Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

vəsaitlərinin həcminin kiçilməsi ilə nəticələnir, sərbəst qalan
nağd vəsaitlər isə lazımi gündəlik ödənişlərin həyata keçirilməsi
üçün müəssisənin həyat mənbəyini, daha dəqiq desək, dövriyyə
kapitalını - bank hesabı vasitəsilə dövr edən maliyyə vəsaitlərini
təmin  etmək  imkanı  verir.  Dövriyyə  kapitalının  həcmi  yetərli
olmadığı  təqdirdə,  gəlirli  layihələrin  işlənib-hazırlanma
mərhələsində olmasına baxmayaraq, müəssisə iflasa uğraya
bilər
.
Pulu Saymağın Üç Üsulu
Gəlir  və  Xərclər  haqqında  Hesabat,  Balans  Hesabatı  
Nağd Pul Axınından ibarət olan
üç maliyyə pəncərəsi 
istə -
nilən  müəssisənin  maliyyə  imkanlarına  nəzər  salmağın  üç
üsuludur. Onların hər biri keçmiş fəaliyyətə dair hesabatlar
və ya gələcək vəziyyəti müəyyən edən proqnozlar qismində
çıxış  edə  bilər.  Hər  biri  öz  hekayəsini  nəql  edir  və  uğurlu
gələcəyi planlaşdırmağa kömək edir: yaradıcı sahibkar onların
hər üçünü dərk etməli və hamısından istifadə etməlidir.
Gəlir və Xərclər haqqında Hesabat
17
müəyyən dövr ərzində,
adətən, bir il ərzində əldə olunmuş mənfəətin həcmini göstərir.
(Hətta qeyri-kommersiya təşkilatları üçün bu, xüsusi əhəmiyyətli
konsepsiya hesab olunur. Kooperativ hərəkat "profisit" sözünə
üstünlük  verir  və  zərurət  olduqca,  bu  termin  hazırkı  fəslin
yerdə qalan hissəsində əvəzlənə bilər.)
Balans  Hesabatı  müəyyən  zaman  kəsiyində  müəssisənin
ümumi dəyərini (xalis dəyərini) göstərir. O, sahibkarların aktiv -
lərinin,  öhdəliklərinin  və  kapitalının  "qısa  xarakteristikası"nı
təqdim edir. Balans hesabatı müəssisənin maliyyə sabitliyini
və imkanlarını əks etdirir.
Nağd Pul Axını Hesabatı nağd vəsaitlərin necə əldə olunduğunu
və keçmişdə nəyə xərcləndiyini göstərir. Qeyd etmək lazımdır
ki, nağd pulun hərəkəti proqnozu gələcəkdə, aylıq və ya həftəlik
əsasda, ən yaxın perspektivdə nağd vəsaitlərin meydana gəldiyi
və sərf olunduğu vaxtı göstərir. Nağd pulun hərəkəti proqnozu
maliyyə  idarəetməsinin  olduqca  əhəmiyyətli  hesab  olunan
alətidir.
Maliyyə  hesabatları  hüquq  və  vergi  məqsədləri  daşıyan
hesabatlardır və bir qayda olaraq, əməliyyatdan xeyli müddət
sonra hazırlanır. Bundan fərqli olaraq, idarəetmə hesabatları
real  vaxt  rejimində  menecerlər  tərəfindən  istifadə  edilmək
üçün  nəzərdə  tutulur.  Bu  məlumatlar  baş  verən  prosesləri
64


Üç maliyyə pəncərəsi
Дювриййянин
шющряти,
мянфяятин
ися
ящямиййяти
вар


izləməkdə  və  həm  çətin  dövrlərdə,  həm  də  işlər  yolunda
getdiyi zaman biznesi idarə etməkdə sizin köməyinizə çata
bilər.
Nağd Pul Axını və ya onun çatışmazlığı hər şeyi bir anda məhv
edə bilər, bu səbəbdən nağd pul axınının idarə edilməsi gündəlik
idarəetmə  prosesinin  ən  təxirəsalınmaz  məsələsi  olmalıdır.
Gəlir gətirməyən fəaliyyətlərin əvvəl-axır nağd pul axınına ziyan
vura cağına baxmayaraq, nağd pul axını düzgün idarə olunursa,
gə lirin artmasına və ya azalmasına baxmayaraq hər şey qay -
dasında olacaq.
Nağd  pul  axınının  idarə  edilməsi  vacibdir,  lakin  nağd  pulu
yaradan rentabelliyin dərk edilməsi ondan da vacibdir. Uğurlu
sahibkar yalnız müəssisədəki layihələrin ümumi həcmi barədə
deyil,  eyni  zamanda  hər  bir  layihənin  rentabelliyi  barədə
təsəvvürə malikdir.
Hər layihə və ya şöbə təşkilatın əlavə xərclərinə öz töhfəsini
verməli, habelə öz birbaşa xərclərini təmin etməlidir. Başqa
söz lə  desək,  əsas  xərclər  hər  layihə  və  ya  şöbə  üçün
mütənasib qaydada bölüşdürülməlidir.
Balans hesabatı konkret dövrlərdə - keçmiş, indiki və gələcək
zamanda müəssisənin dəyərini göstərir. Bu, məhdud məsuliyyətli
cəmiyyət haqqında ictimaiyyətə açıq informasiyadır və sabit
aktivlər (avadanlıq və əmlak), cari aktivlər (nağd vəsaitlər və
debitorlarla hesablaşmalar) və cari öhdəliklər (əlavə kreditlər
və kreditorlarla hesablaşmalar) əsasında müəssisənin xalis
dəyərini  kənar  şəxslərə  izah  edir.  Müəssisə  bu  aktivlərin
müqabilində müəyyən borc vəsaitləri cəlb etməyə çalışır.
Yaradıcılıq və mədəniyyət müəssisələrinin əksəriyyəti mənfəətə
deyil,  satışa  (dövriyyəyə)  daha  çox  diqqət  yetirir.  Necə
deyərlər, "dövriyyənin şöhrəti, mənfəətin isə əhəmiyyəti var".
Zərərlər hətta mənfəətin narahatlıq doğuran başlıca məsələ
hesab  olunmadığı  sosial  müəssisələr  üçün  də  məhvedici
nəticələr doğura bilər. Məlumdur ki, mənfəət gəlirlər və xərclər
arasındakı  fərqdən  yaranır,  bu  səbəbdən  xərclərin  idarə
edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Xərclərə Nəzarət
İdarə edilməsi baxımından xərclərin iki növü mövcuddur. İlk
növbədə,  dəyişən  xərclər (satışların  səviyyəsindən  asılı
olaraq, artacaq və azalacaq xərclər) qeyd olunmalıdır. Dəyişən
xərclərin  azaldılması  fəaliyyət  və  layihələrin  daha  çox  gəlir
gətirməsinə imkan yaradacaq.
65


İkinci növbədə, sabit xərclərin (işinizin çox və ya az olmasından
asılı olmayaraq, ödəmək öhdəliyində olduğunuz xərclər) idarə
edilməsi maddi baxımdan çətinlik çəkdiyiniz vaxtlarda nağd
pul  axını  ilə  bağlı  problemlərdən  və  potensial  fövqəladə
hadisədən yayınmaqda sizə kömək edəcək.
Sabit aşağı xərclər sizi satışları yüksək səviyyədə saxlamaq
və  ya  nə  yolla  olursa-olsun  (məsələn,  hədəf  seçilməyən
müştərilər üçün gəlir gətirməyən layihələrin reallaşdırılması
ilə) nağd pul tapmaq məcburiyyətində qoymayacaq. Baxın
Mando  Group.
Sabit  xərclərin  müxtəlif  inkişaf  ssenariləri
əsasında müəssisənin müvəqqəti tənəzzülə məruz qalacağı
təqdirdə nağd pul böhranının nə qədər tez baş verə biləcəyini
görmək  üçün  nağd  pul  axını  proqnozundan  istifadə  edin.
Sabit xərclərin mümkün qədər aşağı səviyyədə saxlanılması
hərdən yaranan çətin dövrlərə sinə gərməyə kömək edir.
Ən  böyük  paya  malik  olan  xərclərdən  biri  personalın  iş
vaxtıdır,  bu  səbəbdən  faydalı  idarəetmə  informasiyasının
əldə olunması, xərclərin idarə edilməsi və rentabellik səviyyəsinin
yüksəl dilməsi üçün sözügedən vaxta nəzarət etmək lazımdır.
Rumıniyanın brendinq şirkəti hesab olunan Grapefruit (Qreypfrut)
personalın  layihələrə  sərf  olunan  iş  vaxtının  qeydiyyatını
aparmaq  üçün  avtomatlaşdırılmış  sistemdən  istifadə  edir.
Qabaqcıl  təcrübə  şirkətin  Baş  Yaradıcı  Direktoru  Marius
Ursake tərəfindən ABŞ-da öyrənilmişdir.
Maliyyə vəsaitlərinin cəlb edilməsi
Maliyyə vəsaitlərinin cəlb edilməsi mahiyyət etibarilə investorları
qoyduqları  sərmayələrdən  gəlir  əldə  edəcəklərinə  inandır -
maqdan ibarətdir.
Bu,  həm  kapital  və  faizin  əvəzini  necə  ödəyəcəyinizi  mütləq
əvvəlcədən bilmək istəyən banka, həm də gəlir və dividentlər
əsasında investisiyaların rentabelliyini proqnozlaşdırmağa çalışan
səhmdara aiddir. Dövlət büdcəsindən maliyyələşdirilən agentlik
xəzinədən ayrılan sərmayələrin özünü doğrultması məqsədilə
"ictimai mənfəət"in qorunub saxlanılması üçün mövcudluğunuzu
uzun müddət davam etdirəcəyinizdən əmin olmalıdır. (İqtisadi
effektivliyə digər mənbələr vasitəsilə təmin edilən maliyyələşmənin
balanslaşdırılması və ya özü formalaşan gəlirin dərəcəsi daxildir.)
Beləliklə,  maliyyə  vəsaitləri  axtarmaq  üçün  istənilən  üsuldan
istifadə etsəniz də, başlanğıc nöqtəsi rolunu ərizə forması deyil,
həyata keçirilməsi mümkün olan biznes düsturunun, daha dəqiq
desək, maliyyə fəaliyyətinin proqnozlaşdırılan nəticələrini əks
etdirəcək  dayanıqlı  "biznes  modeli"nin  yaradılması  icra  edir.
66
Gerçəkləşən İdeyalar
— 
94 və 70-ci səhifələrə baxın
Gerçəkləşən İdeyalar 
— 
səhifə 94-ə baxın


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə