü
—  Bu fəsildə sizə biznes ideyalarınızın mümkünlüyünü sınaqdan keçirmək
imkanı verilir və bunun üçün konkret üsul təqdim edilir. Sözügedən üsul
sizə yaradıcı biznesiniz üçün mümkün düsturu tapmaq imkanı verən
ideyaları seçməkdə kömək edir.
88


Sizin yaradıcılıq potensialınız və məqsədləriniz varsa
da, yalnız onların mövcudluğu kifayət deyil. Mümkün
biznes düsturuna ehtiyacınız vardır, əks təqdirdə, sizdən
öncə bir çox yaradıcı, ağıllı və həvəsli insanların düçar
olduğu uğursuzluq sizin üçün də qaçılmaz ola bilər.
İstənilən yaradıcılıq potensialını uğurlu biznesə çevirməyin
mümkün olduğunu düşünmək və ya mükəmməl yaradıcılıq
potensialının biznesdə uğur qazanacağının "labüd olduğuna"
inanmaq çox ciddi mənfi nəticələrə səbəb ola bilər. Arzuolunan
maliyyə nəticəsinə nail olmaq imkanı verən uğurlu düsturun
tərtib  edilməsi  üçün  mükəmməl  yaradıcılığın  potensial
müştərilər ilə köhnə qaydada birləşdirilməsi kifayət etmir.
Uğur qazanmaq və ya uğursuzluğa düçar olmaq ehtimalının
yüksək  olduğu  düsturları  müəyyən  etmək  və  bu  işin
öhdəsindən  qiymətli  vaxtınızı,  enerjinizi  və  pulunuzu  boş
yerə sərf etmədən sürətli və asan şəkildə gəlməyi bacarmaq
əsl ustalıq tələb edir.
Bunun üçün bir deyil, bir neçə çox dəqiq ideya yaradılmalı
və  həyata  keçirilməsi  mümkün  olan  ideyaların  müəyyən
edilməsi, daha sonra isə bütün yaxşı ideyalar sırasından
ən  yaxşısının  seçilməsi  metodundan  istifadə  olunmalıdır.
Birdən çox ideya yaratmaq bacarığına sahib olduğumuza
görə konkret ideyanın həyata keçirilməsinin mümkünsüzlüyü
barədə nəticə çıxarmaq əslində "müvəffəqiyyətsizlik" deyil,
uğur yolun da atdığımız daha bir addımdır. Müəssisələrin və
onlara kömək etmək istəyənlərin başlıca vəzifəsi ağlınıza ilk
gələn ideyanı əsas götürməkdən və maliyyə vəsaitləri sərf
etməklə, marketinq məsləhətlərindən faydalanmaqla və ya
bununla bağlı hazırlıq keçməklə, bir sözlə, hər vəchlə onu
işlək  vəziyyətə  gətirməkdən  ibarət  deyildir.  Əsas  məsələ
həyata keçirilməsi mümkün olmayan ideyalara 
Yox Deməyi
bacarmaqdır.
Uğur qazanmaq şansının yüksək olduğu ideya və ya ideya -
ların seçilməsi məqsədilə hər bir ideyanın həyata keçirilməsinin
mümkün  olub-olmadığını  aydınlaşdırmaq  üçün  ideyaların
təhlili metoduna ehtiyac vardır. Biz çoxsaylı ideyalar yaratmalı,
daha  sonra  isə  onların  sırasından  ən  yaxşısını  seçmək
üçün  düzgün  metoddan  istifadə  etməliyik.  Yaradıcılıq
müəssisələrinin fəaliyyətinin mümkünlüyünü qiymətləndirmək
89

Mümkünlük Filtri

Yox Demək
səhifə 92-yə baxın
Йарадыcылыг
потенсиалынын
бизнесдя уьур
газанаcаьынын
"лабцд олдуьуну"
дцшцнмяк чох
cидди мянфи
нятиcяляря сябяб
ола биляр


məqsədilə  istifadə  etdiyim  metodu 
Mümkünlük  Filtri
24
adlandırıram.
Mümkünlük Filtri
Bu yanaşma ən parlaq ideyaların, ən yaxşı layihələrin və
biznes imkanlarının eyni vaxtda iki üsulla
qiymətləndirilməsini nəzərdə tutur:
Burada yaradıcılıq potensialımızdan tam şəkildə
istifadə olunurmu və onun özünü büruzə verməsinə
imkan yaradılırmı?
Sözügedən şəraitdə dayanıqlı gəlir axınlarının təmin
edilməsi məqsədilə rentabelli fəaliyyət göstərə bilən
bazar mövcuddurmu?
Məlumdur ki, bu suallar Dəyərləriniz nöqteyi-nəzərindən
cavablandırılmalıdır.
Həmin Mümkünlük Filtri hər məhsula, xidmətə və ya
layihəyə tətbiq edilməlidir. Bu isə öz növbəsində sizə hər
RƏQABƏTƏ DAVAMLI YARADICILIQ
müştərilərin problemlərini rəqibləriniz ilə
müqayisədə daha yaxşı həll edə bildiyinizi
göstərən dərəcədir.
BAZARIN ƏLVERİŞLİLİYİ
maliyyə məqsədlərinizə nail olmaqda konkret
müştərilərin və bazar seqmentlərinin sizə
kömək edə bildiyini göstərən dərəcədir.
90
M A R K E T   S U I TA B I L I T Y
C
O
M
P
E
T
IT
IV
E
 C
R
E
A
T
IV
IT
Y
A
B
C
D
E
R
Ə
Q
A
B
Ə

 D
AV
A
M
LI
 Y
A
R
A
D
IC
IL
IQ
 B
A
ZA
R
IN
 Ə
LV
ER
İŞ



RƏQABƏTƏ DAVAMLI YARADICILIQ


iki sual üzrə ən yüksək göstərici nümayiş etdirən formaları
tapmaq imkanı verəcəkdir
Diaqram bir-birinə zidd iki nümunə ilə təsvir edilir:
nümunəsində yer alan məhsul və ya xidmət
yaradıcılığınızın rəqibləriniz ilə müqayisədə müştəriyə
daha az mənfəət gətirmək iqtidarında olduğunu və
bazar seqmentinin xalis gəliri lazımi qədər təmin
etmədiyini göstərir.
nümunəsində isə müştəriyə rəqiblərinizdən fərqli olaraq,
daha faydalı olmaq məqsədilə yaradıcılığınızdan istifadə
edildiyini  və  yetərli  sayda  müştərilərin  tələb  etdiyiniz
qiyməti  ödəmək  iqtidarında  və  niyyətində  olduğunu
göstərən məhsul və ya xidmət yer alır. 
Məsələn, veb dizayn şirkəti çoxsaylı bacarıqlara və bir sıra
mümkün bazarlara sahib ola bilər.
İdeyalardan biri məktəblər üçün veb-saytların hazırlanması
ilə bağlı ola bilər, lakin Mümkünlük Filtri bu bazarda yüksək
səviyyədə xidmət göstərən rəqiblərin olduğu faktını və bu işin
maliyyə baxımından həyat qabiliyyətli olmasını təmin etmək
üçün məktəblərdə kifayət qədər büdcə vəsaitlərinin olmadığı
reallığını vurğulayır. (Bu proses diaqramda       nöqtəsi ilə
göstərilir.)
Digər tərəfdən, dövlət idarələri üçün işləmək imkanı rəqabət
üstünlüyünün  olduğu  sahə  və  maliyyə  nöqteyi-nəzərindən
gəlir gətirən bazar seqmenti kimi təzahür edir (Bu  proses
diaq ramda        nöqtəsi ilə göstərilir.)
Filtrdə qeydə alınan digər mümkün mövqelər

nöq-tələri ilə təsvir olunur.
Bir sıra müxtəlif ideyaları Mümkünlük Filtrinə daxil etməklə,
siz  onların  sırasından 
Biznes  Düsturunuzu  ən  mümkün
elementlər  ilə  təmin  edəcək  ideyaları  seçə  bilərsiniz
.
Mümkünlük Filtrindən istifadə etməklə və yeni ideyalar işləyib
hazırlamaqla siz uğuru xarakterizə edən uyğun düsturu daha
91
A
A
B
C
D
E
B
Biznes Düsturu
səhifə 97-yə baxın


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə