Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   24   25   26   27   28   29   30   31   32

Merseyside ACME Yaradıcılıq Sahələrini əhatə edən
sektor üçün nəzərdə tutulmuş inkişaf agentliyidir.
Agentlik onun əsasında fəaliyyət göstərən yaradıcılıq
müəssisələri və təşkilatlarının davamlı inkişafının
dəstəklənməsi ilə məşğul olur.
ACME həm dövlət, həm də özəl sektorlarla
aşağıdakı məqsədlər naminə əməkdaşlıq şəraitində
işləyir:

   Yaradıcılıq Sahələrinin əhəmiyyətinin region üçün
iqtisadi baxımdan hərəkətverici qüvvə kimi təbliğ
edilməsi.

   Sektordan asılı olan biznesə dəstək və
informasiya xidmətlərindən fasiləsiz istifadə
imkanının təmin edilməsi.

   Yaradıcılıq potensialından istifadənin cəmiyyətin
və iqtisadi dirçəlişin dəstəklənməsi kimi təbliğ
edilməsi.

   Yaradıcılıq sahələrini əhatə edən sektorda
qarşılıqlı münasibətlərin stimullaşdırılması.
Strateji inkişaf baxımdan oynadığı rol ilə yanaşı,
ACME regionda fəaliyyət göstərən yaradıcılıq
müəssisələri və təşkilatları üçün müştəri yönümlü
ümumi xarakterli dəstək xidmətləri təqdim edir.
Onların sırasına informasiya təminatı və
araşdırmalara dəstək verilməsi, o cümlədən ümumi
biznes məsləhətləri və yönləndirmə xidmətləri
daxildir.
Hal-hazırda ümumi təyinatlı dəstək xidmətləri
göstərməklə yanaşı, ACME əməkdaşlıq etdiyi
müəssisələrlə birbaşa əks əlaqə üçün işlənib
hazırlanmış sifarişli proqramlar da təqdim edir.
ACME yaradıcılıq müəssisələrinə dəstək verməklə
yanaşı, icmaların bərpası prosesində yaradıcılığın
nə dərəcədə güclü və təsirli rol oynadığını nümayiş
etdirən layihələr işləyib hazırlamışdır. O, sosial
təsirin öyrənilməsinə dair araşdırmalar üzərində
işləməklə, modellər işləyib hazırlamaqla, habelə
monitorinq və qiymətləndirmə sahəsindəki qabaqcıl
təcrübəni təbliğ edən proqramları reallaşdırmaqla
milli səviyyədə hörmət və nüfuz qazanmaqda davam
edir. O, Birləşmiş Krallıq ərazisində icma əsaslı
proqramlara və təşkilatlara müstəqil
qiymətləndirməyə dəstək xidmətləri təqdim edir.
Yaradıldığı vaxtdan etibarən Merseyside ACME:

   700-dən çox müəssisəyə köməklik göstərmiş və
Merseyside-da 600-dən çox iş yerinin qorunub
saxlanılmasına yardım etmişdir.

   3500-dən çox yaradıcı peşəkarın və
mütəxəssis-praktikin cəlb olunduğu 200 seminar
təşkil etmişdir.
•    
Yaradıcılıq Üstünlüyünü - regional və milli
səviyyələrdə qəbul edilmiş biznesə dəstək
modelini işləyib hazırlamışdır.
•    
Təsirlərin öyrənilməsinə dair əhəmiyyətli tədqiqat
da daxil olmaqla üç kitab nəşr etdirmişdir. Hər üç
kitab milli və beynəlxalq miqyasda şöhrət
qazanmışdır.

   Yaradıcılıq sahələri üzrə elektron xəbər bülleteni
hazırlamışdır. Hal-hazırda sözügedən bülleten
vasitəsilə təxminən 2000 abunəçi məlumatlandırılır.

   Merseyside agentliyinin yaradıcı biznesə dəstək
xidmətləri göstərən təchizatçılardan ibarət olan və
ən uzunmüddətli fəaliyyət dövrünə malik
şəbəkəsinə (CISS) dəstək göstərmişdir.

   İxrac fəaliyyətində 1.5 milyon funt-sterlinqdən çox
vəsait əmələ gətirməklə, ABŞ-nın dörd ticarət
missiyasına dəstək göstərmişdir.

   İncəsənət və regenerasiya fəaliyyəti nəticəsində
200-dən çox ictimai xarakterli regenerasiya
layihələri ilə işləmiş, sayı 30-a çatan yeni
təşkilatlar və ictimai müəssisələr yaratmışdır.

   Böyük Britaniyada fəaliyyət göstərən təşkilatlar
tərəfindən qəbul edilmiş özünüqiymətləndirmə
metodikasını işləyib hazırlamışdır.

   Merseyside agentliyinin tarixdə ilk dəfə xüsusi
olaraq yaradıcılıq müəssisələri üçün nəzərdə
tutulan və Kin (www.kin2kin.co.uk) adlandırılan
internet cəmiyyətinin inkişaf etdirilməsi prosesinə
rəhbərlik etmişdir.

   Liverpulun reklam və dizayn müəssisələri üçün
nəzərdə tutulan və Futures (www.futuresnet-
work.org.uk) adlandırılan ilk peşəkar şəbəkəsinin
inkişaf etdirilməsi prosesinə rəhbərlik etmişdir.

   Avropanın Mədəniyyət Paytaxtı olmaq üçün
Liverpulun irəli sürdüyü təşəbbüsün İncəsənət və
Regenerasiya istiqamətinə rəhbərlik etmişdir.
Əlavə 2
Merseyside ACME
107
www.merseysideacme.com


İstinadlar
108
1     Merseyside ACME (incəsənət, mədəniyyət, KİV, müəssisə). Əlavə məlumat əldə etmək üçün baxın www.merseysideacme.com
2     Yaradıcılıq Üstünlüyü. Əlavə məlumat əldə etmək üçün baxın www.creativeadvantage.co.uk və ya www.merseysideacme.com
   YSİX. Yaradıcılıq Sahələrinin İnkişafı Xidməti. Əlavə məlumat əldə etmək üçün baxın www.cids.co.uk
   YSİA. Yaradıcılıq Sahələrinin İnkişafı Agentliyi. Əlavə məlumat əldə etmək üçün baxın www.cida.org
   Bu tamamilə doğrudur, lakin təvazökarlıq mənə onu xüsusi qeyd etmədən üzərindən etinasız ötüb keçməyə imkan vermir. Ədəbi-bədii
jurnalda dərc edilmiş kiçik bir şeir parçası ilə mən dünyada "şeirləri ən az çap olunan şair" hesab olunuram. Digər tərəfdən, 17 hecalıq
Haiku şeirim üçün 5 funt (hər hecaya görə!) ödənildiyinə görə mən dünyanın ən çox qazanan şairlərindən biri sayıla bilərəm.
   Biznesin idarə edilməsi üzrə Magistr Dərəcəsi (fərqlənmə diplomu ilə). Bradford Universitetinin Menecment Məktəbi. 1995-ci il.
   Yaradıcılıq sahələrinin 13 alt-sektoruna daxildir: reklam; memarlıq; incəsənət və əntiq əşyalar bazarı; əl işləri;
dizayn; dizayner-modelyer; film və video; interaktiv əyləncə proqramları; musiqi; ifaçılıq sənəti; nəşriyyat; proqram təminatı və kompüter
oyunları; televiziya və radio.
   Sun Tzu, Müharibə Sənəti. Tərcümə edən: Layonel Cayls
   Diqqət çəkən məqam ondan ibarətdir ki, "kampaniya" və "strategiya" kimi hərbi mənşəyə malik olan bir neçə söz biznesdə istifadə üçün
uyğunlaşdırılmışdır.
10  Cim Kollins, Yaxşıdan Mükəmmələ. Random House nəşriyyat evi. 2001-ci il.
11   Müxtəlif ölkələrdən olan baş menecerlərdən ibarət qrup ilə Orta Şərqə aid konsultasiya layihəsi haqqında danışarkən bu bənzətmədən
istifadə edəndə, onlardan bir çoxunun kirpilər barəsində heç bir təsəvvürə malik olmadığını anladım. Kirpinin kürəyində tikanları olan və
Amerikada rast gəlinən oxlu kirpinin nisbətən kiçik formasına bənzəyən bir heyvan olduğunu onlara izah etdim.
12  Guardian. 08 Noyabr 2004-cü il.
13  V.Çan Kim və Rene Moborn, "Şirkətinizin Gələcək İnkişafını Necə Layihələndirməli". Harvard Biznes İcmalı. 2002-ci il.
14  Maykl Porter, Rəqabət Strategiyası: Sahələrin və Rəqiblərin Təhlil edilməsi Metodları. Free Press. 1980-ci il.
15  Adam M. Brandenburqer və Barri C. Naylbaff Rəqiblərin Əməkdaşlığı. Harper Kollins. 1996-ci il.
16  Birləşmiş Krallıq Hökuməti. Mədəniyyət, KİV və İdman məsələləri üzrə Şöbə (MKİŞ)
17  Gəlir və Xərclər haqqında Hesabat mənfəət və zərər hesabatı və ya maliyyə nəticələri haqqında hesabat kimi də adlandırıla bilər.
18  Hendi, Çarlz, Düşüncəsizlik Dövrü. Random House nəşriyyat evi, London. 1989-cu il.
19  Pact - Böyük Britaniyanın bədii film, televiziya, animasiya filmi və interaktiv media şirkətlərinin kommersiya maraqlarını təqdim və təbliğ
edən ticarət assosiasiyasıdır. baxın www.pact.co.uk
20  Ofcom Birləşmiş Krallığın kommunikasiya sahələri üzrə müstəqil tənzimləyici və anti-inhisar orqanıdır, habelə televiziya, radio,
telekommunikasiya və simsiz rabitə xidmətlərinə nəzarət edir. baxın www.ofcom.org.uk
21  Daniel Qoulman, "Nəticə verən liderlik". Harvard Biznes İcmalı. Mart - Aprel 2000-ci il.
22  Cim Kollins, Yaxşıdan Mükəmmələ. Random House nəşriyyat evi. 2001-ci il.
23  Ruhlandırıcı Liderlik, Böyük Britaniya Hökuməti, Ticarət və Sənaye Şöbəsi. 2004-cü il.
24  Kostyum geyinən oxucular dərhal başa düşəcəklər ki, mən bunu futbolka geyinən yaradıcılıq müəssisələri üçün McKinsey / GE cədvəlinin
əsasında hazırlamışam.
25  Bişop, Syuzan, "Yox Deməyin Strateji Gücü". Harvard Biznes İcmalı. Noyabr - Dekabr. 1999-cu il.
26  Guardian. 08 Noyabr 2004-cü il.
27  Norton və Kaplan, "Balanslaşdırılmış Göstəricilər Sistemi: Strategiyanın Həyata Keçirilməsi". Harvard Biznes İcmalı. 1996-cı il.
28  Məlumatların Təsviri Sənədi, Yaradıcılıq Sahələri Bölməsi və Hədəf İşçi Qrupu. Böyük Britaniya Hökumətinin Mədəniyyət, KİV və İdman
məsələləri üzrə Şöbəsi (MKİŞ). Oktyabr 1998-ci il.
29  UNESCO, Paris. 2000-ci il. Mədəniyyət, Ticarət və Qloballaşma: Suallar və Cavablar.
30  Böyük Britaniya Hökumətinin Mədəniyyət, KİV və İdman məsələləri üzrə Şöbəsi (MKİŞ).
31  “Financial Times”. 04 İyul 2003-cü il.
32   BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), Cenevrə. 2004-cü il. Yaradıcılıq Sahələri və İnkişaf.
33  Hokins, Con, Kreativ İqtisadiyyat: İnsanlar İdeyalar vasitəsilə Necə Pul Qazanır? Allen Leyn, London. 2001-ci il.
34   British Council. www.britishcouncil.org


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə