Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   24   25   26   27   28   29   30   31   32

Bu kitabın məqsədi yaradıcılıq həvəsini və işgüzar təcrübənin ən
uğurlu nümunələrini bir araya gətirən yanaşmanın təqdim edilməsidir.
Futbolka və Kostyum kitabı – yaradıcılıq və biznesin harmoniyası..
Nəticə...
104
4
Lider, habelə rəhbər olun. 
Digər insanların vasitəsilə nəticələrə nail
olmaq sənəti hər zaman yaxşı biri olmağa
çalışmağınızı tələb edir.
2
Müştərilərinizi diqqətlə seçin. 
Yaradıcılıq potensialınızı biznesə çevirmək
üçün ondan diqqətlə seçilmiş müştərilərinizin
mənafeyi naminə istifadə edin. Siz onların
nöqteyi-nəzərlərinin dərk etməli, sonra isə
bacarıqlarınızdan istifadə etməklə, daha
yaradıcı olmalısınız.
3
Rəqabəti dərk edin. 
Rəqibləriniz arasında hansı mövqedə
olduğunuzu qərarlaşdırın. Müştərilərin hansı
problemlərini başqa biri ilə müqayisədə, daha
yaxşı həll edə bildiyinizi aydınlaşdırın.
1
Getmək istədiyiniz istiqaməti və uğur
haqqında anlayışınızı aydın şəkildə 
müəyyən edin.


5
Doğru məqamları dəyərləndirin.
Müəssisənizin irəli aparılması zamanı
müxtəlif istiqamətlərdəki fəaliyyətinizə
nəzarət edə bilməyiniz üçün Biznes
Göstəriciləri Paneli şəklində sadə, lakin
səmərəli məlumat sistemini layihələşdirin.
Sürət zolağında qəza törətməyəcəyinizdən
yaxud yanacağınızın tükənməyəcəyindən
əmin olmaq üçün gözünüz Maliyyə
Göstəriciləri Panelində olsun.
6
Yaradıcılığınızı müdafiə edin
- biznesinizi onun
əsasında qurduğunuzu unutmayın. Əqli mülkiy -
yəti nizi qorumaq məqsədilə müəllif hüququ,
ticarət nişanları və patentlərdən istifadə edin.
Gələcək gəlir axınlarının yaradılması
məqsədilə əqli mülkiyyətinizdən istifadə edin.
7
Unikal Biznes Düsturunu tərtib edin.
Mümkün
Biznes Düsturu mahiyyət etibarilə ən yaxşı ya -
radıcılıq bacarıqlarınızın bəzilərini və seçil miş
müştərilərin konkret ehtiyaclarını özündə ehtiva
edən, habelə maliyyə nöqteyi-nəzərindən həm
onlar, həm də sizin üçün fay dalı hesab olunan
diqqətlə işlənib hazırlan mış kombinasiyadır.
10
Kreativ olun
8
Hər bir variantı qiymətləndirmək üçün 
Müm -
künlük Filtrindən istifadə edin. 
Yaradıcı biz -
nes ideyaların bəzilərini həyata keçirmək
qeyri-mümkün ola bilər. Biznes Düsturunu
düzgün şəkildə dərk etmək üçün ideyaya düzəliş
etməyə hazır olun. Yaxud yeni ideyalar yaradın.
9
Yox Deməyə hazır olun. 
Uğura aparan
yolunuzu aydın şəkildə müəyyən etdikdən
sonra sizi hədəfinizə aparmayan aldadıcı
imkanlara "yox deyin". Müvəqqəti yayınma
hallarının baş verməsi qaçılmazdır, lakin
hədəfinizi nəzərdən qaçırmamağa çalışın.
105


Birləşmiş Krallıq Hökumətinin Mədəniyyət, KİV və
İdman məsələləri üzrə Şöbəsi (MKİŞ)
28
"Yaradıcılıq
sahələri"ni aşağıdakı şəkildə izah edir: "Həmin
sahələr öz mənşəyini fərdi yaradıcılıq, bacarıq və
istedaddan götürür və əqli mülkiyyətin əmələ gəlməsi
və ondan istifadə edilməsi yolu ilə kapital yığımı və iş
yerlərinin yaradılması potensialına malikdir."
"Yaradıcılıq sahələri" termini sahələrin daha konkret
sırasını əks etdirməsinə və yaradıcılıq sahələrinin alt
çoxluğu hesab olunmasına baxmayaraq, bəzi
agentliklər tərəfindən istifadə olunur. UNESCO
29
yaradıcılıq sahələrini  "qeyri-maddi və mədəni
xarakter daşıyan məzmunların yaradılmasını,
istehsalını və kommersiya məqsədilə istifadəsini
nəzərdə tutan sahələr" kimi xarakterizə edir.
Sözügedənməzmunlar müəlliflik hüququ ilə qorunur
və məhsul və ya xidmət formasında təzahür edə
bilər.
"Yaradıcılıq sahələri" termininə aşağıda göstərilmiş
13 alt-sektor daxildir: reklam; memarlıq; incəsənət
və əntiq əşyalar bazarı; əl işləri; dizayn; dizayner-
modelyer; film və video; interaktiv əyləncə
proqramları; musiqi; ifaçılıq sənəti; nəşriyyat;
proqram təminatı və kompüter oyunları; televiziya
və radio.
Mədəniyyət, KİV və İdman məsələləri üzrə Şöbənin
(MKİŞ)
30
araşdırmasına əsasən, 2001-ci ildə Ümumi
Əlavə Dəyərin (ÜƏD) 8.2%-i Yaradıcılıq Sahələrinin
payına düşmüş və 1997-ci ildən 2001-ci ilə qədərki
dövrdə sözügedən sektorda orta hesabla illik 8%
artım qeydə alınmışdır. Yaradıcılıq Sahələrinin
2001-ci il üzrə ixracı Birləşmiş Krallıq ticarət
balansına 11.4 milyard funt-sterlinq məbləğində töhfə
vermişdir. Bu isə öz növbəsində ixrac olunan bütün
məhsul və xidmətlərin 4.2%-ni təşkil edir. 1997-ci
ildən 2001-ci ilə qədərki dövr ərzində Yaradıcılıq
Sahələri üzrə ixracın həcmi hər il təqribən 15%
artmışdır. 2002-ci ilin iyununda Yaradıcılıq Sahələri
üzrə məşğulluq səviyyəsi  1.9 milyon iş yerinin
yaradılması vasitəsilə təmin olunmuş və 2002-ci ildə
İdarələrarası Sahibkarlıq Subyektlərinin Reyestrinə
(İSSR) əsasən sözügedən sektorda təqribən
122,000 şirkət fəaliyyət göstərmişdir.
Financial Times 
31
qəzetinə əsasən, "Böyük Britaniya
Hökumətinin Strategiya Bölməsinin hesabatında belə
nəticəyə gəlinib ki, Londonun iqtisadiyyatı üçün
yaradıcılıq sahələri maliyyə  xidmətləri ilə
müqayisədə daha çox əhəmiyyət kəsb edir.
Yaradıcılıq sahələrində (o cümlədən, dəb, proqram
təminatının hazırlanması, nəşriyyat işi, memarlıq və
əntiq əşyaların satışı) məşğulluğu təmin olunmuş
insanların sayı 525,000 nəfəri üstələmişdir və bu
rəqəm 322,000 nəfərlik göstərici ilə, habelə maliyyə
xidmətləri sahəsində müşahidə olunan azalma ilə
müqayisədə, hələ də artmaqda davam edir."
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının
materiallarına əsasən, Yaradıcılıq Sahələri işçi
qüvvəsinin orta hesabla 3-5%-ni cəlb etməklə,
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD)
üzv olan ölkələrdə ən sürətlə böyüyən və inkişaf
edən sektorlardan biri hesab olunur.
32
Yaradıcılıq
Sahələrinin qlobal sərvətinin (dəyərinin) 2000-2005-ci
illər ərzində 831 milyard ABŞ dollarından 1.3 trilyon
ABŞ dollarına qədər artacağı, ümumi illik artım
göstəricisinin isə 7%-i üstələyəcəyi gözlənilirdi.
33
Bu inanılmaz rəqəm yaradıcılıq müəssisələrinin
payına düşür. Onların əsas hissəsini isə kiçik və ya
orta ölçülü müəssisələr və olduqca kiçik ölçülü
yaxud mikro müəssisələr, o cümlədən müstəqil
mütəxəssis-praktiklər təşkil edir. British Council
34
bu
vəziyyətin bütün dünya üçün xarakterik olduğunu
qeyd edir və yaradıcılıq müəssisələrinin digər
müəssisələrin bir çoxundan fərqli olaraq internetdən
daha çox istifadə edərək beynəlxalq bazarlara
nisbətən sürətlə daxil olduğuna görə bu sahədə
beynəlxalq əməkdaşlığı dəstəkləyir.
Yaradıcılıq Sahələri yeganə sektordur ki, Birləşmiş
Krallığın bütün ölkələri və regionları tərəfindən
prioritet sahə kimi müəyyən edilmişdir. O, yaradıcılıq
sektorunu dəstəkləyən YSİX (Yaradıcılıq Sahələrinin
İnkişafı Xidməti), YSİA (Yaradıcılıq Sahələrinin
İnkişafı Agentliyi), Inspiral və Creative Kernow kimi
çoxsaylı agentliklərdə öz əksini tapır.
Onlardan ən birincisi 1990-cı illərin sonlarında
yaradılmış Merseyside ACME (İncəsənət,
Mədəniyyət və Media Müəssisələri) agentliyidir.
Əlavə 1
Yaradıcılıq Sahələri
106


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə