Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş


Kitabda yer alan müvafiq ideya və mövzulara keçidlər



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

Kitabda yer alan müvafiq ideya və mövzulara keçidlər:
      Müxtəlif Şirkət Strukturları 
(səhifə 75-ə baxın)
      Daxili mühitdə (Qanun və normalar) qeydə alınan dəyişikliklər 
(səhifə 28-ə baxın)
      Aşağı səviyyəli sabit xərclər
(səhifə 65-66-ya baxın)
      Virtual Təşkilatlar
(səhifə 75-ə baxın)
      Merçandayzinq vasitəsilə Əqli Mülkiyyətdən istifadə 
(səhifə 58-ə baxın)
"Red" şirkətinin istehsalı olan ekran işləri. Bütün bunlar mənimdir (Mine All Mine) (yuxarıda) və Kazanova (Casanova)


9
Liderlik və İdarəetmə
—  Bu fəsildə işlək bizneslə idarə olunan biznes arasındakı fərqlər göstərilir,
habelə bir mərhələdən digərinə keçid araşdırılır.
—  O, müxtəlif liderlik üslublarından istifadə olunmaqla və liderlik vasitəsilə
dəyişikliklər üzərində iş aparmaqla insanların - həm əməkdaşların, həm də
digər şəxslərin idarə edilməsini və onlara rəhbərlik edilməsini öyrənir.
—  Sözügedən fəsildə həmçinin insanların məşğulluğunun bəzi aspektləri
nəzərdən keçirilir.
80


İdarəetmə prosesi "məqsədlərə digər insanların vasitəsilə
nail olunması" kimi müəyyən edilə bilər, bu səbəbdən
menecerin  vəzifəsi  məsələləri  həll  etmək  üçün  digər
insanların fəaliyyətlərinin koordinasiyasını təşkil etməkdən
ibarətdir.  Bir  çox  insanlar  "öhdəliyin  müstəqil  şəkildə
yerinə  yetirilməsi"  rejimindən  digər  insanların  idarə
edilməsi rejiminə keçməyi çətin proses kimi qiymətləndirir
və  əksər  hallarda,  bu  proses  bir  nəfərlik  müəssisə
yaradan, sonra isə müəssisə böyüyüb inkişaf etdiyinə
görə digər şəxsləri işə götürən yaradıcı insanlar üçün
xarakterik sayılır.
Menecerin koordinator qismində icra etdiyi vəzifə təyyarələrin
toqquşma olmadan təhlükəsiz uçuşunu idarə edən avia-
dispetçerin vəzifəsi ilə müqayisə oluna bilər. Onların vəzifəsi
təyyarələri şəxsən idarə etməkdən ibarət deyildir. Menecer
olmağın  xoşagəlməz  cəhəti  odur  ki,  siz  artıq  təyyarəni
özünüz idarə etmirsiniz, indi sizin işiniz başqalarının bunu
yaxşı  etməsi  üçün  onların  fəaliyyətini  uzlaşdırmaqdan
ibarətdir.
İşlək və idarə olunan biznes
Əksər  təşkilatlarda  işçilər  xidməti  vəzifələri  yüksəldikcə
onları özünə cəlb etmiş ilk peşələrindən getdikcə daha çox
uzaq laşırlar.  Bu  təmayül  müəllimlərə,  satıcılara,  şəfqət
bacılarına və digərlərinə də aiddir. Eyni hal yaradıcı sahibkarlar
arasında  da  baş  verir.  Əksər  hallarda  həmin  insanlar
müəssisələrinin  böyüməsi  və  genişlənməsi  səbəbindən
yaradıcı axtarışlar üçün vaxt tapa bilmədiklərini, vaxtlarının
bütünlüklə idarəetməyə və digər insanlara rəhbərlik edilməsinə
sərf  olun duğunu  söyləyirlər.  Bəlkə  də  buna  görə  işgüzar
adamların  bir  çoxu  müəssisələrini  genişləndirib  ora  çoxlu
işçilər  cəlb  etmək  əvəzinə  “lifestyle”  biznes  yaratmağa
üstünlük  verirlər.  Əksər  insanların  biznesə  başlamaqda
məqsədi  özləri  üçün  işlək  biznes  yaratmaqdan  ibarətdir,
lakin müəssisəsini inkişaf etdirmək istəyən sahibkar biznesi
idarə  etməyi  də  unutmamalıdır.  Gəminin  kapitanı  maşın
şöbəsində  işləməməli,  gəmini  körpüdən  idarə  etməlidir.
Əgər siz son nəticədə sata biləcəyiniz bir biznes qurmaq
istəyirsinizsə, onu sonda prose sin gedişatına ümumiyyətlə
81


Сиз ишляк
бизнес
йаратмагла
йохса 
бизнеси идаря
етмякля
мяшьулсунуз?


qarışmamalı  olduğunuzu  nəzərə  alaraq  yaratmalısınız.
Məqsəd və hədəflər haqqında aydın təsəvvürə malik olmaq
olduqca vacibdir.
Məsələlərin digər insanların vasitəsilə həll edilməsi bir sıra
səbəblərə görə mürəkkəb xarakter daşıya bilər. İlk növbədə
qeyd olunmalıdır ki, işi başqasına öyrətmək həmin işi müstəqil
şəkildə  yerinə  yetirməkdən  daha  çox  vaxt  aparır.  Həmin
insanları müəssisə haqqında bildiyiniz bütün məlumatlar ilə
tam şəkildə tanış etmək üçün tələb olunan qarşılıqlı əlaqənin
səviyyəsi  olduqca  yüksəkdir.  Məsələn,  inzibatçının  işə
götürülməsi  sizi  bəzi  sənədləşmə  işlərindən  azad  etsə  də,
menecer  olmaq  öhdəliyiniz  meydana  gələ  bilər.  Komanda
daxilində qarşılıqlı əlaqənin təşki li kifayət qədər mühümdür,
lakin hədsiz dərəcədə çox vaxt aparır. Müəssisədə insanların
sayı  artdıqca  onlar  arasındakı  qarşılıqlı  əlaqə  də  məcburi
şəkildə genişlənir. İdarəetmənin mahiyyəti işçilərin nə etməli
və nə etməməli olduqlarını, nəyi necə və kimdən öyrənəcəklərini
qərarlaşdırmaqdan ibarətdir.
Liderlik
Əksər hallarda liderlik sözü müxtəlif millətlərin və hərəkatların
bütün dünyada tanınan görkəmli liderlərini xatırladır: Onların
sırasında Nelson Mandela, Uinston Çörçill, Mahatma Qandi
və  Martin  Lüter  Kinq  kimi  şəxsiyyətlərin  adlarını  qeyd  edə
bilərik.  Bu  səbəbdən  beş  nəfərlik  dizayn  firmasının  sahibi
üçün həmin termin çox böyük görünə bilər. Bundan əlavə,
liderliyə  dair  tələblər  (idarəetmədən  fərqli  olaraq)  hələ  də
dəyişməz olaraq qalır. Sadə dildə desək, idarəetmə əsasən
insanlara nə etməli olduqlarını diktə etməyə çalışır, liderlikdə
isə insanlara getdikləri istiqaməti söyləmək, daha sonra isə
onları ruhlandırmaq və onlara bu prosesdə öz rollarını icra
etmək imkanı vermək kimi məsələlərə xüsusi diqqət yetirilir.
Uğurlu lider müxtəlif 
Liderlik Üslublarını 
bilməli, ən ideal halda
isə liderliyin bütün "ifadə üsulları"na mükəmməl şəkildə yiyələnməli
və şəraitdən asılı olaraq onların hər birindən müxtəlif vaxtlarda
müvafiq qaydada istifadə etməyi bacarmalıdır. Daniel Qoulman
21
tərəfindən təklif edilmiş terminləri əsas götürərək, liderlik üslubları
üçün müəyyən etdiyim terminlər aşağıdakılardan ibarətdir:
Diktator
— güclü rəhbər
Xəyalpərəst
— bir baxışla ruhlandırır
82
Liderlik Üslubları


Уьурлу лидер
мцхтялиф
лидерлик
цслубларындан
истифадя
етмяйи
баcармалыдыр


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə