Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş


Yaxşı Şirkət Axtarışında



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

8
Yaxşı Şirkət Axtarışında
—  Bu fəsildə məhdud və qeyri-məhdud maliyyə öhdəliyi və biznesiniz üçün
məhdud məsuliyyətli cəmiyyətin yaradılmasının, habelə digər korporativ
strukturların nəzərə alınmasının üstünlük və çatışmazlıqları izah olunur.
—  Bundan əlavə, sözügedən fəsildə müxtəlif təşkilati strukturlar, habelə
"virtual təşkilat" kimi anlayışlar əks olunur.
72


Müəssisələrin  böyük  əksəriyyətində  işə  götürülən
şəxslərin sayı on nəfərdən azdır və yaradıcılıq sahələri
də bu baxımdan istisna təşkil etmir - onların çoxu fərdi
sahibkarlar  qismində  fərdi  əmək  fəaliyyəti  əsasında
işləyən  bir  nəfərlik  müəssisələrdir.  Digər  yaradıcılıq
müəs sisələri  isə  şirkətlər  və  ya  sosial  müəssisələr
şəklində qurulmuşdur.
Maliyyə Öhdəliyi
Fərdi əmək fəaliyyəti üstünlüklərlə yanaşı, bir sıra çatışmazlıqlara
da malikdir. Onun tərkibinə həmçinin müəssisə və fiziki şəxsin
hüquqi nöqteyi-nəzərindən eynilik təşkil etdiyinə görə sahibkara
verilən qeyri-məhdud öhdəlik daxildir. Sahibkarın şəxsi və
biznes maliyyəsi bütövlükdə bir "səbət"də cəmlənir. Həmin
qeyri-məhdud öhdəlikdən tərəfdaşlıq münasibətləri üçün də
istifadə olunur (Məhdud Öhdəlikli Tərəfdaşlıq istisna olmaqla).
Məhdud öhdəliyə, bir qayda olaraq, müstəqil struktur və
ya biznes vasitəsi qismində "məhdud məsuliyyətli" cəmiyyətin
yaradılması yolu ilə nail olunur. Bu səbəbdən investorların
(üzvlərin) öhdəliyi sərmayə qoyuluşu üçün seçdikləri məbləğə
uyğun  olaraq  məhdudlaşdırılır.  Müəssisə  müflis  olduğu
təqdirdə,  onların  itkiləri  şəxsi  əmlakları  ilə  deyil,  biznes
sərmayələri ilə məhdudlaşır. (Bu isə öz növbəsində işgüzar
borclarını  şəxsi  maliyyə  vəsaitləri  hesabına  ödəməli  olan
"qeyri-məhdud  öhdəlikli"  fərdi  sahibkarlar  və  tərəfdaşlar
baxımından ziddiyyət yaradır.)
Məhdud məsuliyyətli cəmiyyət olsa da, bank müəssisənin
istifadəyə yararlı aktivlərinin həcmi kifayət qədər olmadıqda,
biznes  krediti  üçün  fiziki  şəxslər  tərəfindən  zəmanətlərin
veril məsini  tələb  edə  bilər.  Daha  sonra  isə  öhdəlik  faktiki
olaraq, şirkətdən kreditə zəmanət verən şəxsə ötürülür.
Müəssisəyə cəlb olunan hər bir şəxsin öz maliyyə öhdəliyini
dərk etməsi olduqca vacibdir.
73


Малиййя
ющдялийинизи
дярк един


Məhdud Məsuliyyətli Cəmiyyətlər
Özəl  məhdud  məsuliyyətli  cəmiyyətin  yaradılması  kifayət
qədər sadə prosesdir və bu zaman üstünlük və çatışmazlıqlar
nəzərə alınmalıdır.
Qanuna  əsasən,  məhdud  məsuliyyətli  cəmiyyət  müstəqil
hüquqi "şəxs" hesab olunur. Belə bölgü həmin cəmiyyətin
üzvlərinə məhdud öhdəliyin verilməsi prosesinin əsas ele-
mentidir. Bu isə onun fərdi səhmdar deyil, aktivlərə sahib
olan və ümumi yurisdiksiya məhkəməsinə cavabdeh qismində
cəlb oluna bilən bir şirkət olduğunu göstərir.
Kiçik müəssisələr üçün xarakterik olan çoxsaylı meyarlardan
biri məhdud məsuliyyətli cəmiyyət kimi nüfuza sahib olmaq
- "imic" qazanmaqdır. Həmin işgüzar imic fəaliyyət göstərdiyiniz
sektordan  və  müştərilərin  qavrayışlarından  asılı  olaraq,
müəs sisəyə fərdi sahibkarın nüfuzu ilə müqayisədə, daha
böyük nüfuz qazandırır.
Səhmlərə malik olan şirkət müəssisənin səhmlərini investorlara
verməklə  və  müəssisənin  genişlənməsi  səbəbilə  digər
insanları istər səhmdarlar və ya direktorlar, istərsə də hər
iki si qismində cəlb etməklə maliyyə vəsaitlərinin toplanılma -
sının faydalı üsulunu təklif edir.
Şirkətlərin əsas çatışmazlıqlarından biri ondan ibarətdir ki,
onlar  direktorlar  və  illik  hesabatlar  barədə  təfərrüatları
Şirkətlər  Evinə  (Companies  House)  təqdim  etməlidirlər.
Burada  həmin  məlumatlar  üzərində  ictimai  nəzarət  təmin
olunur.
Sosial Müəssisələr
Məhdud öhdəliyin üstünlüklərindən qeyri-kommersiya təşkilatları
(daha dəqiq desək, qeyri-kommersiya paylaşdırıcı təşkilatlar)
üçün  də  istifadə  olunur.  Onlar  "səhmdar  kapitalı  olmadan
zəmanətlə məhdudlaşdırılmış şirkət" qismində qeydiyyatdan
keçə bilərlər. Sözügedən şirkət hər hansı digər şirkətə bənzəsə
də,  səhmlərə  malik  olmayan  və  bu  səbəbdən  mənfəətləri
divi dentlər  şəklində  səhmdarlar  arasında  bölüşdürmək
iqtidarında  olmayan  bir  müəssisədir.  Bu  tipli  şirkətlər  Qey-
diyyatdan  Keçmiş  Xeyriyyə  Təşkilatları  qismində  də  çıxış
edə bilərlər. Sosial müəssisə - əsasən də sosial məqsədlər
daşıyan  bir  müəssisə  -  bəzi  kooperativlərin  Sənaye  və
Qarşılıqlı  Borcvermə  Cəmiyyətləri  hesab  olunmasına  bax-
mayaraq,  adətən,  şirkət  kimi  qeydiyyatdan  keçirilir.  Yeni
74
İctimai Maraqlar Naminə
Fəaliyyət Göstərən Şirkət


İctimai Maraqlar Naminə Fəaliyyət Göstərən Şirkət
statusu
səhmlərə  malik  olan  və  ya  olmayan  şirkətlərə  şamil  oluna
bilər və sosial müəssisələrin konkret hüquqi status ilə təmin
edilməsi üçün təqdim edilmişdir.
Cəlb  olunduğunuz  işgüzar  fəaliyyətin  miqyasından  asılı
olaraq və digər fiziki və hüquqi şəxslər ilə birlikdə işləməyi
nəzərdə tutan tərəfdaşlığı diqqətə alaraq, birdən çox struk-
turdan istifadə olunması işgüzar fəaliyyətləriniz üçün xarakterik
sayıla bilər.
Müxtəlif  biznes  strategiyaları  ilə  müşayiət  olunan  yeni
imkanlar  alternativ  strukturlardan  istifadəni  tələb  etdiyi
təqdirdə, şirkətlər böyüdüyünə və genişləndiyinə görə digər
müəssisələrə sahib ola, törəmə şirkətlər yarada və ya ayrı-
ayrı hüquqi şəxslərə bölünə bilərlər. Əksər hallarda xeyriyyə
təşkilatları törəmə ticarət şirkəti qismində ayrıca şirkət yaradırlar.
Müəssisələr  imic  və  brendinq,  mülkiyyətçilik  və  iştirak,  əqli
mülkiyyətin satışı və ümumi risklərin azaldılması naminə ayrı-
ayrı şirkətlərin əsasını qoyur. Baxın 
Windows Layihəsi

New Mind.
Təşkilati Strukturlar
Təşkilatlar layihə əsaslı mühitdə səmərəli fəaliyyət göstərmək
üçün yeni formalara malik olmalıdırlar. Əməkdaşlarının sayının
sabit saxlanıldığı ənənəvi dayanıqlı şirkət və ənənəvi iyerarxik
struktur həmin yeni mühitə uyğun gəlmir. İnformasiya dövründə
fəaliyyət göstərən müəssisələr yeni təşkilati strukturlara ehti -
yac  duyur.  Həmin  strukturlar  sırasında  Virtual,  Şəbəkə,
Üçyarpaq Yonca (Shamrock) və Klub Sendviç (Club Sandwich)
təşkilatlarının adlarını qeyd etmək olar.
Bu tipli təşkilati modellər xüsusi hüquqi strukturlar kimi deyil,
işgüzar  fəaliyyətlərin  təşkilinin  universal  metodlarını  əhatə
edən anlayışlar kimi qiymətləndirilir.
Mənzil-qərargahlarını müəyyən etmək mümkün olmadığına
görə 
Virtual Təşkilat 
"gözlə görünməyə" bilər; onun üzvləri
coğrafi baxımdan uzaq məsafədə yerləşə və böyük ehtimalla,
internet  vasitəsilə  əlaqə  yarada  bilərlər.  Virtual  təşkilatlar
şəbəkənin tərkibində yer alan çохsaylı insanlar və təşkilatlar
tərəfindən  konkret  məqsəd  naminə  sürətli  şəkildə  yaradıla
bilər. Əksər hallarda onun işinin böyük hissəsi müttəfiq şirkətə
həvalə olunur. Virtual təşkilat həmin işin koordinasiyasını həyata
keçirir, intellektual kapitala və brendinq kimi digər qeyri-maddi
75
Gerçəkləşən İdeyalar 
— 
səhifə 102-42-ə baxın 
Virtual Təşkilat


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə